İdeyanı biznesə necə çevirmək olar? A- / A+
İdeyanı biznesə necə çevirmək olar?

"İdeyanı Biznesə Çevir” – gənclərin kənd təsərrüfatı sahəsində sahibkarlıq təşəbbüslərinin artırılması”

19- 23 may 2017 – cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Ucar və Sabirabad rayonlarında “İdeyanı biznesə çevir – gənclərin kənd təsərrüfatı sahəsində sahibkarlıq təşəbbüslərinin artırılması” layihəsi icra olunub. Layihənin məqsədi region gənclərinin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinə başlamaq üçün zəruri olan bilik və bacarıqlara, müasir biznes idarəçiliyi vərdişlərinə yiyələnməsinə kömək etməklə onların kiçik biznes quruculuğuna həvəsləndirilməsi və kənd təsərrüfatının inkişafında rolunun artırılması olmuşdur.
Ucar və Sabirabad rayonlarında keçirilən görüşlərdə kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinə maraq göstərən gənclər, gənc sahibkarlar, gənc fermerlər, QHT-lərin fəal üzvləri, regionlarda biznes layihələrin həyata keçirilməsinə maraq göstərən və dəstək olan aqrar kredit təşkilatlarının, yerli icra hakimiyyəti və rayon Gənclər və İdman idarələrinin nümayəndələri iştirak etmişlər.
Layihə çərçivəsində iştirakçı gənclərə “biznesə necə başlamalı”, biznes idarəçiliyi mövzusunda təlimlər keçrilmiş, onlara “biznes plan, onun hazırlanma qaydası”, innovativ biznes ideyalar, Startap layihələr, Biznes inkubatorlar və onların təklif etdiyi xidmətlər haqqında məlumatlar verilmişdir. Gənclər həmçinin biznes üçün elektron xidmətlər təklif edən “Elektron Hökumət” portalı və digər maarifləndirici biznes portallarla, faydalı internet resursları ilə tanış edilmişdir.
Təlimlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünə məşğulluq dövlət proqramının biznes üzrə təlimçisi, biznes konsultant Orxan Şahbazov tərəfindən aparılmışdır.

Təlimlər aşağıdakı mövzuları əhatə etmişdir:

-Biznesə başlamaq üçün addımlar- kənd təssərüfatı sahəsinə dair fəaliyyətlər;

-Biznes İdeya;İdeyaların generasiyası – kreativ biznes ideyanın tapılması;

-Biznes ideyada 4 əsas şərt;

-İdeyaların qiymətləndirilməsi və seçimi (praktiki üsullar);İdeyanın düzgün analizi, biznes ideyanın TEST edilməsi;

-Uğurlu biznes modelin yaradılması;

-Biznes misiya və məqsədlərin qoyulması, SMART təhlil;

-Biznesin Strateji Planlaşdırılması (7 addım).Bazar araşdırması, GZİT (SWOT) təhlil;

-Biznesin yol xəritəsi – Biznes plan;Biznes Plan necə tərtib olunmalıdır?;Planda nələrə diqqət yetirilməlidir?;

-İlkin kapitalın cəlb edilməsi yolları, kənd investisiyası;

-Müəssisələrin, fermer təsərrüfatlarının yaradılması və qeydiyyatı proseduru, hüquqi proseslər.

-Aparılan interaktiv təlimlərdə gənclər aktiv iştirak etmişlər. Hər bir regionda 1 gün ərzində davam edən layihə fəaliyyətinə adı çəkilən bütün regionlar üzrə birbaşa 260 gənc, dolayı yol ilə 940 gənc cəlb olunmuşdur.

Layihə iştirakçılarına biznesə başlamaq üçün bütün mərhələləri əhatə edən, zəruri məlumatları özündə əks etdirən “Biznesə necə başlamalı?” adlı kitabça, biznes idarəçiliyi mövzusunda hazırlanmış bukletlər və digər nəşr – poliqrafiya məh­sulları paylanmışdır.

Lacin.info
Tarix: 24-05-2017, 16:26







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu