Tramp Kim Çen Inla danışıqlara hazır olduğunu deyib A- / A+
Tramp Kim Çen Inla danışıqlara hazır olduğunu deyib

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla telefon danışıqlarına hazır olduğunu bildirib.

Lacin.info-nun "Report"a istinadən məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Xəbərdə bildirilir ki, o, Kemp-Deviddəki iqamətgahında jurnalistlərin suallarına cavabında bildirib ki, Kim Çen Inla heç bir şərt qoyulmadan danışıqlara hazırdır.

Ağ Ev rəhbəri qeyd edib ki, danışıqlar gərginliyin zəifləməsinə gətirib çıxara bilər və diplomatik sıçrayış üçün əsas yaradacaq. Trampın sözlərinə görə, bu, onun daimi təzyiqinin nəticəsidir.

"Qulaq asın, indi onlar Olimpiada haqqında danışırlar. Bu başlanğıcdır, böyük startdır. Əgər mən (prosesə - red) cəlb edilməsəyim, onlar indi danışmazdılar, - o deyib

Məlumata görə, ABŞ rəhbəri həmçinin Şimali və Cənubi Koreya arasında danışıqların müsbət nəticə verəcəyinə inamını ifadə edib.
Tarix: 7-01-2018, 08:50







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu