“Hərə bir əsgər, hər ev bir səngər” A- / A+
“Hərə bir əsgər, hər ev bir səngər”


"Cəbhəyanı bölgələrdə müvafiq tədbirlərin təşkilinə dair təşəbbüslər və "ordum.az" saytının yaradılması” layihəsi çərçivəsində, sentyabrın 16-da Tovuz rayonunun Ağdam kəndində "Hərə bir əsgər, hər ev bir səngər” adlı tədbir keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən görüş-tədbirin məqsədi düşmənlə təmas xəttində, sərhəd kəndlərimizdə yaşayan vətəndaşlarımıza mənəvi dəstək olmaqdır. Bununla yanaşı, onları vətənin keşiyini çəkən əsgərlərimizə arxa durmağa, tarixi torpaqlarımız olan ata- baba yurdlarına daha möhkəm bağlanmağa sövq etmək, yerli əhalini - əsasən də yeniyetmə-gəncləri düşmənlərimizin millətimizə, dövlətimizə qarşı törətdiyi cinayətlər barədə maarifləndirməkdir. Eyni zamanda layihənin məqsədi gəncləri ölkəmizin mənafeyini, xalqımızın milli-mənəvi dəyərlərini, öz yurdlarını qorumağa, işğalçılara qarşı mübarizəyə səfərbər etməkdir.

Elə bu ovqat üstə köklənmiş Hərbi mövzular Üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin üzvləri və qonaqlar şəhid ailələri ilə birlikdəTovuz rayonunun Ağdam kəndində şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin və Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun məzarı üzərinə tər çiçəklər qoyaraq xatirələrini yad ediblər.

Xatırladaq ki, Qarabağ müharibəsi başlayandan ərazi bütövlüyümüz uğrunda Ağdam kəndi 15 şəhid verib ki, onlardan biri – Naiq Yusifov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Milli Qəhrəmanın adını daşıyan məktəbin qarşısında kənd sakinləri ilə keçirilən görüşdə "Bütöv Azərbaycan” qəzetinin redaktor müavini Azadə Bayramova müstəqil ölkəmizin suverenliyinin möhkəmləndirilməsi naminə xalq-ordu əlaqələrini möhkəmləndirmək kimi mühüm vəzifələrdən söz açıb.

Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov qonaqları salamlayaraq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Tovuz rayonu düşmənlə təmas xəttində daim mərdliklə dayanıb.

Biz sizlərdən vətən sevgisini, yurda necə can-dildən bağlanmağı öyrənməyə gəlmişik, deyə sözə başlayan "Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi İdarə Heyətinin sədri Tamxil Ziyəddinoğlu "Hərə bir əsgər, hər ev bir səngər” mövzusunda məruzə edib. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə təhlükəsizlik tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2014 –cü il tarixli sərəncamını xatırladaraq, döyüş bölgəsində yaşayan əhalinin ayıq-sayıqlığının artırılması zərurətindən danışıb. Qürur huissilə qeyd edib ki, torpaqlarımızı indi 1990-cı illərdəki kimi əliyalın könnüllülər deyil, nizami ordumuz qoruyur. Azərbaycan oğulları Silahlı Qüvvələrimizin bütün qoşun növlərində şərəflə xidmət keçirlər. İstər sərhədlərimizin keşiyində, istərsə də, təhlükəsizliyimizin, asayişimizin qorunmasında vətənə layiqli xidmət edirlər. Hərbçilərimiz NATO Sülhməramlı Qoşunlarının tərkibində İraqda, Kosovada nümunəvi xidmətləri ilə Azərbaycanımıza həmişə baş ucalığı gətiriblər. Silahlı Qüvvələrimiz hazırda Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Ötən ilin aprel döyüşləri bunu bir daha sübüt elədi.Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin düşməndən azad edilərək, orada ilkin olaraq 50 evin inşası və daha 100 evin tikintisinə başlanması yurd yerlərimizə böyük qayıdışın başlanğıcı oldu. İnanırıq ki, tezliklə Azərbaycanın əraziləri işğaldan azad ediləcək və xalqımız əmin-amanlıq şəraitində indiki inkşaf dinamikasını daha yüksək səviyyədə davam etdirəcək. Bütün bunlar isə xalq-ordu birliyində öz təcəssümünü tapacaq. Biz daimi olaraq ordumuza dəstək olmalı,ordumuzun şəxsi heyəti ilə təmaslarımız sıx olmalıdır.

Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun atası Nəsir Yusifov qeyd edib ki, Azərbaycan xalqının tarixində qəhrəmanlıq ənənələri davam edir: "Böyük Vətən Müharibəsində təkcə Tovuz rayonundan 3 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Mənim oğlum kimi neçə-neçə oğullar da vətənin müdafiəsinə qalxıb, torpaq, xalq uğrunda canlarını fəda ediblər”.
“Hərə bir əsgər, hər ev bir səngər”

Milli Qəhrəmanın adını daşıyan məktəbin direktoru Şahnaz Eyubova yetirmələrinin qəhrəmanlığını qeyd etməklə bərabər, bildirib ki, 25 ilə yaxın davam edən münaqişə dövründə bir nəfər də olsun kəndi tərk etməyib, hazırda da hər kəs öz təsərrüfat işləri ilə məşğuldur. Bildirilib ki, kənddə Alı Baba ziyərətgahı və kənd qəbiristanlığı hələ də düşmən nişangahındadır: "Məktəbimizdə vətənpərvərlik tərbiyəsi daha yüksək aşılanır. Neçə-neçə şagirdlərimiz hərbi akademiyada təhsil alır, Türkiyədə, Cəmşid Naxçıvanski adına Hərbi Liseylərdə təhsil alırlar. Biz Azərbaycanın Prezidenti cənab İlham Əliyevə arxalanırıq və onunla fəxr edirik”.
"Xoşbəxt günlərimin acı göz yaşları” , "Başkəsənlər”, "Anama məktub”, "Novruzda açılan atəş”, "Tanrı ürəklərdədir” və.s. kitabların müəllifi, publisist Elman Rüstəmov da öz ürək sözlərini söyləyib.
“Hərə bir əsgər, hər ev bir səngər”

Tovuz rayonunun Ağdam kəndinin camaatı ilə görüşünün rəsmi hissəsindən sonra bədii hissəyə yer verilib. Gənc aşıqlar Zirəddin Cilovdarlı və Muxtar Məmmədov Firuddin Süleymanovun balabanda müşayiəti ilə öz ifalarını təqdim ediblər.

Dağlar qoynunda sazın, sözün şirinliyinə bələnmiş bu görüş hər kəsdə xoş ovqat yaradıb. Yerli camaat qonaqlarla xatirə şəkilləri çəkdiriblər. Görüş iştirakçılarına şair Hafiz Baxışın "Bütöv Azərbaycan” qəzeti redaksiyasında çapa hazırlanmış "Ana layla deyir” kitabı və təhlükəsizlik tədbirlərinə aid bukletlər paylanıb.


Lacin.info
Tarix: 19-09-2017, 14:39







  • : Qonaq
  • ICQ:
  • : --
  • :
  • : 0
  • : 0
^
Народ у кого старый комп или ноут есть отличный способ при помощи небольшого патча можно играть
в любые современные игры с высокими настройками даже на самых слабых ПК. (Через сервис PLAYKEY)
GRAND THEFT AUTO V, ВЕДЬМАК 3, ASSASSIN'S CREED ORIGINS, COUNTER-STRIKE, WORLD OF TANKS и.т.д
Патч для бесплатного пользования сервисом скачивайте здесь.
Видео по установке и настройке патча смотрите тут.
TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu