Mərhum diaspor rəhbərinin doğum günüdür A- / A+
Mərhum diaspor rəhbərinin doğum günüdür

Bu gün 2009-2015-ci illərdə "Ümumrusiya Azərbaycanlıları Konqresi"nin Yaroslavl şəhər şöbəsinin sədri olmuş və aktiv diaspora fəaliyyəti ilə məşğul olmuş Söhrab
İbrahimovun doğum günüdür. Qeyd edək ki, İbrahimov Söhrab Mədət oğlu10 iyul 1974-cü ildə Laçın rayonun Alıqulu kəndində anadan olub. 1991-ci ildə Pircahan kənd orta məktəbini bitirib. Elə həmin il ali təhsil almaq məqsədi ilə Rusiya Fedarasiyasının Yaroslavl vilayətinin Yaroslavl şəhərinə üz tutub. İlk əmək fəaliyətinə Yaraslavl Şin zavodunda başlayıb.1992-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 1997-ci ildə Beynəlxalq İqtisadiyyat və Hüquq İnstitutuna qəbul olunub. 2002-ci ildə həmin İnstitutun hüquq fakültəsinin "Dövlət idarəetməsi" ixtisasina yiyələnib.Yaroslavl şəhərində fəaliyyət göstərən tikinti kompaniyası "Vivat" firmasının hüquq məsləhətçisi vəzifəsində calışıb. 2007-ci ildən "Mila" firmasının direktoru olub. 2009-cu ilin iyun ayından Ümumrusiaya Azərbaycanlıları Konqresinin Yaroslavl şəhər şöbəsinin sədri olub. 2009-cu ildən Rusiya Federasiyasının hakim partiyası "Yedinaya Rossiya"partiyasının uzvu, partiyanın ilkin dairələrindən birinin katibi, şəhər sovetinin siyasi bürosunun üzvü olub.
Söhrab İbrahimov 4 aprel 2015-ci ildə Rusiya Federasiyası, Yaroslavl vilayəti, Yaroslavl şəhərində xərçəng xəstəliyindən vəfat edib. Bakıda dəfn olunub. Ailəli olub, 2 qızı və 1 oğlu var.
Söhrab İbrahimov Yaroslavl şəhərində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edərək, Azərbaycanın mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının Rusiyada yaşayan çoxsaylı başqa millətlərə çatdırılmasında, milli adət-ənənələrimizin yayılmasında, qorunub saxlanılmasında və azərbaycanlıların miqrasiyası ilə bağlı çıxan problemləri hüquqi çərçivədə həll olunması üçün regional və şəhər hakimiyyətləri ilə federal strukturlarla qarşılıqlı əlaqələrin yaradılmasında əlindən gələni edib. Hər il Yaroslavl şəhərində təşkil edilmiş "20 Yanvar", "26 Fevral Xoçalı soyqırımı", "Novruz bayramı", "Ümumdünya Azərbaycanlılarının Həmrəylik günü" və s. tədbirllərin yaradıcısı və təşkilatçısı olurdu. Allah Rəhmət Etsin!
Tarix: 10-07-2019, 15:47
Baxış: 135







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Erməni baş prokuror Azərbaycan torpaqlarında

Son xəbərlər
Sorğu