Laçınlılar ədliyyə işçilərinin peşə bayramını qeyd ediblər -FOTO A- / A+
Laçınlılar ədliyyə işçilərinin peşə bayramını qeyd ediblər


Laçın Rayon İcra Hakimiyyətinin və rayonun idarə, müəssisə və təşklatlarının fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilib.

Laçın Rayon İcra Hakimiyyətindən Lacin.info-ya verilən məlumata görə tədbirdə Rayon rəhbərliyi, rayonun ədliyyə işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri əvvəlcə Ümummilli lider Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış büstünü ziyarət edərək, abidə önünə tər güllər düzüblər.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli rayonun bütün ədliyyə orqanları işçilərini peşə bayramı günü münasibətilə təbik edərək, bildirib ki, yaranmasından 99 il ötən, böyük tarixi yol keçmiş Azərbaycan ədliyyəsi Ulu öndər Heydər Əliyevin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edib. Ədliyyə Nazirliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları barədə tədbir iştirakçılarına məlumat verib.
Daha sonra Laçın rayonunun ədliyyə işçiləri çıxış edərək Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq olduqlarını, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıq və məsuliyyətlə çalışacaqlarını bildiriblər.

Aygün
Tarix: 22-11-2017, 10:29



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçından ən son görüntülər

      Son xəbərlər
      Sorğu