Qarabağ qazisinin yeganə övladı sizdən kömək istəyir! A- / A+
Qarabağ qazisinin yeganə övladı sizdən kömək istəyir!


Qarabağ qazisinin 16 yaşlı yeganə övladının köməyinizə ehtiyacı var.

Lacin.info məlumat verir ki, birinci Qarabağ müharibəsinin iştirakçısı Sevindik Quliyevin oğlu İsmayıl Quliyev qan xəstəliyinə tutulub. Sevindik Quliyev birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Bütün cəbhə boyu gedən döyüşlərdə çox mərdliklə iştirak edərək, qorxmazlığı və cəsarəti ilə döyüş yoldaşlarının hörmətini qazanıb. Bir müddət əvvəl Sevindiyin yeganə övladı olan İsmayıl qan xəstəliyinə tutulub.

Bakıdakı müayinələrdən sonra yaxın dostların köməkliyi ilə İsmayıl Türkiyəyə İstanbul- Anadolu sağlıq mərkəzinə göndərilib. Bakıda qoyulan diaqnoz Türkiyədə də təstiqini tapıb. Türkiyədə müayinə və müalicə xərcləri həddindən artıq yüksək olduğu üçün İsmayılı yenidən Bakıya qaytarıblar. Həkimlərin deiyinə görə Bakıda bu xəstəliyin tam müalicəsi mümkün deyil. Müalicəni Türkiyədə başa çatdırmaq isə 150 min manata(yüz əlli min manat) qədər vəsait tələb olunur.
Məcburi köçkün və müharibə iştirakçısı olan Sevindik Quluyevin və yaxınlarının bu məbləğin toplanmasına gücü çatmır, ancaq əminik ki, biz sizlərlə birlikdə bunu bacararıq. Bu səbəbdən bütün mərhəmətli insanları İsmayıla kömək etməyə çağırırıq.

Sizlər bir gəncin sağalaraq öz ailəsinə dönməsinə səbəb ola bilərsiniz, itirdiyimiz hər gün İsmayılın şansını daha da azaldır. Sizlərdən gələn hər 1 manat onu normal sağlığına qovuşdurmağa vəsilə ola bilər.

İsmayıla kömək etmək üçün aşağıdakı hesab nömrəsinə pul köçürə bilərsiniz:

Valyuta: AZN
Kapital Bank ASC-nin Abşeron filalı
Filalın kodu:200231 VÖEN:9900003611
SWIFT: AIIBAZ2X
Müxbir Hesabı: AZ37NABZ01350100000000001944
Hesab №: Az 10AIIB41010019440108852123


Əlaqə nömrəsi: +994 50 540- 93 -08(Sevindik Quliyev)
Tarix: 26-11-2016, 15:59
Baxış: 877



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu