İsmayıllıda sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı təlim keçirilib A- / A+
İsmayıllıda sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı  təlim keçirilib

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində İsmayıllı rayonunda “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib. Təlimdə müxtəlif ali məktəblərdə təhsil alan, o cümlədən, turizm sahəsində işləyən 20 gənc, qonaq qismində isə QHT, KİV və müvafiq qurumların nümayəndələri iştirak ediblər.
Təlimçi qismində jurnalist, Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xaqani Səfəroğlunun çıxış etdiyi təlimdə Ermənistanla informasiya savaşı, eləcə də digər ölkələrlə turizm sahəsində rəqabət kontekstində turizmin təbliği yolları, bu məqsədlə mənbələr və araşdırma yolları sözügedən kateqoriyaya aid gənclərə izah edilib.
Tədbirin sonunda təlimi uğurla bitirmiş iştirakçılar sertifikatla təltif olunublar.
Qeyd edək ki, yuxarıda sözügedən təlimdən başqa, layihə çərçivəsində artıq “Azərbaycan turizminin təbliğində ideoloji hazırlıq”, “Peşəkar turizm fəaliyyətində Azərbaycan turizminin təbliği zamanı texniki vərdişlərin artırılması” mövzularında təlimlər keçirilib. Bundan əlavə, turizm sahəsində təhsil alan gənclər və gənc mütəxəssislərin Azərbaycan turizminin təbliği ilə bağlı bilik və araşdırma bacarıqlarını artırmaq üçün Masallıda “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlimlərin keçirilməsi, Şuranın dəstəyilə yaradılmış “Yenimedia.info” saytının Azərbaycan turizminin təbliğinə həsr edilmiş məqalələrlə yenilənməsi və təkmilləşdirilməsi, həmçinin “Turizm işçilərinin turizmin təbliğində ideoloji hazırlığı” adlı kitabçanın çapı nəzərdə tutulur.
Tarix: 25-06-2019, 10:48
Baxış: 49







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Erməni baş prokuror Azərbaycan torpaqlarında

Son xəbərlər
Sorğu