Holland məktəbliləri Xurşidbanu Natəvan haqqında danışıblar A- / A+
Holland məktəbliləri Xurşidbanu Natəvan haqqında danışıblar

Xəbər verildiyi kimi, 2016-cı ilin dekabr ayında Azərbaycanın Avropalı Dostları Mərkəzinin (ECAF) İdarə Heyətinin illik iclasında Xocalı qırğınının 25-ci ildönümünün Niderland Krallığında daha qlobal miqyasda keçirilməsi qərara alınıb. ECAF indiyəcən Hollandiyada misli görünməmiş layihəyə start verib: 2017-ci ilin Hollandiyada “Xocalı ili” kimi adlandırılmasına müvəffəq olub. Xocalı faciəsinin 25-ci ildönümünün bütün 2017-ci il ərzində qeyd olunması üçün əsasən, kolleclərdə, məktəblərdə, gənclər təşkilatlarında yığıncaqlar keçirilib. Bunun üçün ECAF tərəfindən Xocalı anımları siyasətdən tamamilə uzaq olaraq, mədəni, incəsənət və musiqi əsasında qeyd olunub.
Azərbaycanın Avropalı Dostları Mərkəzinin sədri Leyla Babayevanın verdiyi məlumata görə, layihə çərçivəsində növbəti tədbir Hollandiyanın Harlem şəhərində keçirilib. “Ölkələr və bizi birləşdirən ənənələr” adlı tədbirdə şəhərin 6 kollecinin şagirdləri iştirak ediblər. Məktəblər üç sahə: mədəniyyət, adət-ənənələr və tarix üzrə təqdimatlar etmək üçün üç qrupa bölünüblər. Son yeddi ay ərzində hər məktəb səylə bu təqdimatların hazırlanması ilə məşğul olub.
Birinci məktəb Xurşidbanu Natəvan və Belçikanın Vaterloo şəhər parkında onun şərəfinə ucaldılmış abidəsi haqqında məlumat verib. İkinci məktəb də ölkələrimiz arasında bir keçid kimi, Azərbaycanda mövcud olan müxtəlif etnik qruplar, onların din və adət-ənənəlinə olan hörmət və inam haqqında bəhs ediblər. Bu mərhələdə Azərbaycandakı kilsə və sinaqoqlar haqqında da məlumat verilib. Təqdimatda Qarabağ ərazisindəki Alban kilsələrinin mövcudluğu vurğulanıb.
Üçüncü məktəb isə tarixi mövzu seçiblər. Onlar Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçməsi və bu Yoldan Avropanın, eləcə də hollandların da istifadə etməsindən danışıblar.
Qeyd edək ki, 200-dən çox tamaşaçının iştirak etdiyi təqdimatda “Eurovision” mahnı müsabiqəsində Azərbaycan müğənnilərinin səsləndirdiyi mahnılar da ifa olunub.
Xatırladaq ki, bu tədbirlər ECAF-in “Yolumuz Qarabağadır” layihəsi çərçivəsində keçirilir. Ümumilikdə, bu layihə çərçivəsində əsas məqsəd Dağlıq Qarabağla bağlı həqiqətlərin Avropa ictimaiyyətinə subtil yolla çatdırılması, xüsusilə də holland xalqının ictimai-mədəni tarixində gələcək nəsillər üçün arxivləşdirilməsidir.
Holland məktəbliləri Xurşidbanu Natəvan haqqında danışıblar

Holland məktəbliləri Xurşidbanu Natəvan haqqında danışıblar


Lacin.info
Tarix: 25-07-2017, 10:46



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçınlılar Xocalı faciəsini andılar-

      Son xəbərlər
      Sorğu