GSK "Gənc sahibkarları tanıyaq" adlı layihəsini yekunlaşdırıb A- / A+
GSK "Gənc sahibkarları tanıyaq" adlı layihəsini yekunlaşdırıb

Gənc Sahibkarlar Klubu İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gənc sahibkarları tanıyaq" adlı layihə keçirib. Layihənin məqsədi effektiv sahibkarlıq fəaliyyəti üçün gəncləri praktiki biliklərə yiyələndirməkdir.
Layihə çərçivəsində Binəqədi Gənclər Evində gənclər üçün təlim keçirilib. Təlimdə layihənin koordinatoru, GSK sədri Salman Umudov, təlimçi Sərdar Mahmudov, ekspert Pərviz Rüstəmov layihənin keçirilməsində qarşıya qoyulan məqsədlər, layihə çərçivəsində həyata keçiriləcək tədbirlər barədə məlumat verilib. Eyni zamanda iştirakçıların hər birinə fəaliyyət göstərmək istədikləri biznes sahəsi üzrə 2500-3000 işarə həcmində məqalə yazmaq təklif olunub.
Layihə iştirakçıları olan gənclər arasında iqtisadi biliklərə dair yarış da keçirilib. Həmçinin gənclər üçün “Rəqabət şəraitində inkişaf” adlı forum da təşkil olunub. Forumda Azərbaycan iqtisadiyyatının inkişaf xüsusiyyətləri, yeni iqtisadi şəraitə uyğun biznes sahələri, martketinq və PR-ın biznesdə rolu, müasir dövrdə tələb olunan peşələr və kadr siyasəti mövzularında çıxışlar olub.
Layihə çərçivəsində gənclərin məqalələrdən ibarət çap olunan “Müasir iqtisadi münasibətlər sistemi gənclərin gözü ilə” adlı toplu forum iştirakçılara paylanılıb.
Layihənin koordinatoru, GSK sədri Salman Umudov deyib ki, gələcəkdə də bu cür layihələrin mütəmadi şəkildə keçirilməsi planlaşdırılır: “Belə layihələrin gənclər arasında iqtisadi biliklərin və bacarıqların artırılmasında əhəmiyyətli rolu var. Layihə çərçivəsində praktiki biliklərlə (təlimlər) yanaşı, yarışın keçirilməsi gənclər tərəfindən maraqla qarşılandı və daha geniş gənclər qrupunun bu kimi layihələrdə iştirak etməyə həvəsləndirdi”.
GSK "Gənc sahibkarları tanıyaq" adlı layihəsini yekunlaşdırıb

GSK "Gənc sahibkarları tanıyaq" adlı layihəsini yekunlaşdırıb

GSK "Gənc sahibkarları tanıyaq" adlı layihəsini yekunlaşdırıb


Lacin.info
Tarix: 2-02-2018, 11:54



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Əvvəlcə sevdiklərini itirdi, sonra... - Dərddən ciyəri tək taleyi də çürüyən nakam jurnalist

      Son xəbərlər
      Sorğu