Ehtiram Hüseynov : “İnanıram ki, uğurlu bir konsert alınacaq” A- / A+
Ehtiram Hüseynov :



Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, tanınmış muğam ifaçısı, Ehtiram Hüseynov dekabr ayının 29-da Beynəlxalq Muğam Mərkəzində solo-konsertlə çıxış edəcək.

Bu bardə Lacin.info-ya xanəndə özü məlumat verib: “Bu mənim sayca üçüncü solo- konsertim olacaq. “Vətəni sevməyən insan olmaz” adlı bu solo-layihəni respublikamızın əməkdar artisti Əliağa Sədiyevlə birlikdə hazırlamışıq. Konsertdə məni Əliağa müəllimin rəhbərlik etdiyi “Xarı bülbül” qrupu müşayiət edəcək. Artıq bir neçə müddətdir ki, məşqlərə başlamışıq. İnanıram ki, bu dəfədə muğam sevənlərin ürəyincə olan uğurlu bir konsert alınacaq”.

Qeyd edək ki, dekabr ayının 29-da saat 19:00-da başlayacaq konsertə biletləri şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən və iticet.az saytından əldə etmək olar.

Ehtiram Hüseynov :


Lacin.info
Tarix: 27-11-2016, 17:33
Baxış: 1520



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu