Ukraynada Azərbaycan mədəniyyətinin növbəti uğuru A- / A+
Ukraynada Azərbaycan mədəniyyətinin növbəti uğuru


7 ildir Azərbaycan mədəniyyətini Ukraynada aktiv şəkildə təbliğ edən “Qafqaz” ansamblı Ukrayna xalq kollektivi ansamblı adına layiq görülüb. Bu ad “Qafqaz” ansamblına Ukrayna Mədəniyyət Nazirliyi tərəfindən verilib. Ansamblın yaradıcısı və rəhbəri Nicat Mirzəyev deyib ki, Ukrayna xalq kollektivi ansamblı adına layiq görülmələri Azərbaycanımızın uğurudur: “İşimizə sevgi, gecə-gündüz çalışmağın bəhrəsini gördük. Artıq Ukrayna xoreoqrafiya tarixində bir iz qoyduq. Bununla “Qafqaz” ansamblı Ukraynada həmişəlik brendə çevrildi”.
Qeyd edək ki, Nicat Mirzəyev Ağcabədi rayonunda anadan olub. 23 ildən artıqdır ki, Ukraynada yaşayır. Gənclər Dünyası İctimai Birliyinin rəhbəridir. Ukraynadakı Qafqaz Rəqsləri məktəbi və həmçinin “Qafqaz” ansamblı adı altında Azərbaycanın milli rəqslərini ukraynalılara və bu ölkədə yaşayan başqa xalqların nümayəndələrinə tədris edir.
Ukraynada Azərbaycan mədəniyyətinin növbəti uğuru

Lacin.info
Tarix: 2-05-2018, 17:03
Baxış: 87







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Erməni baş prokuror Azərbaycan torpaqlarında

Son xəbərlər
Sorğu