Həyatın mənası, bəzəyi və əbədi gözəlliyi- Qadınlar A- / A+
Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirib. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman təsdiq edib. Lacin.info saytı 8 Mart Beynəlxalq Qadınlar gününündə Respublikamızın və Laçın rayonun ictimai-siyasi həyatında fəallıq göstərən xanımların bir neçəsi ilə söhbət edib.

Həyatın mənası, bəzəyi və əbədi gözəlliyi-
Aynurə Həsənova- Laçın rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri:

-Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman təsdiq etmişdir. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Yaxın keçmişə nəzər salanda respublikamızda cərəyan edən mürəkkəb proseslərdə qadınların kişilərlə bərabər iştirak etdiyinin şahidi oluruq. Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsindən sonra qaçqınlıq və köçkünlük həyatının ağırlığı daha çox qadınların üzərinə düşdü. Ancaq bütün çətinliklərə baxmayaraq, çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Bu gün rayonumuzda da qadınlar müxtəlif vəzifələrdə layiqincə təmsil olunurlar. Bu çox sevindirici haldır həm də ona görə ki, məcburi köçkün həyatı yaşamağa məcbur olmuş qadınlarımız, bu həyatın qayğıları, ağırlıqları altında əzilmir, əksinə vətənə, cəmiyyətə layiqli övladlar tərbiyə etməklə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında da fəalliq göstərərək öz layiqli töhfələrini verirlər. Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: «Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər». Mən bu mərdliyi, gözəlliyi, mənəvi saflığı özündə daşıyan bütün qadınlarımızı bayram münasibəti ilə təbrik edir, onlara xoşbəxtlik və firavan həyat arzulayıram.

Həyatın mənası, bəzəyi və əbədi gözəlliyi-
Xatirə Laçın-İcra nümayəndəsi müavini:

-Tarixə nəzər yetirsək görərik ki, Azərbaycan qadınları zaman-zaman torpaqlarımızın toxunulmazlığı, adət-ənənələrimizin, mədəniyyətimizin, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparmış, dünya tarixində hünər, cəsarət, qorxmazlıq, vətənpərvərlik, müdriklik nümunələri göstərmişlər. Azərbaycan xalqı qadının ailə və cəmiyyətdəki roluna həmişə böyük hörmət və ehtiramla yanaşıb və bu gün artıq Azərbaycan qadını ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nın xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın həm ölkəmizin daxilində, həm də ölkə hüdudlarından kənarlarda bir sıra beynəlxalq təşkilatlar tərəfindən yüksək mükafatlara, orden və medallara layiq görülməsi bir Azərbaycan qadınının yüksək bacarığının, nələrə qadir olmasının nümunəsidir. Demək olar ki, bu gün parlamentdə, bələdiyyələrdə, müxtəlif dövlət qurumlarında yer tutan qadınların, işgüzar xanımların sayı çoxdur və bu göstərici ildən-ilə artmaqdadır. Rayonumuzda da qadınlar öz fəalliqları ilə seçilir, müxtəlif sahələrdə təmsil olunur, öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Ancaq bütün bunlarla yanaşı qadının ən şərəfli adı Ana dır. Hər güclü kişini belə dünyaya bir qadının-ananın bəxş etdiyini nəzərə alsaq, qadın adının ucalığını bir daha anlamış olarıq.Tutduğu vəzifədən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq bizim qadınlar bir dəyanət, namus, ləyaqət nümunəsidir. Mən qarşıdan gələn bayramlar münasibəti ilə bütün qadınlarımızı ürəkdən təbrik edir, onlara könül rahatlığı, xoşbəxtlik arzu edirəm.

Həyatın mənası, bəzəyi və əbədi gözəlliyi-
Şəbnəm Cəbrayıl müəllim:

-Əminəm ki,zərifliklə güclülüyün,iradənin vəhdət təşkil etdiyi varlıq haqda düşünsək,hamının ağlına ilk gələn məhz qadın olacaqdır.Qadın,bəşər dünyasına yaraşıq,zinət,insanlığa şərəfdir.Qadın alilik,sadaqətlilik,ülvilik məbədi,qeyrət rəmzidir. Azərbaycan qadını tarixən ölkəsinin ictimai-siyasi həyatında,istər hərbi meydanında,istərsə də ailə-məişət fonunda hər zaman bir örnək olmuşdur.Qadınlarımızdan danışarkən,ədəbi məclislər təşkil edərək dövrünün qadınlarının dünyaya baxışını dəyişən,onların ömrünü tövsiyyələri ilə işıqlandıran,dağlardan Şuşaya su çəkdirən Xurşud Banu Natəvandan,Böyük vətən müharibəsi zamanl 500dən çox hərbi uçuş keçirən Züleyxa Seyidməmmədovadan,rus artilleriyasının Allahı sayılan Əlağa Şıxlinskinin yoldaşı,"Qırmızı Xaç"cəmiyyətinin yaradıcısı və xəstəxanasına rəhbərlik edən Nigar Şıxlinskayadan,Şərqdə ilk operanı yazan Şəfiqə Axundovadan danışmadan keçmək olmaz.Kənddə yaşayan,əli qabarlı zəhmətkeş qadın,vətənə xeyirli övladlar yetişdirən gözəl ana,yalnız bizim leksikonumuza məxsus olan "ağbirçək"adını daşıyan dəyərli insanlar,gözəl analar,daima fəxarət yerimizdir. Peyğəmbərimiz demişdir ki,bir kişiyə təhsil versən ailədə bir nəfər təhsilli olar,bir qadına təhsil versən,bütün ailə təhsilli olar.Mən bütün qadınlarımıza elmli olmaq,bir gün deyil,hər gün anılmaq,zəriflikləri ilə bahəm güclülüklərini də qorumağı,nəfəsləri ilə ailələrini daima isti saxlamağı arzu edirəm.

Həyatın mənası, bəzəyi və əbədi gözəlliyi-
Yeganə Sadıqova- Laçın rayon Bozlu kənd tam orta məktəbinin müəllimi:

-Cəmiyyətin ictimai-siyasi həyatında qadın amili mühüm yer tutur. Məlumdur ki, təhsil sahəsində çalışanların böyük əksəriyyəti qadınlardır. Elm və təhsil sahəsində çalışan qadınlarımız qazandıqları uğurları ilə öz nüfuzlarını cəmiyyətimizdə daha da artırmışlar. Bu gün cəmiyyətimizin tərbiyələnməsində, maariflənməsində böyük məsuliyyət daşıyan Azərbaycan qadın müəllimləri bu çətin və şərəfli peşənin öhdəsindən layiqincə gəlirlər. Demək olar ki, bu gün ölkəmizdə keyfiyyətli təhsil üçün əlverişli şərait yaradılmış, təhsilin inkişafı, dünyanın aparıcı ölkələrinin təhsil səviyyəsinə yüksəlməsi istiqamətində xeyli nailiyyətlər əldə edilmişdir.Mən 40 ildir müəllimlik fəaliyyəti ilə məşğulam. Həmişə dərs verdiyim şagirdlərin və bir ana olaraq ailəmdə böyütdüyüm övladlarımın timsalında cəmiyyətə yararlı vətəndaşlar təqdim etməyə çalışmışam. Övladlarımın hamısı ali təhsillidirlər. Dərs dediyim şagirdlər arasında müxtəlif peşələrə yiyələnən gənclərimiz var. Müəllim, həkim, hüquqşünas və s. Ancaq əsas odur ki, hansı peşə sahibi olmalarından asılı olmayaraq, cəmiyyətə layiqli, gərəkli övlad yetişdirəsən. Bir Azərbaycan qadını, müəllimi üçün bu işin öhdəsindən layiqincə gəlmək bir fəxrdir. Bütün qadınlarımıza ailələrində xoşbəxtlik, cəmiyyətdə addımladıqları yolda, tutduqları mövqedə uğurlar arzu edirəm!
Tarix: 8-03-2015, 12:52



Digər xəbərlər




      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Ваши записи меня воодушевили, пойду всем расскажу


      http://bankcrediti.ru/
      ------------------------------------------

      Журналист вашего сайта явно преувеличил с описанием


      buy dumps
      -------------------------------------

      Говоря на нашем языке тут все печально и в тоже время просто


      dumps with pin
      -----------------------------------------------

      всего мы тут такие умники и гении



      best dumps seller
      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçınlılar Xocalı faciəsini andılar-

      Son xəbərlər
      Sorğu