Laçındakı qədim Alban abidələri saxtalaşdırılır - Növbəti erməni həyasızlığı A- / A+
Laçındakı  qədim Alban abidələri saxtalaşdırılır
Ermənilər Laçın rayonu ərazisində olan tarixi abidələri saxtalaşdırmaqda davam edirlər.

Lacin.info-nun məlumatına görə xain qonşularımız bu dəfə Hoçaz kəndi ərazisində yerləşən qədim Alban kilsəsini təmir edərək “Stepanos Kilsəsi” adı ilə dünyaya tanıtdırmağa çalışırlar.
Qeyd edək ki, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun məlumatına görə Hoçaz kəndi Laçın rayonunun ən qədim yaşayış mərkəzlərindən biridir. Bu ərazi tarixi baxımdan hələ tam öyrənilmədiyindən bu ərazinin tarixi barədə hələ tam və qəti fikir söyləmək mümkün deyildir. 1992-ci il erməni işğalından sonra ermənilər Hoçaz kəndinin adını dəyişdirərək Hunçak bəzən Hoçany bəzən də Xoçes adlandırırlar.

Hoçaz kəndində I-II əsrə aid olan ilk insan məskəni sayılan mağara, yaxşı vəziyyətdə dövrümüzə qədər gəlib çatmışdır. Üzərindən min illər keçsə belə abidə heç bir təbiət hadisələrinin təsirinə məruz qalmamışdır. Mağara V-IX əsrlərdə yenilənməyə məruz qalmış, divarlarda 200-dən çox oyuqlar qazılmış, mağaranın içərisini işıqlandırmaq üçün bir neçə yerdən baca (deşik) açılmışdır.

Höçaz kəndindən, Höçaz qayası (dağı) istiqamətində, diqqətəçatacaq qədər sayca çox qədim yaşayış yerlərinin qalıqları, istehkamlar, siklop tipli memarlıq abidələrinin qalıqları, çoxlu sayda kurqanlar ermənilər tərəfindən istismar edilir.

Böyük tarixi əhəmiyyəti olan abidələr o cümlədən bir çox bədii daş nümunələri yazı nümunələri Hoçaz kəndini illərdir ermənilərin diqqət mərkəzində saxlayır.

Ermənilər bu kəndin də tarixi erməni “ərazilərinə” aid olduğunu təbliğ etmək üçün, özlərinin ənənvi metodlarından yəni bu ərazilərə erməni dilində daş yazı nümunələri basdırmaqla “sübut” etməyə çalışırlar.

Hoçaz kəndinin ərazisində antik dövrlərə aid olan qala tikintisi, Qafqaz Albaniyası dövrünə aid birnefli Sovmə və eləcə də sujet xarakterli daş oymalar, at qoç fiqurları və digər bədii daş sənətinin unikal nümunələri mövcuddur.

Kəndin mərkəzində yerləşən tikintisi XII-XIII əsrə güman edilən Qafqaz Albaniyası dövrünə aid ikinefli Bazilikanın ümumi ölçüsü 13,40x8,15 m divarlarının qalınlığı 105-110 sm-dir. Abidənin cənub fasadının üzərindəki yazılı daş 1995-ci ildə ermənilər tərəfindən dəyişdirilmişdir. Abidənin tikintisində pud daşlardan və əhəngdən istifadə olunmuşdur.
Ermənistan hökuməti 2007-ci ildən öz qərarı ilə buradakı alban abidəsinə erməni kilsəsi statusu verib.

Hoçaz kəndinin etnik tərkibi bütün dövrlərdə azərbaycanlılardan ibarət olmuşdur. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Əhalinin yaşayış evləri kahalardan, qara damlardan və sonralar müasirləşən tipik kənd evlərindən ibarət idi.

Laçındakı  qədim Alban abidələri saxtalaşdırılır
Laçındakı  qədim Alban abidələri saxtalaşdırılır
Laçındakı  qədim Alban abidələri saxtalaşdırılır
Laçındakı  qədim Alban abidələri saxtalaşdırılır
Laçındakı  qədim Alban abidələri saxtalaşdırılır
Laçındakı  qədim Alban abidələri saxtalaşdırılır
Günel
Tarix: 15-01-2019, 11:15
Baxış: 341



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu