Elza bahalaşmaya da şeir yazdı: "Qazsız, işıqsız boşalmaq olmur..." A- / A+
Elza bahalaşmaya da şeir yazdı:

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın şeir yazdığı hamıya bəllidir.
İfaçı bu dəfə qazın və elektrik enerjisinin qiymətinin bahalaşmasına şeir həsr edib.

Həmin şeiri oxuculara təqdim edirik:

Qış elə soyuqdur ki,

Qaz isitmir evimizi,

Qoz qabığı yandırıb

Qazlayırıq özümüzü

Günün soyuğunda

Qazsız qaz yolmaq olmur

Boşalmaq, dolmaq olmur


Qazdı, işıqdı

Bunlar evə yaraşıqdı

Qaz yaraşırdı evimizə

İşıqda yaraşırdı

Amma qaz çox yananda,

Qazpulu yığan çaşırdı

İşıqları söndürəndə

Hamının dili dolaşırdı

Qaz ha qaz, özümə quyu qazdım

Qazsız azdım,

İşıqsız azaldım…


Qaz bahadırsa ay insan

Odun sobası al

Ağac kəs, odun topla

Yalan danış, gopla

İşığı kəsəndə

Düş həyətə oyna topla

Topla ay adam işığını, qazını

Çoxunu azını

Ay kasıb adam,

Evi nəfəsinlə isit

Kəsməsinlər qazını.

Diferensiallaşma

Aşma

Çaşma

Bax mənim görüntümə, yaşıma

Diferensiallaşma!!!

Qaz, Diferensiallaşma!

Elektrik, Diferensiallaşma!

Oyyy, nələr gəldi başıma!

Qazzzzz

Qaz ha qazzzz!


Kəsilmə qaz,

Bahalaşma qazım mənim,

Üşüməsin quzum mənim!
Tarix: 1-12-2016, 14:32
Baxış: 240



Digər xəbərlər




      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Люди кто хочет играть в современные игры на самых высоких настройках с динамичными теняими
      даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
      Читайте статья по настройке компа здесь.
      Видео по установке и настройке смотрите тут.
      Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu