Tanınmış müğənni Nərgiz Şirvaninin yaradıcılıq gecəsi keçirilib- FOTOLAR A- / A+
Tanınmış müğənni Nərgiz Şirvaninin yaradıcılıq gecəsi keçirilib-



Retro mahnıların mahir ifaçısı, tanınmış müğənni Nərgiz Şirvaninin yaradıcılıq gecəsi keçirilib. Lacin.info-nun məlumatına görə, gecədə müğənninin dostları, sənət yoldaşları və ictimayyət nümayəndələri iştirak edib.

Tədbirdə sənətkarın müxtəlif ifalarından ibarət videoçarx nümayiş olunub.

Daha sonra tədbiri açan müəğəninin sənət yoldaşı Məcid Şamiloğlu Nərgiz Şirvani yaradıcılığı haqqında geniş məlumat verib.
Gecədə tanınmış şair –publisist , Zahir Abbas çıxış edərək, sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açaraq Nərgiz şirvaniyə yaradıcılıq uğurları arzulayıb.

Qeyd edək ki, gözəl səsə malik Nərgiz Şirvani çoxsaylı retro mahnıların ifaçısı olmaqla yanaşı, həm də xalq mahnılarımızın və bir çox dünya ulduzlarının sevilən mahnılarının mahir ifaçısı sayılır.
Gecədə iştirak edən müğənninin dostlarından Yeganə Əliyeva, Elmir Qəhrəmanov, Şəlalə Əliyeva, Zemfira Ağayeva və başqaları Nərgiz Şirvaniyə yaradıcılıq uğurları arzulayıblar.
Daha sonra tədbir konsert proqramı ilə davam edib. Yaradıcılıq gecəsi tamaşaçılar tərəfindən maraqla və alqışla qarşılanıb.
Tanınmış müğənni Nərgiz Şirvaninin yaradıcılıq gecəsi keçirilib-

Tanınmış müğənni Nərgiz Şirvaninin yaradıcılıq gecəsi keçirilib-

Tanınmış müğənni Nərgiz Şirvaninin yaradıcılıq gecəsi keçirilib-



Lacin.info
Tarix: 29-12-2017, 16:56







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu