ATV SƏHƏR İSTİRAHƏTƏ DƏVƏT EDİR-“HARA GEDƏK?” A- / A+
ATV SƏHƏR İSTİRAHƏTƏ DƏVƏT EDİR-“HARA GEDƏK?”

Azad Azərbaycan Televiziyasında yayımlanan ATV SƏHƏR verilişi “Hara gedək? adlı maraqlı bir layihə təqdim edib. İlk buraxılışı bu gün efirə çıxan “Hara gedək” rubrikası hər həftənin cümə günü yayımlanacaq. “ATV SƏHƏR”-in baş redaktoru Yaqut Tapdıqqızı bildirib ki, Nigar Cahangirin təqdimatında yayımlanan rubrikada tamaşaçılara səmərəli, əyləncəli, maraqlı və “ağıllı” istirahətin yolları göstəriləcək:

“Bu rubrikada səyahəti sevən əməkdaşımız Nigar paytaxtda və bölgələrdə uyğun büdcə ilə maksimum maraqlı istirahəti necə təşkil etmək olar sualına cavab axtaracaq. Artıq ilk buraxılışdan sonra elə öz əməkdaşlarımız arasında həftəsonu istirahətini “ Hara gedək?” rubrikası əsasında seçənlər var. Düşünürük ki, bu, tamaşaçıların da seçim imkanına təsir edəcək”

Qeyd edək ki, “Hara gedək?” rubrikasını hər həftənin 5-ci günü səhər 07:45-09:45 saatlarında canlı yayımlanan ATV SƏHƏR verilişində izləmək mümkün olacaq.
Tarix: 7-06-2019, 12:39
Baxış: 39



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu