Məşhur alim dünyanın sonunun dəqiq tarixini açıqladı A- / A+
Məşhur alim dünyanın sonunun dəqiq tarixini açıqladı

Britaniyalı astrofizik Stiven Houkinq yaxın min ildə dünyanın sonunun qaçılmaz olduğuna dair proqnoz verib.

AzVision.az “The Daily Mail”-ə istinadən xəbər verir ki, bu barədə o Oksford tələbə diskussiya cəmiyyətində çıxışı zamanı bildirib.

Məşhur fizikin sözlərinə görə, Yerdə həyat nüvə müharibəsi, süni intellektin fəaliyyəti və ya genetik olaraq yaradılan virus nəticəsində məhv olacaq. Hokinq ənənəvi olaraq insanları planetdən qaçmağa çağırıb və uzaq kosmik səyahətlər üçün yüksək texnologiyaların yaradılmasının vacibliyini vurğulayıb.

Astrofizik qeyd edib ki, son 50 ildə elmdə ciddi irəliləyişlər baş verib, insanlıq isə Kainatı tərk etməyə yaxınlaşıb. Hokinq eyni zamanda bir sıra nəzəriyyələrin yaranmasında iştirak etdiyinə görə də şad olduğunu bildirib.

Sonda alim gələcəkdə araşdırmaçıların “Böyük partlayışı realizə etmək üçün” qravitasiya dalğalarından istifadə edəcəyinə ümid etdiyini bildirib.

Öz çıxışının sonunda Hokinq dinləyiciləri öz ayaqlarına deyil, başlarını yuxarı qaldırıb ulduzlara baxmağa çağırıb.

Lacin.info
Tarix: 16-11-2016, 10:57
Baxış: 630



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu