Deputat toy məclisinə dəstək oldu A- / A+
Deputat toy məclisinə dəstək oldu

Milli Məclisin Əmək və Sosial- Siyasət komitəsinin sədri Hadı Rəcəbli bu günlərdə Lənkəranda iki sosial durumu çətin olan gəncin ailə həyatı qurmasına dəstək olub.

Lacin.info xəbər verir ki, millət vəkilinin xeyir duası və bilavasitə dəstəyi ilə baş tutan bu toy şənliyində deputatın ailə üzvləri, qohumlar və yaxın dostları da iştirak ediblər.

Toy şənliyini giriş sözü ilə açan Hadı Rəcəbli ilk öncə yeni ailə quran gənclərə xoşbəxtlik arzulamış, möhtərəm prezidentimiz hörmətli İlham Əlivev cənablarına ölkədəki sabitlik, əminamanlığa görə öz adından və toya gəlmiş qonaqlar adından təşəkkürünü bildirib.

Millət vəkili onu da qeyd edib ki, Azərbaycanda ailə cəmiyyətin əsasıdır.Ailədə qarşılıqlı anlaşma, güzəştə getmək, mənəvi tərbiyə, zəhmətsevərlik, şükranlıq, qənaətcilik və digər amillər uğurların və bütövlüyün əsasıdır. O, gənc ailəyə qoşa qarıyasınız, xoşbəxt olun arzularıyla fikrini yekunlaşdırmış, ulu öndər Heydər Əliyevin ailə nümunəsini misal gətirib.

Sonda deputat qonaqlarla birlikdə yeni ailə quran cütlüyə bir daha xeyir-dua vermiş və şənlikdə fəal iştirak edib.

Tarix: 7-01-2018, 16:44







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu