Dəhşətli metro faciəsindən 22 il ötür- YADDAŞ A- / A+
Dəhşətli metro faciəsindən 22 il ötür-



28 oktyabr 1995-ci ildə Bakı metropolitenində tarixin ən böyük metro qəzası baş verib. Artıq həmin tarixdən 22 il ötür.
Lacin.info-nun məlumatına görə, 22 il öncə baş verən hadisə zamanı "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həlak olub, 270 nəfər yaralanıb. Baş verən hadisə zamanı çoxsaylı insanlara köməklik göstərərək şəhid olanların sırasında bir Laçınlı da var- Elçin Sadıqov. Hadisəni araşdıran Bakı şəhər prokrorunun verdiyi arayışda göstərilib ki, hadisə zamanı çoxsaylı köməksiz insanların həyatını xilas eləməklə Elçin Sadıqov misilsiz qəhrəmanlıq göstərərək şəhid olub.


Dəhşətli metro faciəsindən 22 il ötür-


Qeyd edək ki, hadisədə terror əməli aşkarlanmadı və o, texniki qəza kimi qiymətləndirildi. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Dünya ölkələrindəki heç bir metropolitendə indiyədək bu qədər geniş miqyaslı itki ilə nəticələnən qəza olmadığına görə, Bakı metrosundakı 28 oktyabr qəzası "Ginnesin rekordlar kitabı"na düşüb.

Mərhum prezident Heydər Əliyevin göstərişi ilə ölkədə 3 gün matəm elan edilib.

Lacin.info
Tarix: 28-10-2017, 13:05







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu