Ziya Bünyadov məşhur erməni qadınını necə biabır elədi- ŞOK MƏQALƏ A- / A+
Ziya Bünyadov məşhur erməni qadınını necə biabır elədi-


Lacin.info saytı mərhum akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun illər öncə erməni “hüquq müdafiəçisi” Yelena Alixanyan-Bonneri biabır edən növbəti məqaləsini oxucalara tədim edir:

Tufeylilik eliyən "qeyri-formallar"


İki ay bundan öncə bizim Bakıya məşhur Əlixanyan - Bonner təşrif buyurmuşdu. Özü də tək yox, əri akademik A.D.Saxarovla birlikdə. Hələ özlərini "qeyri-formallar" adlandıran, SSRİ EA Etnoqrafiya İnstitutunun əməkdaşları Batkin, çığırqan Starovotova və Akademiyanın Şərqşünaslıq İnstitutundan tüfeyliliyə görə qovulmuş laborant Zubov da üstəlik. Gəlin, əvvəlcə Saxarov haqqında danışaq, baxaq görək o kimdir və cəmiyyətimizin tarixinin indiki dönəmində nə işlə məşğul olur? Hələ Musa peyğəmbərin zamanından məlumdur ki, insanın şəxsi bioqrafiyası onun intellektini və intellektual həyatını əks etdirmir.

Neçə illər boyu cəmiyyətimizin düşünən hissəsi Saxarova edilən təzyiqlərə görə narahatlıq hissi keçirmiş, onu özbaşnalığın qurbanı hesab eləmiş, dövlətimizin ən ali məqamında oturanlara təkbətək mübarizədə onu dəstəkləmiş, Qorkiyə nəzarət altına göndəriləndə acımış, onun sonuncu həyat yoldaşı, qayğısını əzab-əziyyətini çəkən, sağalmaz göz xəstəliyinə tutulmuş Əlixanyan-Bonnerin əzabkeşliyinə hamı kimi səmimiyyətlə inanmışdılar. Saxarovun Əlixanyan-Bonner vasitəsilə "çəpərin o biri tərəfinə" əndərib tökdüyü saysız müsahibələri, hətta qərəzkar və dövlət əleyhinə olduqda belə, ictimaiyyət tərəfindən müdafiə olunurdu. Bəs necə? Əzabkeşdi axı! Nobel mükafatı laureatıdır! Mükafatı evində almağa qoymurlar! Ölkədən qovmaq istəyirlər! Və daha nələr, nələr! Amma hələ Qorkidə olarkən Saxarovun düşüncəsində, necə deyərlər, kəskin dəyişiklik əmələ gəlmişdi. Sanballı alimdən bekarçılığa və boşboğazlığa görə təqaüd alan adi bir elmi işçiyə çevrilmişdi. Elmi bir tərəfə atmış Saxarov sülh və eyni zamanda, yenidənqurma uğrunda mübariz olmuş, ölkəmizdə baş verən hər şeyə qarşı hay-küyçüyə və millətlərarası nifaq ortağına çevrilmişdi. Öz arxadaşı Əlixanyan - Bonner vasitəsilə sovetlər əleyhinə yönəltdiyi bayağı və iftira dolu cızmaqaralarını sərhədin o biri tərəfinə 2 ötürürdü. O ki sovet hökumətinin daxili işlərinə qarışır! Sən kimsən axı? Belə şeyləri özgə vaxtlar kəkələsəydin... Yaxud, öz qoşunlarımızın Əfqanıstanda mühasirəyə düşmüş əsgərlərimizi güllələməsi haqqında ağına-bozuna baxmadan verdiyi bəyanat nədir?! Bizim yüksək ranqlı komandaların laqeydliyinə və dişsizliyinə mətəl qalıram.

Sanki antisovetçik Saxarovun həyasızlığı qarşısında üzr istəyirlərmiş kimi susub dururlar. Əksinə, belə münasibət onu nəinki arxadaşı Əlixanyan - Bonnerin xəstə gözlərində, həm də onu əhatə eləyən Batkin, Zubov və Staravoytova tipli qarayaxa qəmişlərin gözlərində göylərə qaldırır. Bax beləcə, əlində sülh yaradanların zeytun budağını tutmuş, nə az, nə çox, bizə Qarabağı ermənilərə verməyi məsləhət görən Saxarov gəlib Bakıya çıxmışdı. Əlbəttə ki, Saxarovun bu səfərini aqanbekyanlıqla məşğul olan daşnaklar Əlixanyan-Bonner vasitəsilə planlaşdırmışdılar. Və komanda gözəgəlimli olsun deyə əski akulanın quyruğuna Batkin, Zubov və Staravoytovanı da qoşmuşdular. Amma Saxarovun şüuru hələ Qorkidə tutulmuş, ətrafındakı hər şeyə qarşı reaksiyasını itirmə mərəzinə mübtəla olmuşdu axı! Onu bu huşsuz vəziyyətdən Əlixanyan-Bonner çıxarmış, yarıyuxulu halında qulağına aravermədən dəqiq frazalar oxumuşdu. Və Saxarov birdən ortalığa düşüb var səsi ilə: "Hə! Bilirsinizmi nə var?!", "Bunu bilirsinizmi?!" və sair tipli sözlər deməyə başladı. A.Raykin demiş, həmin nöqteyi-nəzərdən... Mən 40-cı illərin sonu 50-ci illərin əvvəlinin fəal Bonnerini xatırlayıram. Onun haqqında Moskvada müxtəlif söz-söhbətlər gedirdi. Bu söz-söhbətləri, olanları, olmayanları L.Şeynin özünün "Müstəntiqin qeydləri" əsərində gözəl ümumiləşdirib. Mən Bonnerin həmin illərdəki fəallığı ilə maraqlananların hamısına həmin kitaba baxmağı təklif edirəm. Orda hər şey ətraflı yazılıb! Maraqlıdır, əgər akademiya kuriyası Saxarovu "xalq deputatı" eliyərsə və o da gedib hardasa iclasda oturarsa, suflyoru Əlixanyan-Bonnerə stul qoyub onun qulağının dibində oturmağa icazə veriləcək, ya yox? Əgər veriləcəksə, hansı sifətdə? Parlament katibəsi? Yoxsa hamı bacı sifətində?3Saxarovun cəngavər səsi batıb, indi onun səsi iki addımlıqda eşidilmir. Amma nə olsun, əvəzinə Saxarov - Əlixanyan - Bonner duetinin yalnız adi sovet puluna satılmayan boşboğazlıqlarla dolu kassetləri var.

Tüfeyli qəmişlər Batkin və Zubov haqqında başqa müəlliflər ətraflı yazıblar, lakin Saxarov - Bonner səhnəsində etnoqraflaşan, çığırqan Starovoytova haqqında hələ az deyilib, Onun Bakıdakı civiltili, hay-küylü davranışığı belə deməyə əsas verir ki, bu xanım, fikri-zikri dövlətimizdə millətlərarası düşmənçiliyi görükləməyə yönəlmiş aktrisadır. Boğaz bahasını da həmin kompaniya ödəyir. Təzəcə çapdan çıxmış ilk iki nömrəsinin məqalələrinin məram və məqsədi haqqında düşünmək lazım gələn, Saxarov-Bonner kompaniyasının orqanı "Rodina" jurnalında Çita Sevdagarovanın sovet adamlarının şərəfini təhqir edən cızmaqarası və cığırqan Staravoytovanın ermənilər arasında rəy sorğusu keçirmək yolu ilə Naxçıvan MR-nın Azərbaycan SSR tərkibindən alınıb Ermənistan SSR tərkibinə verilməsi barədə baş məqaləsi dərc olunub. Qarabağ az imiş! Bax burda deyiblər ki, iştah diş altındadır! Əfsuslar olsun ki, "Dövləti cinayətlərə görə cinayət məsuliyyəti haqqında" SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı, daha doğrusu, ona (maddə 7.7-yə əlavələr, II və II əlavə) dəyişikliklər və əlavələr yalnız indi dərc olunub. Bir az əvvəl olsaydı! Bax onda Saxarov da, Əlixanyan - Bonner də, Batkin, Zubov və Staravoytova kimi qəmişlər də, başqa aqanbekyanlar da sovet xalqı və onun qanunları qarşısında tamamilə başqa məsuliyyət daşıyırdılar.

Ziya Bünyadov
Tarix: 21-01-2017, 13:55



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçınlılar Xocalı faciəsini andılar-

      Son xəbərlər
      Sorğu