11 oktyabr Milli Qəhrəman Oqtay Güləliyevin anım günüdür A- / A+
11 oktyabr Milli Qəhrəman Oqtay Güləliyevin anım günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Oqtay Güləliyevin anım günüdür. Oqtay Güləliyev 1962-ci il, noyabrın 10-da Laçın rayonunun Xaçınyalı kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb.
“Lacin.info” xəbər verir ki, o, "Daşaltı əməliyyyatı" zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olub. Daha sonra Pircahan kəndi yaxınlığında ağır yaralanıb, lakin müalicə olunaraq, cəbhəyə qayıdıb. Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatıb və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınıb, amma düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olub və Güləliyevin qüvvələri mühasirəyə düşüb. 11 oktyabr 1992-ci ildə Hoçaz yüksəkliyində gedən ağır döyüş onun son döyüşü oldu. Döyüşçülərini təhlükəsiz yerə keçirə bilsə də bu döyüşlərdə Oqtay Güləliyev özü qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Güləliyev Oqtay Güləli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı " adına layiq görülüb.

Lacin.info
Tarix: 11-10-2017, 15:42







  • : Qonaq
  • ICQ:
  • : --
  • :
  • : 0
  • : 0
^
Народ у кого старый комп или ноут есть отличный способ при помощи небольшого патча можно играть
в любые современные игры с высокими настройками даже на самых слабых ПК. (Через сервис PLAYKEY)
GRAND THEFT AUTO V, ВЕДЬМАК 3, ASSASSIN'S CREED ORIGINS, COUNTER-STRIKE, WORLD OF TANKS и.т.д
Патч для бесплатного пользования сервисом скачивайте здесь.
Видео по установке и настройке патча смотрите тут.
TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu