Güləbird - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO) A- / A+
Güləbird - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Güləbird kəndi 1956-cı ildə bir-birinə yaxın olan Novruzalılar, Yuxarı Məzməzək, Aşagı Məzməzək, Orta oba, Rəfi, Bayramuşagı kəndlərinin birləşməsindən yaranıb. Qədim türk yurdu Zəngəzur mahalının bir kəndi olub. Güləbird kəndi Laçın rayonunun əhalisinin sayına, ərazisinin genişliyinə, təsərrüfatının çoxtərəfliliyinə, əlverişli iqlim və coğrafi mövqeyinə görə seçilən kəndlərindəndir. Güləbird kəndi Həkəri çayının sağ sahilində, Laçın rayonunun cənub bölgəsində sonuncu kəndidir. Qubadlı rayonu və Ermənistan Respublikasının kilometrlərlə uzanan sərhəddində yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Keçmiş Güləbird kəndinin tarixi ərazisində salınmış bu kənd Azərbaycanda və digər ölkələrdə məşhur bayatı ustadı aşıq-şair Sarı Aşığın doğulduğu və yaşadığı kənd kimi tanınır. "Güləbird" toponimi haqqında elmi etimilogiyaya əsasən bu ərazilərin qədim türk torpaqları olduğu və aborigen əhalinin türk olmağı haqqında tarixi-coğrafi, mədəni-ədəbi bilgilər yetrincədir. Kənd tarixi abidələri ilə zəngindir. Qədim qəbiristanlıq, Qız qəbri, Sultanbud künbəzi, Sarı Aşıq və sevgilisi Yaxşının qəbirüstü abidələri, Nəzər xırmanı, Köhnə Məzməzək, Novruzalılar yaşayış məskənləri və s.


Laçın rayonu Güləbird kəndi - 30 yanvar 2014-cü il

Kəndin tarixi abidələri

Güləbird - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Güləbird - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)
XVII əsrdə yaradılan Sarı Aşıq türbəsi, Qədim qəbiristanlıq, qəbiristanlıqda çoxlu sayda oyma, yonma, cızma üsulu ilə daş üzərində həkk olunmuş bədii daş nümunələri. XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil.

Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlıgında Həkəri çayının sag sahilində XVII -XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradaglı kəndində anadan olmuş, yaşamış və Qaradaglı kəndinin yaxınlıgında hazırki Güləbird kəndinin ərazisində dəfn olunmuşdur (A.Cəfərov).

Aşığın qəbri Zəngəzur mahalının, indiki Laçın rayonunun Güləbird kəndində, Həkəri çayının yaxınlığındadır. Qəbrin baş daşına onun xəyali şəkli də həkk olunmuşdur.Arxeoloqlar 1927-ci ildə qəbri açaraq onun XVII əsrdə yaşadığını sübut etmişlər.

Sarı Aşığın həyatıyla bağlı xalq arasında "Yaxşı və Aşıq" dastanı təşəkkül tapmışdır.

Sarı Aşıq əsasən bayatılarıyla tanınır. O, "bayatı qoşmaq qadın işidir" deyənlərə meydan oxuyaraq yaradıcılığında bu janra üstünlük vermişdir. Aşıq əsasən əxlaqi məsələlərə toxunan bu bayatılarında cinaslardan çox ustalıqla istifadə etmişdir. Şeirlərində atalar sözlərini və məsəlləri tez-tez işlədən Sarı Aşıq çoxlu sayda sevgi şeirlərinin də müəllifidir.

Günümüzə və gün üzünə gəlib çıxan rəvayətlərə görə, qüdrətli el sənətkarı, saf məhəbbət, zərif duyğular ustadı Sarı Aşıq XVII əsrdə Laçının Güləbird kəndi yaxınlığında yaşamış, bayatıları yaranmış, elə o torpağa da qovuşmuşdur. Sarı Aşığın o yerdə yaşamasını bayatıları da təsdiq edir:

Aşiqəm Güləbirdə,
Şeh qonub gülə bir də.
Bir quş olub uçaydım
Düşəydim Güləbirdə.

Mən Aşıq, ağzındayam,
Aləmin ağzındayam.
Əslim Qarabağlıdır,
Məzməzək ağzındayam.

Aşıq, vətən yaxşıdı,
Köynək kətan yaxşıdı.
Qəriblik cənnət olsa,
Yenə vətən yaxşıdır.

1993-cı ildə erməni vandalları Sarı Aşıgın qəbrini tamamilə dağıtmışlar.

Güləbird kəndinin tanınmış şəxsiyyətləri

Sarı Aşıq - bayatı ustadı.
Hüseyn Abdullayev- Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini (1921-1922).
Aydın Cəfərov - Professor, Fizika-riyaziyyat elmləri doktoru.
Sevindik Hətəmov - icra başçısı.
Rövşən Atakişioğlu- yazıçı, publisist.
Cəbrayıl Qəhrəmanov- pedaqoji elmlər namizədi.
Ağaxan Nəzərov- Azərbaycan Respublikasının Əməkdar Kənd Təsərrüfatı işçisi.
Mahir Abbaszadə- Azərbaycan iqtisadçı alimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru.
Zahir Abbas - şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (2012).
Tapdıq Abbasov- müəllim.

Qorxmaz Eyvazov- Azərbaycanın Milli Qəhrəmanı.

Güləbird - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

1 aprel 1967-ci ildə Güləbird kəndində anadan olmuşdur. 1974-84-cü illərdə burada orta məktəbdə oxumuşdur. 1985-ci ildə ordu sıralarına çağırılmış, Ukraynada hərbi xidmətdə olarkən serjantlıq kursunu bitirmişdir. Qorxmaz 1987-ci ildə xidmətini başa vurub vətənə dönür. 1988-ci ildə Laçında yaradılmış özünümüdafiə dəstəsinə qoşulur. 1992-ci ilin martında o Laçın rayon polis idarəsində işə qəbul edilir. Onun ilk döyüşləri də elə doğma yurddan başlayır, Qızartı dağı uğrunda gedən döyüşlərdə onun fəaliyyəti nəticəsində düşmənin bir tankı ələ keçirilir. 4 avqust 1992-ci il erməni işğalçıları Qızartı dağını ələ keçirmək üçün yenidən hücuma keçir. Qorxmaz bu döyüşdə qolundan yaralanır lakin o silahı yerə qoymur azacıq sağalan kimi yenidən cəbhəyə qayıdır. 10 fevral 1994-cü il Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini məhv edən Eyvazov Qorxmaz bu döyüşdə qəhrəmancasına həlak olur.
Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Sumqayıt şəhərindəki şəhidlər xiyabanında dəfn edilmişdir.

Güləbird kəndinin şəhidləri (1988-1994)

Quliyev Əhliman Dadaş o. 1961 V.1992 Laçın - Güləbird
Məmmədov İsaq Savalan o. 1963 VII. 1992 Xanallar - Güləbird
Allahverdiyev Alış Abdin o. 1969 X.1992 Malxələf - Güləbird
Abbasov Şəmşir Şahmar o. 1967 XI.1992 Güləbird - Sumqayıt
Hümbətov Rizvan Humay o. 1954 XI.1992 Güləbird - Sumqayıt
Cabbarov İlyas Vaqif o. 1968 VI. 1993 Güləbird -Güləbird - "Azərbaycan Bayrağı" ordeni kavaleri
Məmmədov Gəray Azad o. 1969 VIII.1993 Güləbird - Sumqayıt - "İgidliyə görə" medalı kavaleri
Nəzərov İlham Allahverdi o. 1963 I.1994 Murovdağ - Sumqayıt
Eyvazov Qorxmaz Abış o. 1967 II.1994 Laçın - Sumqayıt - Azərbaycanın Milli Qəhrəmanı
Tarverdiyev Vahid Əliş o. 1954 VIII,1992 Laçın - Güləbird
Qorçiyev Əfqan Xanış o. 1970 II.1994 Laçın - Güləbird
Aslanov İslam Xanış o. 1973 VIII.1994 Laçın - Güləbird
Abbasov Mustafa Babalar o. 1953 III.1995 Laçın - Güləbird

Güləbird - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Güləbird - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Güləbird - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Güləbird - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Güləbird - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Güləbird - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Güləbird - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Güləbird - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Güləbird - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)
Sarı Aşıqın məzarı


Ramil CƏBRAYIL

Tarix: 15-05-2015, 01:19







  • : Qonaq
  • ICQ:
  • : --
  • :
  • : 0
  • : 0
^
Считоводы хреновы вы

http://aktivator-kmsauto.ru/
TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu