VƏTƏN TORPAĞIM A- / A+
VƏTƏN  TORPAĞIM

Şahin quş qanadlı Vətən torpağım,
Şuşam, Zəngilanım, can Qarabağım.
Sənə əlim çatmır, sinəsi dağlım,
Gər, çatsa öpərdim el torpağını.

Niyə ayaqaltı oldun düşmənə,
Məni həsrət qoydun, qaldın düşmənə.
Bu ürək dözərmi, söylə, sən mənə!
Yurdumdan kəsməsəm, yad ayağını?

Sənə göz dikənin, oyram gözünü,
Səni yandıranın, cırram üzünü.
Çökdürüb, qoyaram yerə dizini,
Doldurram canına od darağını.

Sənin qanadların, mənə çətirdi,
Güllərin qoxusu, mənə ətirdi.
Sənin dar günlərin, mənə təndirdi,
Yanıram canıma çəkib dağını.

Mənimçün əzizdir el kənd-kəsəyi,
Bu Vətən torpağı, şair əməyi.
O vaxt sakit olar ki, Arzu ürəyi,
Qapından açarsam qara bağını.

ARZU ORUCOV, Ədəbiyyatçı, şair-publisist
Tarix: 6-11-2017, 11:42







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu