İşğal günlərində Laçın polisinin başına gələn müəmmalar... -FOTOLAR A- / A+
İşğal günlərində Laçın polisinin başına gələn müəmmalar...
O günlərin şahidləri o günləri xatırlamaq istəmir. Xüsusən döyüşçülər. Çünki 1988-ci ildən bəri canları, qanları bahasına qoruduqları torpaqları cəmi bir neçə gündə, özü də ciddi müdafiə döyüşləri olmadan itirmək düşünən beyin üçün dəhşətdir. Bu dəhşəti 23 ildir ki, qəlbində yana-yana gəzdirənlərdən biri –istefada olan polis mayoru, Laçın polis taborunun keçmiş komandiri Çingiz Abbasovla söhbətimizdə digər bölgələrimizdə olduğu kimi, Laçının işğalında da Bakıdan istiqamətlənən hansısa gizli əllərin “izləri” açıq-aydın görünür. Ərazini qarış-qarış tanıyan yerli qüvvələr müxtəlif yollarla bölgənin müdafiəsindən təcrid olunur. 1988-ci ildən bəri erməni həmlələrinə sinə gərən Laçın polisi Şuşanın işağlından sonra – 1992-ci il mayın 9-da Laçın rayon mərkəzindən 30-40 km uzağa, erməni hücumunun gözlənilmədiyi bir istiqamətə atılır. 811 saylı yerli Laçın alayı isə hələ 1992-ci il aprelin 29-dan müdafiə naziri Rəhim Qazıyevin əmri ilə ləğv edilərək Elbrus Orucovun komandiri olmağa çalışdığı hələ formalaşmamış briqadaya (əgər belə adlandırmaq mümkünsə) tabe etdirilir. Komandir Arif Paşa öz səlahiyyətlərini itirir. Bir sözlə, potensial müdafiə gücünə malik qüvvələr iflic vəziyyətinə gətirilir. Beləliklə, Laçın qalır ordan-burdan toplanmış nizamsız-intizamsız, təlimsiz, təcrübəsiz, yerli şəraitə bələd olmayan digər qüvvələrin ümidinə...

O, mənasız münaqişələr ucbatından hər iki evinə həsrət qalıb...

Polis mayoru Çingiz 1977-ci ildə Ukraynanın Donetsk şəhərində Milis Məktəbini bitirib. Qorlovka şəhərində müxtəlif vəzifələrdə çalışıb. Orada özünə ev-eşik qurub. 1991-ci ilin mayında Qarabağ torpaqlarının işğal təhlükəsi altında olduğunu duyan Çingiz Abbasov könüllü olaraq Laçına gəlir. Və həmin il iyunun 1-dən Laçın polis şöbəsində rəis müvaini kimi fəaliyyətə başlayır. Bir müddət keçdikdə yeni formalaşdırılan polis taborunun komandiri olur. Laçının işğalından sonra da Laçın polisinin rəhbərliyində olan Ç.Abbasov iki dəfə doğma yurdunu azad etmək cəhdində bulunub. Bir dəfə 1992-ci ilin iyun-oktyabr aylarında Kəlbəcər istiqamətindəki qızğın döyüşlərdə, sonra isə 1993-1994-cü illərdə Füzuli-Cəbrayıl istiqamətindən... Yenə də rəhbərlik səviyyəsində təxribatlar sayəsində baş tutmayan həmin əməliyyatlar barədə, inşallah, növbəti yazılarımızda bəhs edəcəyik... Hələlik, onu da əlavə edək ki, 1991-ci ildə Ukraynadan könüllü olaraq gəlib Laçındakı yurdunu, evini qorumağa çalışan və 23 ildir ATƏT-in həmsədrlərinin boş deklamasiyalarına qulaq asmaq zorunda qalmış mayor Çingiz Abbasov bu gün ABŞ və Rusiyanın törətdiyi digər münaqişə ucbatından Donetsk vialayətinin Qorlovka şəhərindəki evinə də həsrət qalıb...

“Laçındakı sovet hərbçiləri ilə münasibətlərimiz yaxşı idi...”

-Çingiz müəllim, 1991-ci lin yayında Laçında durum necə idi?

-1991-ci ilin yayında hələ Laçında keçmiş sovet qoşunlarınını hərbçiləri Ermənistanla sərhəddə və Dağlıq Qarabağın erməni kəndləri ilə qonşu kəndlərdə vəziyyətə nəzarət edirdilər. Lakin artıq yerli özünümüdafiə dəstələri də formalaşmışdı. Laçın polisi həm sovet ordusu, həm də özünümüdafiə dəstələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirdi. Həmin ilin mayında Laçın polisinin də fəal iştirak etdiyi əməliyyatla Şuşanın Qaladərəsi, Kirov, Yexsaox(Salatınkənd), Göytala kəndləri erməni yaraqlılarından təmizlənmişdi. Lakin Hadrut rayonu və Ermənistan istiqamətində ara-sıra atışmalar olurdu. Polis Minkənddən Cicimliyədək əksər postlarda keşik çəkirdi. Sovet hərbçiləri ilə münasibətimiz çox yaxşı idi. Ədalət naminə demək lazımdır ki, onlar erməniлərin fəallaşmasına imkan vermirdilər. Hər iki tərəfdən aranı qızışdırmaq istəyənlər onlardan çəkinirdilər. 1991-ci ildə ermənilər Laçının Cicimli kəndində duran 4 sovet əsgərini girov aparmışdılar. Laçının hərbi komendantı Nikolay Nikolayeviç Gorusun polis rəisinə zəng etdi ki, əsgərlərimizi 15 dəqiqəyə buraxmasanız, şəhəri alt-üst edəcəyik. Ermənilər o saat əsgərləri azad etdilər. Rus ordusu Laçından tam olaraq 1992-ci il yanvarın sonu fevralın əvvəli çıxdı. Yadımdadı ki, Laçın polisi 1992-ci il yanvarın 26-da Daşaltıya da köməyə getmişdi. Xocalı faciəsindən sonra isə artıq həm Şuşada, həm də Laçında əhalidə müxtəlif yollarla, şayiə və təxribatlarla köç əhvali-ruhiyyəsi yaradılırdı..

1992-ci ilin martında Laçına maşın karvanlarını kim göndərmişdi?.

- Səhv etmirəmsə, hələ 1992-ci il martın sonunda Laçına onlarla yük maşınından ibarət karvan göndərilmişdi. Yəqin ki, polis şöbəsi onların nə məqsədlə gəlməsi ilə maraqlanmışdı?
- Bəli, o zaman həmin maşınları biz geri qaytartdıq. Onlar dedilər ki, guya Bakıdan Şuşanın kolxoz-sovxozlarını köçürtmək üçün gəliblər. Lakin biz həmin maşınların heç birini Şuşa istiqamətinə buraxmadıq. Özü də maraqlıdır ki, həmin maşınlar yalnız Bakıdan deyil, əksər rayonların avtonəqliyyat idarələrindən də göndərilmişdi...

- Yadınızda, Şuşanın işğalından əvvəl də daha böyük maşın karvanı gəldi? Bu günədək həmin karvanların kim tərəfindən göndərilməsi müəmma olaraq qalır...
-Aprelin sonunda artıq Şuşanın vəziyyətinin pis olduğunu nəzərə alıb avtomobil karvanını buraxdıq. Sonra da Laçının özünə də gəldilər...


“Mayın 7-də Nizami Bəhmənov dedi ki, mühasirədəyik, Şuşanı tərk edin...”

-Laçın polisi Şuşaya da köməyə getmişdi?
- Bəli, mayın 2-3-də Şuşadan kömək istədilər. Rəhmətlik Milli Qəhrəman Oqtay Güləliyevlə birgə 36 nəfərlə oraya yollandıq. Və mayın 7-dək “Aşağı zastav” deyilən yerdə müdafiə döyüşlərində itirak etdik. Mayın 7-də Şuşanın keçmiş icra başçısı, rəhmətlik Nizami Bəhmənov hərbi geyimdə “UAZ” markalı maşında gəlib xəbər verdi ki, artıq ermənilər arxadan Şuşanı mühasirəyə alıblar, şəhəri tərk edin. Xankəndi tərəfdən ermənilər kəndləri yandıra-yandıra gəlirdilər. Bizim kəndlərdə olan polislərimizdən xeylisi Şuşa-Laçın yolu ilə çıxa bilmədilər. Şuşanın Nəbilər kəndindən Laçının Fingə və Vağazin kəndlərindən keçməklə Laçına gəlmişdilər.

“Rövşən Cavadov dedi ki, mayın 13-15-də Laçına güclü hücum olacaq...”

Mayın 7-i axşam mən Şuşanın Turşsu qəsəbəsinə gəldim. Oraya xeyli hərbi qüvvəmiz toplanmışdı. Rəhmətlik Rövşən Cavadovun başçılığıyla “omon”çular da orada idi. Dedi ki, Şuşaya getməkdən ötrü bizə bir bələdçi verin. Onlara bələdçi verdik. Rövşən Cavadov da bizə bir radiostansiya verdi ki, əlaqə saxlayın. Mayın 7-dən 8-ə keçən gecə saat 4-5 radələrində Rövşən Cavadov zəng edərək belə bir məlumat verdi: “Artıq biz öz qüvvələrimizlə Şuşaya girə bilmədik. Atışmada bir erməni hərbçisi tutduq. Ondan öyrəndik ki, erməni hərbi birləşmələri mayın 13-15-də üç istiqamətdən 16 batalyonla Laçına hücum edəcəklər. Bu məlumatı təcili daxili işlər naziri Tahir Əliyevə çatdırın”.

Tahir Əliyev Şahin Musayevdən Şuşanı qaytarmağı tələb etdi

Mayın 8-i səhər tezdən Laçına gəldim. Və deyilən məlumatı polis rəisi Akif Səlimova çatdırdım, o isə həmin vaxt şöbədə olan Tahir Əliyevə məruzə etdi. Laçının o vaxtkı icra başçısı rəhmətlik Xanlar Məmmədov və tanımadığım hərbçi zabitlər otaqda idi. Tahir Əliyev birbaşa Müdafiə Nazirliyi Baş Qərargah rəisi Şahin Əliyevə telefon açıb onunla sərt danışdı. Dedi ki, artıq Şuşa gedib. Şuşanın işğalı Laçının işğalı, Laçının işğalı isə bütövlükdə Qarabağın işğalı deməkdir. Hardan bilmirəm; Moskvadanmı, Amerikadanmı, Türkiyədənmi, İrandanmı təcili kömək alıb Şuşanı qaytarın...
Sonra mən bir daha Turşsuya qayıtdım. Şuşa alınmışdı. Orada toplanmış pərakəndə, nizamsız qüvvələr də heç bir iş görmək iqtidarında deyildi. Artıq Laçın camaatı da köçməyə başlamışdı. Laçına gəldim.
Mayın 10-da biz, Laçın polisi əməkdaşlarını Laçın alayının internat məktəbinin binasındakı qərargahına topladılar. Və əmr verdilər ki, bu gündən müdafiə nazirliyinə tabe olmalısız.

“Laçın polisini bir sutka qapalı yerdə saxlayıb buraxmadılar...”

-Həmin əmri kim verdi?

-Bunu mən deyə bilmərəm. Yadımdadır ki, Laçın alayının qərargah rəisi Rafiq Nağıyev də orada idi. Dünya müharibələri tarixində daim polis, milis, jandarm qüvvələri əhalinin asayişini qorumaq məqsədilə heç vaxt şəhərdən kənarlaşdırılmayıblar. Ancaq maraqlıdır ki, bizi mayın 9-da Laçındakı Kitab Evinə toplayıb bir sutka ərzində heç haraya buraxmadılar. Yəni, bizi açıq-aşkar öz funksiyalarımızdan təcrid etdilər. Əmr verdilər ki, Laçından 30-40 km məsafədə Hadrutun erməni kəndləri ilə qonşu olan Yuxarı Fərəcan kəndinə getməlisiz. O vaxt rəis Akif Səlimovdan soruşdum ki, bu nə deməkdir. Dedi, vallah, bilmirəm. Bizə təpik döydürüb, “Əsgər marşı” oxutdular və deyilən kəndə yolladılar.

“Ermənilər 1992-ci il mayın 5-6-da Laçına gəlib-gedirmişlər...”

-Mayın 8-də Ermənistan istiqamətindən Laçın rayon mərkəzi artilleriya atəşinə tutulanda siz orada idiniz?

-Bəli, yadımdadır. Xeyli atdılar. Həmin gün 4-5 laçınlı həlak oldu. Özü də mən diqqət edirdim, bizim qüvvələr Şuşadan, yaxud Laçından çıxan köçün qarşısını alanda atmağa başlayırdılar. Camaatı və gedən hərbi karvanları buraxanda daha atmırdılar. Sanki köçməyə şərait yaradırdılar. Oxşar məqamı Kəlbəcərin işğalı zamanı da müşahidə etmişdim. Bir maraqlı fakt da söyləyim. 1992-ci ilin payızında Xankəndi istiqamətində hücumlar zamanı Vəng kəndi yaxınlığında bizimkilər bir erməni tutublar. O deyirmiş ki, 1992-ci il mayın 5-6-da biz hərbi formada sərbəst Laçına girib-çıxırdıq. Laçın qəbirstanlığının yanına da gedib çıxırmışlar. Heç soruşan yox imiş, kimsiz-nəçisiz. Hətta mayın 8-də Laçına yönələn artilleriya atəşlərinə fişəng atmaqla koordinasiya verirmişlər...

-Hadrutla sərhəddə ermənilərlə qarşıdurmalar oldumu?
-Bəli, Yuxarı Fərəcanda kiçik atşmalar oldu. Ancaq ilk günlər ermənilər oradan hücuma keçmədi.

“Mayın 18-dək bütün radiostansiyalarımızı bağlamışdılar”

-Mayın 18-dək Laçından hansı məlumatları alırdınız?

-Laçınla heç bir əlaqəmiz yox idi. Bütün radiostansiyaları bağlamışdılar. Minkənddən Zabuxadək olan postlarda da əməkdaşlarımız var idi. Onlardan da xəbərimiz yox idi. Yalnız mayın 18-də səhər tezdən rəis müavini Telman Tanrıverdiyev Laçına ərzaq dalınca yollandı. Lakin az keçməmiş qayıdıb dedi ki, artıq ermənilər Laçını işğal edib yandırırlar. Çıxılmaz vəziyyətdə qalmışdıq. Laçın rayon mərkəzi alındıqdan sonra biz üç tərəfdən mühasirədə qalırdıq.

“Naməlum plaşlı hərbçilərin kim olduğunu bilmədik...”

Həmin gün gündüz dumanlı hava idi. Qəflətən yaxınlıqda vertolyot səsi gəldi. Sonra isə atışma başladı. Həmin hadisə, o gün bizə tərəf gələn plaşlı hərbçilərin kimliyi bu günədək mənim üçün müəmma olaraq qalır. O da maraqlı idi ki, qarşı tərəf əsasən göyə atəş açırdı. Sanki bizə xəbərdarlıq edirdilər ki, sakitcə çıxın, sizə toxunmuruq... Onların çox olduğunu və digər iki tərəfdən də atəş altında qalacağımızı nəzərə alıb geri çəkildik.

“Laçına əks-hücum baş tutmadı...”

-Sonra Laçını bir daha görmədiniz?
-Xeyr. Laçına tərəf qayıtmağa cəhd etdik. Gəldik ki, Laçının 15-20 km-dəki “Tikanlı zəmi” deyilən məntəqədə bizim xeyli qüvvə yığışıb. O zaman Laçın alayının bir hissəsi əks-hücuma cəhd etmişdi. Ağanus kəndinin fermasınadək getmişdilər. Lakin ermənilər güclü müqavimət göstərərək bizimkiləri geri oturtmuşdular. Bu minvalla mayın 18-də Laçını tərk etmək məcburiyyətində qaldıq. Və bu günədək o yurda qayıda bilmirik...(Hafta.az)

İşğal günlərində Laçın polisinin başına gələn müəmmalar...

İşğal günlərində Laçın polisinin başına gələn müəmmalar...

İşğal günlərində Laçın polisinin başına gələn müəmmalar...

İşğal günlərində Laçın polisinin başına gələn müəmmalar...

İşğal günlərində Laçın polisinin başına gələn müəmmalar...

İşğal günlərində Laçın polisinin başına gələn müəmmalar...

İşğal günlərində Laçın polisinin başına gələn müəmmalar...

İşğal günlərində Laçın polisinin başına gələn müəmmalar...

Sultan Laçın
Tarix: 16-07-2015, 05:17
Baxış: 2477



Digər xəbərlər




      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Я нашел даже видео по этой теме. http;//youtu.be/StodeneSen
      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      точно сказанно, и все по делу

      активатор windows 7
      -----------------------------
      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu