"Bəzən tələbələr ADU rəhbərliyinin səlahiyyət çərçivəsini dəqiq bilmirlər" A- / A+
"Bəzən tələbələr ADU rəhbərliyinin səlahiyyət çərçivəsini dəqiq bilmirlər"


Bəzi saytlarda Azərbaycan Dillər Universitetin rektoru Əfqan Abdullayevlə universitetin bir tələbəsi arasında yaşanan polemika oxuculara təqdim olunub. Qeyd edək ki, həmin polemika həvəskar çəkilişlə lentə alınıb və ictimailəşdirilib.
Məsələ ilə bağlı Lacin.info saytına açıqlama verən ADU-da yaradılan İctimai Nəzarət Şurasının üzvü Əhməd Abbasbəyli bildirib ki: “Azadllıq hərəkatında fəal iştirakçısı, ömrünü ictimai-siyasi fəaliyyətə həsr etmiş, bunun da müəyyən bir hissəsini müxalifətdə olmuş adam kimi, müxalif, fərqli fikirlərə hörmətlə yanaşır, həmçinin vətəndaş cəmiyyətinin nümayəndəsi kimi ölkədə plüralizmin, şəffaflığın və tənqidin olmasının vacibliyini daim xüsusi qeyd edirəm. Lakin istənilən tənqid məntiqə söykənməli və qanunvericilik çərçivəsində olmalıdır”.

5 ilə yaxındır ki, ADU ilə əməkdaşlıq etdiyini qeyd edən Əhməd Abbasbəyli qeyd edib ki, ADU həmişə ictimayyətə açıqlıq baxımından digər ali təhsil müəssisələrindən fərqlənib:” 2 ildir ki, ADU yaradılmış İctimai-Nəzarət Şurasını üzvüyəm. Amma səmimi olaraq deyim ki, son bir ildə ADU-da baş verən hadisələr həm məni sevindirir, həm də narahat edir. Ona görə ki, xeyli müddətdir rektorsuz qalan universitet də müsbətə doğru ciddi dəyişiklər edilməsinin şahidi oluram, abu-hava dəyişir, istər tədris prosesində, istərdə imtahan prosesin də ciddi islahatlar keçirilir, şəffaflığın yaradılması üçün xeyli işlər görürülür. Narahat edir ona görə ki, bu cür inqilabi dəyişiklər istər-istəməz hamını razı sala bilməz və mütləq buna qarşı müqavimətlərin olacağından, təxribatlar törədilə biləcəyindən ehtiyat edirəm”.

Ə. Abbasbəyli vurğulayıb ki, İNŞ-nın üzvü kimi son bir ildə daim universitetin istər müəllim, istər tələbə kollektivi ilə ünsiyyət saxlayırıq. Dəflərlə tələbələrlə görüşlər təşkil edirik, onların şikayət, təkillərini dinləyir, onları ADU-nun rəhbərliyin ilə müzakirə edir, həll olunması istiqamətində fəaliyytə göstəririk:” İstər tədris prosesinidə, istər imtahan prosesində şəffaflığın yaradılması üçün xeyli işlər götürülüb, istənilən vaxt monitorinq həyata keçirmək, bütün proseləri izləmək imkanı var. ADU tələbələrin hər bir İNŞ-nın üzvünə çıxış imkanı var, hətta şikayətlərin anonimliyinin təmin edilməsi üçün də şərait yaradılıb. Lakin bəzən tələblər məsələlərə ya şəxsi və ya korporativ maraq baxımından yanaşır, ya da Universitet rəhbərliyininn səlahiyyət çərçivsəini dəqiq bilmirlər. Bu baxımdan bəzi təklif, şikayət və iradları yerinə yetirilməsi qeyri-mümkün olur və belə olan halda da müxtəlif xoşagəlməz söz-söhbətlərə səbəb olur. Məsələn bəzi təkliflər qiymətlədirmə sistemini dəyişdirilməsi,tədris sistemin dəyişdirlməsi, imtahanların ləğv edilməsi, dərsə davamiyyətlə bağlı tələblərinn ləğv edilməsi və. s. bağlı məsələlər var ki, bunlar həlli ADU rəhbərliyinin səlahiyyətləri çərçivəsində deyil.
Demirəm burada hər şey idealdır, Universitetdə hələ xeyli probelmlər var, hələ çox məsələlər var ki, həlllini gözləyir.
Digər tərəfdən bəzi tələbələr universitetdə yaradılmış demokratik, şəffaf mühitdən sui- istifadə etmək, müxtəlif məqsədlərə istifadə etməyə cəhd etmək əvəzinə, öz savad və biliklərini artırmaq və s. üçün bəhrələnməyə çalışmalıdırlar. Etiraf edək, bəzən biz yaradılmış mühiti düzgün qiymətləndirə bilmirik, sui- istiafadəyə yol verir, əndazəni aşırıq.

Heç söhbət bu universitedən getməsin, istənilən yerdə olsun, şəxsən mən, öz fikrini normal ifadə etməyi bacarmayan kiminsə, heç bir məntiqə söykənməyən, məntiq bir yana qanunvericliyin tələblərinə zidd olaraq təklif verməsinə, ya irad irəli sürməsinə, özündən böyüklə danışarkən adi etik davranış qaydalarına əməll edə bilməməsinə yaxşı baxmıram.

Əslində bəzi KİV-lərin məsələni bu qədər şişirdərək, müxtəlif çalarla bəzəməsi, az qala günün bir nömrəli xəbərinə çevirmək cəhdləri məni təəcübləndirdi və bir azda şübhələndirdi. Əcaba bunu arxasında başqa bir şey yoxdurmu?

Lacin.info
Tarix: 28-05-2017, 18:05







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu