Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir” A- / A+
Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”

"Azərbaycanın işgüzar dairələri və biznesmenləri hər il keçirilən Peterburq Beynəlxalq İqtisadi Forumunun (PBİF) meydançalarında aktiv iştirakı və daha geniş təmsil olunması barədə düşünməkdə məna var. Çünki PBİF Azərbaycanın biznes potensialı üçün mühüm və real meydançalardan biridir". Bu fikri Rusiya azərbaycanlılarının vahid informasiya portalı AZRU-ya açıqlamasında tanınmış ictimai-siyasi xadim, iş adamı, Rusiyanın azərbaycanlı icmasının fəalı Səadət Qarayeva bildirib.
Onun sözlərinə görə, müasir iqtisadiyyat o qədər tez və bir çox hallarda nəticəsi heç də həmişə bəlli olmayan şəkildə inkişaf edir ki, həm sərmayəçiləri, həm də sərmayə cəlb etmək istəyənləri böyük sayda çağırışlarla üzləşdirir. O əmindir ki, mərkəzləşdirmə yolu ilə bu problemi daha tez, daha effektiv və daha keyfiyyətli şəkildə həll etmək olar: “Daim adaptasiyada olmaqla müasir bazar investisiya və danışıqlar meydançaları problemlərinin cəmləşdirilmiş həlli üçün irimiqyaslı iqtisadi forumlar şəbəkəsi qismində özünə uyğun olan bir sistem işləyib hazırlayıb. Artıq bu tək ayrı-ayrı dövlətlərin konkret siyasətçilərinin iradəsi deyil, bu təbii bir prosesdir. Forum məkanı sərmayyələr, sazişlərin bağlanması, mövcud problemlərin həlli istiqamətində müştərək fəaliyyət üçün əlverişli maliyyə ekosistemi formalaşan yerdə əmələ gəlir”.
Onun fikrincə, şəraitin, investisiya imkanlarının, bu məsələlərlə bağlı yerli və regional qanunvericiliyin dəyişmə sürətini nəzərə alaraq məntiqə tam uyğundur ki, bir tədbirlərin populyarlığı artır, digərlərinin isə - azalır.
“Bu gün Avrasiya iqtisadçılarının diqqəti Peterburq Beynəlxalq İqtisadi Forum-2018 çərçivəsindəki hadisələrə yönəlib. Siyasi şəraitə baxmayaraq 2017-ci ildəki kimi bu il də Peterburq forumu nəinki Avrasiya, bütün dünyanın iri biznesinin nümayəndələri, siyasətçiləri və iqtisadçıları üçün perspektiv meydançaya çevriləcək. İnkişafın əyani və müsbət bir misalı kimi onu göstərmək olar ki, bu il forumun böyük bir meydançalarından birini bizim Xəzər regionundakı tərəfdaşımız – Qazaxıstan tutacaq. Dünyanın ən böyük müstəqil fondlarından sayılan “Samruk-Kazına” Milli Rifah Fondu energetika, neft-kimya, mədənçilik sektoru və s. daxil olmaqla iri milli aktivlərin özəlləşdirilməsində iştirak etmək istəyən sərmayyəçilərə təkliflər irəli sürəcək”, - deyə o qeyd edib.
S.Qarayeva vurğulayıb ki, beləliklə, Qazaxıstan təkliflərin yerləşdirilməsi üçün forumda yaradılmış imkanlardan tam şəkildə istifadə edir, və Azərbaycan iş adamlarının da bu barədə düşünməklərində məna var - həm də ona görə ki, burada “yüksək səviyyəli iştirakı” nəzərə alsaq, Sankt-Peterburqdakı forum faktiki olaraq Davosla eyniləşib, yalnız bir qədər şimaldadır, bu da tam məntiqlidir.
“Rusiya – kifayət qədər perspektivi olan bir bazardır ki, bu da iri xarici biznesin və siyasətçilərin diqqətini cəlb edir. Bu dəfə qonaqlar sırasında – OPEC-in baş katibi, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti, Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru - və bu heç də tam siyahı deyil. Ümidvarıq ki, növbəti dəfə Azərbaycan öz Xəzər tərəfdaşına ciddi rəqabət təşkil edə biləcək - həm də ona görə ki, forumun digər iştirakçıları üçün bizdə olan təkliflərin sayı daha çoxdur”, - deyə Səadət Qarayeva bildirib.

Lacin.info
Tarix: 21-05-2018, 11:33
Baxış: 431



Digər xəbərlər




      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Люди кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
      даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
      Читайте статья по настройке компа здесь.
      Видео по установке и настройке смотрите тут.
      Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu