Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub A- / A+
Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


Rusiya Federasiyasının Krasnoyarsk vilayətinin qubernatoru Aleksandr Uss 12 iyun Rusiya Günü münasibətilə “Qubernator” zalında təqdimat mərasimi keçirib. Mərasimdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, o cümlədən qubernator Aleksandr Uss tərəfidən təltif olunan insanlara fəxri fərman və diplomlar təqdim olunub. Sevindirici haldır ki, qubernator Aleksandr Uss Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudov da fəxri fərman təqdim edib. Xatırladaq ki, Taleh Mahmudov bu ilin 5 aprelində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sərəncamına əsasən fəxri fərmanla təltif olunub. Sərəncam Rusiyanın hüquqi informasiya üzrə dövlət sisteminin rəsmi saytında dərc olunub. Həmyerlimiz Rusiya Prezidenti tərəfindən əmək nailiyyətlərinə, aktiv ictimai fəaliyyətinə və çoxillik vicdanlı işinə görə bu mükafata layiq görülüb.
Xatırladaq ki, Taleh Mahmudov 1961-ci ildə Ağsu rayonunda anadan olub. Krasnoyarsk Dövlət İnşaat Mühəndisliyi İnstitutunda ali təhsil alıb. Taleh Mahmudov 30 ildən artıqdır Krasnoyarsk şəhərində yaşayır. O, Krasnoyarskdakı "Bionika” bərpa terapiyası klinikası” MMC-nin direktorlar şurasının sədridir.
Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub

Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub
Tarix: 14-06-2019, 10:27
Baxış: 61







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Erməni baş prokuror Azərbaycan torpaqlarında

Son xəbərlər
Sorğu