13 nömrəli məktəbdə Xalq Şairi Nəriman Həsənzadə ilə görüş keçirilib- FOTOLAR A- / A+
13 nömrəli məktəbdə Xalq Şairi Nəriman Həsənzadə ilə görüş keçirilib-


Bakı şəhəri 13 nömrəli tam orta məktəbdə Xalq Şairi, dramaturq Nəriman Həsənzadə ilə görüş keçirilib. Lacin.info-nun məlumatına görə görüşdə məktəbin müəllim, şagird kollektivi və qonaqlar iştirak ediblər. 13 №-li məktəbin direktoru, əməkdar müəllim Yaqut Sadıqova Xalq Şairini məktəbdə görməkdən məmnunluğunu ifadə edərək, bu görüşün uzun müddət şagirdlərin xatirəsindən silinməyəcəyini bildirib.

Məktəbin nəznində fəaliyyət göstərən kiçik akademiyanın şagirdlərinin iştirakı ilə şairin yaradıcılığından bəhs edən müxtəlif təqdimatları görüş iştirakçıları böyük maraqla dinləyiblər. Bədii qiraət ustası Pərvanə Talıbovanın, məktəbin musiqi müəllimi Gülər Babayevanın və XI sinif şagirdi, gənc muğam ifaçısı Yusif Cəfərovun ifasında şairin yaradıcılığından səsləndirilən şeir və mahnılar böyük alqışlarla qarşılanıb. Daha sonra çıxış edən Nəriman Həsənzadə məktəbin fəaliyyətini yüksək qiymətləndirərək, göstərdiyi diqqət və qayğıya görə Yaqut Sadıqovaya və kollektivə təşəkkür edib.

13 nömrəli məktəbdə Xalq Şairi Nəriman Həsənzadə ilə görüş keçirilib-

13 nömrəli məktəbdə Xalq Şairi Nəriman Həsənzadə ilə görüş keçirilib-

13 nömrəli məktəbdə Xalq Şairi Nəriman Həsənzadə ilə görüş keçirilib-



Lacin.info
Tarix: 2-06-2017, 18:22



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçınlılar Xocalı faciəsini andılar-

      Son xəbərlər
      Sorğu