Diş həkiminin güdazına gedən sənətkar: Şahmar Ələkbərov haqda - Maraqlı faktlar A- / A+
Diş həkiminin güdazına gedən sənətkar: Şahmar Ələkbərov haqda - Maraqlı faktlar
1943-cü ilin isti günlərindən birində - avqustun 23-də Gəncədə dünyaya göz açmışdı. Atası Zülfüqar Ələkbərov əslən Cəbrayıl rayonundan, anası İzulət xanım isə gürcü kökənli gəncəlidir. Elə valideynləri ailə qurduqdan sonra Gəncədə yaşadıqlarından çoxları onu məhz gəncəli kimi tanıyır. Biz həm də onu "Yeddi oğul istərəm” filmindən Qəzənfər, "Axırıncı aşırım”dan İman, "Qatır Məmməd”dən Gəncəbasarlı qisasçı, "Arxadan vurulan zərbə”dən Gündüz Kərimli, "Babək”dən Cavidan, "Atları yəhərləyin”dən İbrahim və bu kimi onlarla maraqlı və fərqli obrazlarından tanımışıq.

Şahmarın doqquz yaşı olanda ailəsi ölkənin ikinci ən böyük şəhərindən paytaxta - Bakıya köçür. Orta məktəbi 15 yaşında bitirir. Evdə bildirir ki, sənədlərini Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə verəcək. Amma məlum olduğu kimi belə etmir və anası İzulət xanım buna bərk əsəbləşir. Çünki İzulət Ələkbərova Azərbaycanda açılmış ilk pedaqoji texnikumun birinci məzunlarından idi və oğlunu səhnədə görmək istəmirdi.

...Teatr İnstitutunda əfsanəvi Rza Təhmasibdən dərs alan gələcəyin məşhur sənətkarı üçüncü kursda oxuyarkən Akademik Milli Dram Teatrına dəvət olunur. Gənc Şahmar "Azdrama”da bir neçə uğurlu roldan sonra daha bir ustad sənətkar Ədil İsgəndərovun diqqətini çəkir. İsgəndərov onu təsisçisi olduğu kinoktyor studiyasına dəvət edir. Məhz bu dəvət Ələkbərovun həyatı və karyerasında dönüş nöqtəsi olur.

Ancaq bununla bağlı başqa bir versiya da var. Bildirilir ki, İsgəndərov "Azdrama”nın baş rejissoru vəzifəsindən uzaqlaşıb, kinostudiyanın direktoru təyin olunandan sonra teatrda Şahmara qarşı münasibət dəyişir, sıxışdırmalar başlayır. Hətta iş o həddə çatıbmış ki, Ələkbərov ən yaxşı halda dublyor olurmuş.

Ali təhsilini başa vurandan sonra institutda müəllim-assistent kimi saxlanılır, eyni zamanda aktyor və rejissor potensialını açmağa başlayır. Amma Teatr İnstitutu onun təkcə yaradıcılıq həyatında rol oynamır. Belə ki, Ələkbərov burada gələcək həyat yoldaşı Kamilla xanımla tanış olur. Tanış olur deyəndə ki, o, teatrşünaslıq fakültəsində dərs dediyi bu xanıma – tələbəsinə aşiq olur. Xanım əvvəlcə onun təklifinə müsbət baxmır. Hətta aktyorla ailə qurmaq istəmədiyini açıq şəkildə söyləyir və beləcə, qəhrəmanımız düz dörd il bu xanımın ardınca "sürünür”. Dörd ildən sonra işə Kamilla xanımın əslən Şuşadan olan nənəsi müdaxilə edir və onlar ailə qururlar. Kamilla xanımın dediklərindən:

"Onun mənə ürəyini açıb evlənmək istəyini bildirməsini də qəribə qarşılamışdım. Yəqin ailənin tək qızı olduğum üçün belə idi. Həm də qardaşım xaricdə yaşayırdı deyə, ərköyünlüyüm özünü göstərirmiş. Heç atamgil də razı deyildilər ki, aktyorla ailə qurum. Amma Şahmar geri çəkilmədi və nəhayət, dörd ildən sonra atamın razılığını aldı. Atamla isə sonralar çox dostlaşdılar. Şahmarın atasının əsli Qarabağdan, Cəbrayıldan idi. Mənim isə ana nənəm şuşalı idi. Elə nənəmin işə qarışmağı məsələnin həllinə müsbət təsir göstərdi”.

Qəhrəmanımızın kinoaktyor kimi yaradıcılığı 1967-ci ildən başlayır. Rejissor Kamil Rüstəmbəyov "Dağlarda döyüş” filmini çəkmək istəyəndə Fərrux roluna bir neçə aktyoru sınayır. Amma yekunda 24 yaşlı Şahmarın üzərində dayanır. Bəlkə də həmin filmə baxanların əksəriyyəti oturuşmuş kişini xatırladan Fərruxun - Şahmarın 24 yaşının olmasını ağıllarına belə gətirmirlər. Düzdür, burada Şahmar Ələkbərov sərhəd qoşunlarında xidmət edən sıravi əsgər rolunu oynayır. Lakin qeyd etdiyim kimi kadrlara baxanda ona bu yaşı vermək olmur.

Şahmar Ələkbərov təkcə kinoaktyor deyildi. O, həm də rejissor kimi Azərbaycanın kino xəzinəsinə dəyərli filmlər bəxş etməyi bacarıb. Bu arada qısa bir haşiyə çıxaq. Qəribədir ki, Ələkbərovun aktyorluq karyerasında böyük rolu olmuş Ədil İsgəndərov onun rejissorluq istəyinə qarşı çıxıb. Deyilənə görə, günlərin birində Şahmar Ələkbərov yazdığı ssenarini kinostudiyaya - Ədil İsgəndərovun yanına aparır və film çəkmək istədiyini bildirir. İsgəndərov isə Şahmarın bu fikrinə "sənin necə gözəl kostyumun var, birini də mənə tikdirək” deyə reaksiya verir. Təbii ki, İsgəndərov Ələkbərova inansaydı, necə deyərlər, aralığa başqa söz salmazdı. Məhz bundan sonra Şahmar uzun müddət rejissorluq istəyindən vaz keçir və nəhayət, 1987-ci ildə - ölümündən beş il qabaq Gülbəniz Əhmədovayla "İmtahan” filmini çəkir. Bu, həm də onun rejissor kimi debütü idi. Cəmi iki il sonra o, "Sahilsiz gecə” filmini lentə alır. Bu həmin illər idi ki, artıq Şahmar Ələkbərov necə deyərlər, yarımcan idi, səhhətində problemlər baş qaldırmışdı. Film elə də yaxşı qarşılanmır və hətta buna görə bir qrup qadın kinostudiyanın qarşısında piket keçirir. Çünki burada müharibə illərində qadınların həyatındakı bəzi məqamlar əks olunmuşdu. Ancaq rejissor piketçilərlə dil tapmağı bacarır.

Ələkbərovun səhhətindəki problemlər hər gün artmaqdaydı. Çənə sümüyündə cərrahiyyə əməliyyatı aparılmalı idi. Kamilla xanım deyir ki, Şahmar ömrünün son yeddi ilini səhhətindəki problemlərlə mübarizə apardı. Hər şey isə "Firəngiz” filminin çəkilişlərindən başlayıbmış:

"Ondan əvvəl stomatoloqda dili zədələnmişdi, çəkilişlərdə soyuqladığı üçün xoraya çevrilmişdi. Şahmar mürəkkəb müalicə terapiyalarına, xəstəliyinin fəsadlarına mətinliklə dözürdü. Çox möhkəm iradəli adam idi. 92-ci ilin qışında onu Hamburqa apardıq, orda dedilər ki, təbabət burda gücsüzdü. Bakıya qayıdıb Şahmarı xəstəxanaya yerləşdirdik ki, ümidsiz olduğunu başa düşməsin. Mən də, İzulətlə Ləman da (əkiz qızları) gecə-gündüz yanında qaldıq. Qızlara onun ölümü elə pis təsir etmişdi ki, hətta sanki mənim sağ qalmağımı da qısqanırdılar. Onlar nəinki atalarını, ən yaxın dostlarını itirmişdilər. Həmişə mənə deyirlər ki, son yeddi ili Şahmarı yaşadan sən oldun. Amma məncə, onu yaşadan güclü iradəsi, sənətinə olan sevgisi idi. Bütün o müalicə mərhələlərinə, ağrılara, üzüntülərə ona görə tab gətirirdi ki, hansısa bir yaradıcılıq işini tamamlaya bilsin”.

Ümumiyyətlə, "Sahilsiz gecə”ni Şahmar Ələkbərovun rejissor ampluasında yaradıcılığının ən qalmaqallı filmi də hesab etmək olar. Təsəvvür edin ki, Mehriban Xanlarovanın baş rolu - Zibeydəni oynayacağını bilən Ənvər Əbluc Şahmara deyir ki, onu çəkmə, intizamsızdı... Ancaq qəhrəmanımız Zibeydə kimi məhz Xanlarovanı görürdü. Filmlə bağlı digər maraqlı məqam da məhz Zibeydə roluyla bağlıdır. Rejissor istəyirmiş ki, Zibeydənin yaşlı vaxtını ya Leyla Bədirbəyli, ya da Nəcibə Məlikovacanlandırsın. Amma bu iki aktrisadan heç biri razılıq vermir və o, məcbur olub Türkmənistandan keçmiş balerina Oğuldurdu Məmmədquliyevanı dəvət edir.

Əliağa Vahidə həsr olunmuş "Qəzəlxan” filmi isə qəhrəmanımızın son işi olur. Müalicə üçün Almaniyaya gedən Ələkbərov qayıdan kimi filmi başlayır və çəkilişlər uzun müddət davam edir.

Ən pisi odur ki, o, çəkdiyi son filmin ekran variantını görə bilmir və 1992-ci ilin 12 avqustunda əbədiyyətə qovuşur...

İntiqam Valehoğlu
Bakuinfo.Az
Tarix: 17-03-2015, 22:03







  • : Qonaq
  • ICQ:
  • : --
  • :
  • : 0
  • : 0
^
И вы думаете что это правильно?

http://2geh.com

------------------------------------------------------------------------

Я с вами полностью согласен, все гениальное - просто.

zid4.com

------------------------------------------------------------------------

О чем вы говорите?

Site

------------------------------------------------------------------------

Мне это полностью непонятно.

Website
  • : Qonaq
  • ICQ:
  • : --
  • :
  • : 0
  • : 0
^
Сколько ошибок в нескольких словах


виндовс 10 Активатор
Это все что я могу ответить вам
  • : Qonaq
  • ICQ:
  • : --
  • :
  • : 0
  • : 0
^
Вы и так много всего сказали я верю


продажа винтовых свай оптом
  • : Qonaq
  • ICQ:
  • : --
  • :
  • : 0
  • : 0
^
  • : Qonaq
  • ICQ:
  • : --
  • :
  • : 0
  • : 0
^
Так верно сказано, что и добавить то нечего особо
----

Инструктор по йоге трахнула клиентку

Кое-что интересненькое вот ссылка
-----

поза амазонка
TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu