Stalinin xilaskarı, ermənilərin kabusu: kişi paltarlı qaçaq Gülsüm - FAKTLARLA A- / A+
Stalinin xilaskarı, ermənilərin kabusu: kişi paltarlı qaçaq Gülsüm

... Günəşin batışından sonra bir dəstə atlı meşəyə doğru çapır. Onlar əllərində pul kisələri və yanlarında bəstəboy bir kişi ilə ağacın altında bardaş qurub oturanlara yaxınlaşırlar. Biri deyir:
- Süleyman qağa, pulları da, adamı da gətirdik.
- Kərəm qağanın dediyi kişi budurmu?
- Budur.
Əlindəki tüfəngi ağaca söykəyib, ağır-ağır onlara yaxınlaşan ortaboylu başçı qonağa nəzər salıb deyir:
- Adın nədir?
- Soso Cuqaşvili.
- Kərəm qağa səni xüsusi tapşırıb, qonağımızsan. Yoldan gəlibsiz, gedin dincəlin.


Bu başçı uzun illər Qaçaq Süleyman adı ilə dəstəyə rəhbərlik edən şəmkirli Gülsüm, qonaq isə sonradan böyük imperiya quraraq dünyada Stalin kimi tanınan İosif Cuqaşvili idi. Onların tanışlığının səbəbkarı isə Qafqaz, Rusiya, İran və Türkiyədə məhşur olan qazaxlı qaçaq Kərəm idi.

Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa rəhbərlik edən Gülsüm 1861-ci ildə Şəmkir rayonunun Sarxan kəndində adan olub. Gülsüm kəndin ağsaqqallarından sayılan Əmirqulu kişinin böyük qızıydı. Əmirqulu kişinin ondan başqa 6 oğlu, 1 qızı da vardı. Ailə kasıb olduğu üçün Gülsüm imkanlı adamların evində xidmətçi kimi çalışırdı. 18 yaşlı qızı qardaşları işləməyə qoymasalar da, o, ailəsinə dəstək olmaq üçün çalışmağa üstünlük verirdi. Qapıya bir neçə dəfə elçi gəlsə də, cehiz toplamaq imkanları olmadığı üçün imtina etmişdi. Bu həyat belə davam edəcəkdi. Lakin Gülsümün həyatını dəyişən o müdhüş gün olmasaydı. İki ildən çox vergi vermədiklərinə görə pristavın və kəndxudanın onun evinə gələrək ailəsinin qarşısında atasını təhqir etməsi bir yana, qaynar samovarı Əmirqulu kişinin kürəyinə sarıyıb zülm etmələrinə dözə bilməyən Gülsüm evin içində pəncərədən güllə ilə pristavı vurur. Həmçinin bunu görüb qaçmaq istəyən kəndxudanı da güllələyir. Hər ikisi ölür, bu hadisə onun həyatını dəyişir. Səhəri gün hökumət adamları kəndi mühasirəyə alıb qatili tələb edirlər, qardaşlarının qabağa düşüb asılmasına razı olmayan Gülsüm onlardan birinin paltarını geyinib evdən qaçır və meşədə gizlənir. Xəbər göndərir ki, pristiav və kəndxudanı o vurub, heç kimdə günah axtarmasınlar.

O zamanlar qaçaqlıq edən Kərbəlayı Əsgər, Məşədi Yolçu və Bayramqulu bu hadisəni eşidib qızın ardınca meşəyə gəlirlər. Meşədə kişi paltarında birini görüb adını soruşurlar. “Adım Süleymandı” deyib onları inandıran Gülsüm yalandan and içir ki, onların axtardığı Gülsüm onun bacısıdır.

Sonra Gülsüm Şəmkir ərazisində başçısı Çaqqal Səlim olan dəstəyə qoşulur. Lakin Səlimin fikri çoxlu var-dövlət toplayıb İrana qaçmaq idi. Buna görə kasıbların da qarşısını kəsir, əllərində olan-qalanı alırdı. Bu isə Gülsümün xoşuna gəlmirdi. Çaqqal Səlimin öz dostunu öldürüb qızıl-gümüşünü ələ keçirməsi və bir çobanın sürüsünü aparıb Göyçədə satmasını görən Gülsüm daha buna dözmür, Çaqqal Səlimin yeməyinə bihuşdarı qatır və sonra da başını kəsir. Daha sonra Kərəmin dəstəsinə qoşulur. Kərəm onu dostu Ağ Seyidə tapşırır. Qorxulu bir döyüşdə Süleyman igid şahin kimi böyük hünər göstərib dostlarını qara-qorxudan çıxarır.

O, təkcə çar məmurlarına, bəylərə, pristavlara qarşı deyil, eyni zamanda, yerlərdə əhalini çapıb-talayan yerli məmurlara, həmçinin azğın quldur dəstələrinə qarşı da amansız mübarizə aparırdı. Süleymanın bu mübarizəsi artıq Qafqaz Canişinliyində böyük marağa səbəb olmuşdu.

Qaçaq Süleyman, Muxtar bəy kimi ad-san qazanan Gülsümün qəhrəmanlıqlarını görən qaçaqlar onu özlərinə başçı seçirlər. Süleyman artıq hökumətin gözündə təhlükəli qaçaq idi. Dəfələrlə jandarm və kazaklarla döyüşdə qələbə qazanan Gülsüm qiyabi ona dəstək olan Qaçaq Kərəmlə görüşmək üçün gecəliklə Araz çayını keçib Cənubi Azərbaycana gedir. Lakin yemək yedikləri yerdə çoxsaylı qarasoran (İranda asayiş qüvvələri –red.) gəldiyini görüb, atışmaya başlayırlar. Bu zaman o, əsir düşür. Onu zindana salırlar. Həmin vaxt Qaçaq Kərəm də İranda yaşayırdı. Məsələni ona danışırlar. Kərəm onun yanına gedir və onunla tanış olur. Bu çətin vəziyyətdən onu qurtarır. Hətta Kərəm də onun qadın olduğunu bilmir, bir azərbaycanlı, həmyerlisi kimi ona kömək edir. Kərəm Süleymanı azadlığa çıxartdıqdan sonra bütün dəstəni öz evinə dəvət edir. Burda Gülsüm qaçaq Süleyman adından istifadə edən qadın olduğunu Kərəmə etiraf edir. 1890-cı ilə qədər Qaçaq Süleyman Təbrizdə yaşayır. 1890-cı ildə Kərəm onu İrandan öz yerinə göndərir. Süleyman Kərəm adından bir çox işlər görür. Kərəm Tiflisdən Gəncəyə bir vaqon dustaq, bir vaqon da pul göndərildiyi haqda Süleymana məlumat göndərir. Və bildirir ki, gürcü dostlarının xahişi var ki, qatarda siyasi bir dustaq var. Mütləq onu xilas etmək lazımdır.

Əməliyyat çox uğurla başa çatır. Dustaq azad edilir, pullar götürülür. Soso Cuqaşvili də Süleymanın dəstəsinə qoşulur. 7 ay bu dəstədə olub Soso. Bir xeyli əməliyyatlarda da iştirak edib.

Soso pul gücünə Qaçaq Gülsümlə birgə Metex qalasından xeyli qaçaq azad edir.

Bir dəfə meşəyə gələn rus komandir Gülsümlə söhbət edir. Komandir onun üzə çıxmasını və Çar ordeni ilə təltif edilməsini təklif edir. Bütün etdiklərinin bağışlanacağını və toxunulmazlıq veriləcəyini vəd edir. Buna Gülsüm belə cavab verir: “Mənə rus çarının heç bir ordeni və təklifi lazım deyil, mən padşahım kimi onu qəbul etmirəm. Öz padşahım olsa, mən qaçaq olmazdım”.

Amma Soso da Soso idi. Qaçaq Süleymanın qadın olduğunu bilir. Ümumiyyətlə, cəmi üç nəfər bilib bunu -Kərəm, Əskiparalı Qaçaq Usub və Soso Cuqaşvili-Stalin. Qaçaq Kərəmin göstərişi ilə pulların bir qismi Urmiyada Kazım xan hərəkatı üçün İrana göndərilir. Qalan hissəsi isə müxtəlif adlarla Rusiya və Türkiyə banklarına yatırılır.

Bundan sonra Qaçaq Kərəm onun Türkiyəyə getməsini tapşırır. Bir müddət Bitlisdə yaşadıqdan sonra eşidirlər ki, Rusiyada çevriliş olub, Azərbaycanda da dəyişiklik var, evlərinə qayıdırlar. Qaçaq dostları ancaq bundan sonra Süleymanın Gülsüm olduğunu bilir, onun cəsarətinə, mərdliyinə heyran olurlar. 1901-ci ildə Kərəm Gülsümə qaçaqlıq etməyi qadağan edir. Ailə-uşaq sahibi olmasını istəyir. Öz kəndinə qayıdan Gülsüm burada İsmayıl adlı bir kişiyə ərə gedir. Hansı ki, İsmayıl dul idi və dörd uşağı vardı. Bundan sonra da onların altı oğlu, iki qızları olur.

Bolşeviklər ilk zamanlar Gülsümə toxunmurlar. Lakin ermənilər Gülsümə göz verib işıq verimilər. Nəhayət, 4 erməni milisi gəlib onun hamilə gəlinini zorla işə aparmaq istəyəndə, əlinə silah alan Gülsüm milislərin dördünü də yerindəcə güllələyir. Onu həbs edirlər. O, məhkəmə zamanı Stalinə xəbər göndərilməsini tələb edir. Bu xəbər Bağırova çatanda Stalinə məlumat göndərir ki, bir qadın qətl törədib, lakin mütləq rəhbərə xəbər göndərir ki, onu şəxsən tanıyır. Bunu eşidən Stalin dərhal Bağırova zəng vurur və əmr edir ki, Gülsümü azad etsinlər. Oğlunu da kolxoz sədri qoysunlar. Çünki o qadın onun ən yaxın dostudur. Bu zaman Mikoyan Stalinə deyir ki, axı qadın qatildir, 300-dən çox erməni öldürüb. Stalin bunu eşidib hirslə deyir ki, çətin günlərdə 7 ay bu qadının çörəyini yeyib, himayəsində olub. Belə dost bütün hər şeydən dəyərlidir.

Stalinin xilaskarı, ermənilərin kabusu: kişi paltarlı qaçaq Gülsüm
Stalinin xilaskarı, ermənilərin kabusu: kişi paltarlı qaçaq Gülsüm
Stalinin xilaskarı, ermənilərin kabusu: kişi paltarlı qaçaq Gülsüm


Deyilənə görə, Gülsüm 101 il ömür sürüb, 1962-ci ildə dünyasını dəyişib. Onun qəbri Şəmkirin Sarxan kənd qəbiristanlığındadır.

Zaur Əliyev
Tarix: 12-11-2015, 20:44







  • : Qonaq
  • ICQ:
  • : --
  • :
  • : 0
  • : 0
^
Действительно сильно интересно и любопытно

Site
  • : Qonaq
  • ICQ:
  • : --
  • :
  • : 0
  • : 0
^
Ваш пост радует как никогда

-----------------
Торговля в Black Desert
  • : Qonaq
  • ICQ:
  • : --
  • :
  • : 0
  • : 0
^
Считоводы хреновы вы

активировать
  • : Qonaq
  • ICQ:
  • : --
  • :
  • : 0
  • : 0
^
ЕЕЕЕЕЕЕЕЕееее молодцы я люблю подобные записи их читать интересно

-------------------

http://aktivator-windows.net/load/skachat_windows/5

Как я и говорил что это вам пригодится, не сегодня так завтра
TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu