Votsapdan daha bir yenilik A- / A+
Votsapdan daha bir yenilik


Votsap yeni Votsap Biznes adlı tətbiqini yayımlayıb.
Lacin.info Axar.az-a istinadən xəbər verir ki, proqram feysbuk tərəfindən pulsuz olaraq yüklənmək üçün təqdim edilib. Bu tətbiq kiçik şirkətlərin potensial müştərilər tərəfindən tanınmasını asanlaşdıracaq. Şirkət sahibləri üçün nəzərdə tutulan bu yenilik Votsap üçün bir şirkət profili yaradıb şirkətin məqsədini göstərməyinizə icazə verir. Şirkət üçün elekron poçt ünvanı və internet saytı "URL”si də əlavə edə bilərsiniz.


Tətbiqi hazırlayarkən zamanınıza qənaət etmək üçün bəzi funksiyalar düşünülüb. Belə ki, sürətli cavablar sayəsində tez-tez verilən suallara cavab verə, mesajlarınızın baxış statistikasını görə bilərsiniz.


"Votsap Biznes” normal istifadəçilərə şirkət hesabı olaraq görülür. Firma bu hesablara yaxın gələcəkdə "təsdiq edilmiş hesab” xüsusiyyətini gətirməyi planlayır. İstifadəçilər digər istifadəçiləri əngəlləyə bildikləri kimi şirkətləri də əngəlləyib, spam olaraq qeyd edə bilərlər.


"Votsap Biznes” hazırda, "Quql Play”də İndoneziya, İtaliya, Meksika, İngiltərə və ABŞ üçün təklif edilir. Tətbiqi Türkiyə və digər ölkələr gələcək həftələrdə yükləyə biləcəklər.
Tarix: 20-01-2018, 09:53



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Əvvəlcə sevdiklərini itirdi, sonra... - Dərddən ciyəri tək taleyi də çürüyən nakam jurnalist

      Son xəbərlər
      Sorğu