Azərbaycanlı pianoçu erməni münsifləri necə məyus etdi A- / A+
Azərbaycanlı pianoçu erməni münsifləri necə məyus etdi

1-6 iyun tarixində Rusiyanın Pyatiqorsk şəhərində gənc pianoçuların V.Y.Safonov adına XII Beynəlxalq musiqi müsabiqəsi keçirilib. Bakı şəhəri T.Quliyev adına 12 saylı onbirillik musiq məktəbinin VII sinif şagirdi, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı Ayan Məmmədli də, dünyanın müxtəlif ölkələrindən gəlmiş 75 nəfər iştirakçının qatıldığı bu müsabiqədə iştirak etmişdir. 3 mərhələdən ibarət olan və son dərəcə gərgin keçən bu müsabiqənin 1-ci mərhələsinin qalibi olduqdan sonra, 3 iyun tarixində keçirilən müsabiqənin 2-ci mərhələsində, Avropa bəstəkarlarıyla yanaşı, Azərbaycanın dahi bəstəkarı Q.Qarayevin prelyüdasını son dərəcə məharətlə ifa etməklə bütün zalı ayağa qaldıran Ayan Məmmədlinin çıxışından sonra "Bravo" nidaları hər kəsi heyrətə gətirib. Ən maraqlı anlar isə bundan sonra yaşanmağa başlanıb. 14 yaşlı bir azərbaycanlı balasının bu möhtəşəm sənət nümayişi, demək olar ki, əksəriyyəti erməni və erməni əsilli olan münsiflər heyətini və bəzi iştirakçıları əməlli-başlı narahat etməyə başlayıb. Və cəmisi 2 gün keçməmiş Ayanın sorağını eşidən şəhər sakinləri və bütün iştirakçılar onun 3-cü mərhələdə çıxışını dinləmək üçün 5 iyun tarixində yenidən müsabiqənin keçirildiyi Pyatiqorsk Opera teatrının binasına axışıb. Ayanın üçüncü mərhələdəki növbəti uğurlu çıxışı onun pərəstişkarlarına nə qədər böyük zövq versə də, müsabiqədə demək olar ki, "at oynadan" ermənilərin kefinə soğan doğrayıb. Və Ayanın bu müsabiqədən mükafatsız əliboş qayıtması üçün müxtəlif təxribatlara əl atmağa başlayıblar.Hər zaman dünyanın hər yerində olduğu kimi, burada da öz çirkin niyyətlərinin bir qismini həyata keçirməyə, yəni müsabiqənin ilk qalib yerlərini istədikləri kimi həll edə bilsələr də, çoxsaylı tamaşaçıların səbirsizliklə gözlənilən maraqlarından çəkinərək müsabiqənin III yerini və bu yer üçün ayrılmış pul mükafatını, eləcə də yüksək səhnə mədəniyyəti göstərdiyinə görə xüsusi prizi Ayana təqdim etmək məcburiyyətində qalıblar. Xatırladaq ki, Ayan Məmmədli bundan əvvəl Azərbaycanda da iki dəfə laureat olub. Estoniya, İtaliya, Malta, İngiltərə, Yaponiya və Rusiyada keçirilən müsabiqələrdə I, II və III yerlərin qalibi olub. Avstriyada isə Qran pri alıb. O, Respublika Dövlət Gənc Simfonik orkestrinin solistidir. Onun bu uğurlara çatmasında müəlliməsi, Q.Qarayev adına Dövlət Kamera Orkestrinin və Respublika Gənc Simfonik orkestrinin direktoru Nazilə Yaqubovanın böyük əməyi var.
Azərbaycanlı pianoçu erməni münsifləri necə məyus etdi
Azərbaycanlı pianoçu erməni münsifləri necə məyus etdi

Azərbaycanlı pianoçu erməni münsifləri necə məyus etdi

Lacin.info
Tarix: 9-06-2017, 12:47



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçınlılar Xocalı faciəsini andılar-

      Son xəbərlər
      Sorğu