Putinin köməkçisi həbs oluna bilər - Ulyukayevin cinayət işi A- / A+
Putinin köməkçisi həbs oluna bilər

Rusiyada 2 milyon rüşvət almaqda ittiham edilərək saxlanılan sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin yaxın çevrəsində araşdırmalar aparılır.

Lacin.info xəbər verir ki, hüquq mühafizə orqanlarındakı mənbə “Ria Novosti”-yə bildirib ki, yaxın vaxtlarda cinayət işi ilə əlaqədar daha yeddi məmur istintaqa cəlb olunacaq: “Bu, bir nəfərin görə biləcəyi iş deyil. Hələlik söhbət ondan gedir ki, yeddi yeni şəxs bu işə cəlb edilə bilər”, - deyə mənbə qeyd edib.

“Vedomosti” qəzetinin məlumatına görə, barəsində əməliyyat tədbirləri aparılan məmular arasında baş nazirin müavini Arkadi Dvorkoviç, prezidentin köməkçisi Andrey Belousov, İqtisadi İnkişaf Nazirliyinin departament direktoru Oksana Tarasenko və İqor Şuvalovun köməkçisi Marina Romanovanın da adı var.

Qəzet Dvorkoviç və Belousovun “Başneft” dövlət səhmləri paketinin özəlləşdirilməsinə “Rosneftin” buraxılmasına qarşı açıq şəkildə etiraz etməsinə diqqət çəkib.
Tarix: 16-11-2016, 15:25
Baxış: 84



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu