Həbs olunan Müqabil Baxışov Laçın Rayon Təhsil Şöbəsinin əməkdaşı deyil -TƏKZİB A- / A+
Həbs olunan Müqabil Baxışov Laçın Rayon Təhsil Şöbəsinin əməkdaşı deyil



Noyabr ayının 29-da PKK lideri Abdullah Öcalanın təbliğatçısı kimi tanınan Laçın rayon sakini Müqabil Baxışov həbs edilib. Laçın Rayon Məhkəməsi onun barəsində 2 ay 19 günlük həbs qətimkan tədbiri seçib. Bəzi mətbuat orqanlarında Müqabil Baxışov Laçın Rayon Təhsil şöbəsinin əməkdaşı kimi təqdim olunub.


Məsələ ilə bağlı Laçın Rayon Təhsil Şöbəsindən Lacin.info-ya verilən məlumata görə, Müqabil Baxışov heç də Laçın Rayon Təhsil şöbəsinin əməkdaşı deyil.

“RTŞ-nin metodisti Müqabil Baxışov 1 may 2014-cü il tarixdən 6 aydan artıq müddətdə qeyri-müəyyən səbəbdən işə gəlmədiyinə, əmək müqaviləsi üzrə öhdəlilklərini yerinə yetirə bilmədiyi və işdə yol verdiyi ciddi nöqsanlara görə 2014-cü ilin noyabr ayının 3-dən tutduğu vəzifədən azad olunub”- deyə Laçın Rayon Təhsil Şöbəsindən bildirilib.

Lacin.info
Tarix: 1-12-2016, 11:53
Baxış: 1988



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu