Bəşəriyyətin bəlası -Separatizm A- / A+
Bəşəriyyətin bəlası -Separatizm


Bəşəriyyətin başına gələn bəlaların müxtəlif formalarının olmasına baxmayaraq, terrorizm, separatizm və narkomaniya onların ən dəhşətliləridir.
Ötən əsrdən başlayaraq dünyanın siyasi səhnəsində “lider rolunu” ifa edən dövlətlərin milli maraqlarına uyğun baş verən hadisələrin yönləndirilməsində istifadə edilən separatizmin “çiçəklənməsi” ilə nəticələnən “ikili standartlar” termini manipulyasiya vasitəsinə, “təzyiq geosiyasətinə”, beynəlxalq “normaya” çevrilib. Artıq axarından çıxan qloballaşma prosesi bu siyasətin acı nəticələrini qısa zamanda bumeranqa çevirərək onu yürüdənlərin özlərinə qarşı çevrilsə də bu zərərli tendensiyanı yaradıb dəstəkləyənlərin istifadə etdikləri etnik separatizm davam etməkdə, müxtəlif bölgələrdə alovlanmaqdadır.


Bəşəriyyəti nə gözləyir?


Separatizmlə nəticələnən və ən qorxulu virus qədər təhlükəli olan “ikili standart”ların yaratdığı bu bəladan qurtarmağın yollarını axtaran siyasətçilərin fikirləri müxtəlif olsa da hamını düşündürən bir sual ciddiyyətini və aktuallığını saxlayır: Bəşəriyyəti nə gözləyir?

Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, antiseparatizm hərəkatı dünyada mövcud olan separatizm meyllərinə qarşı mübarizəyə mühüm töhfə verəcək: “Hesab edirəm ki, separatizmə qarşı mübarizə məsələlərini özündə ehtiva edən bir forumun Brüsseldə Azərbaycan tərəfindən təşkil edilməsi və dünyanın tanınmış siyasi xadimlərinin ora qatılması hazırda dünya üçün ən ciddi təhdidlər sırasında kütləvi qırğın silahlarının yayılması, beynəlxalq terrorizm problemilə yanaşı, separatizm probleminin də ən ciddi çağırışlar sırasında olmasına hesablanıb.

30 ildir separatizmdən əziyyət çəkən Azərbaycan


Qeyd edək ki, Azərbaycan artıq üç onillyə yaxındır ki, separatizmdən əziyyət çəkir. Ermənistan özünün təcavüzkar siyasətilə torpaqlarımızın bir hissəsini işğal edib. Lakin məsələ ondadır ki, Azərbaycan artıq uzun müddətdir separatizmlə üz-üzə qalsa da, dünyanın aparıcı ölkələri dövlətimizin yaşadığı bu bəlaya münasibətdə laqeyd olublar. Onlar sözdə ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etsələr də, işə gələndə bölgəmizdə Ermənsitanın günahı üzündən meydana gələn separatizmin aradan qaldırılmasına real töhfə verməyiblər. Real töhfə verməmələri bir yana, hətta Azərbaycanın özünün belə separatizmi aradan qaldırmaq yolunda addım atmasına maneə olmağa çalışıblar. Amma artıq separatizm dalğası bu günə qədər ona biganə yanaşan Avropanı da bürüməyə başlayıb. Bir neçə ay öncə İspaniyanın Kataloniya əyalətində baş verən olaylar buna əyani misaldır. Hansı ki, başqa ərazilərdə, o cümlədən Cənubi Qafqazda yaşanan separatizm hərəkatlarına göz yuman Avropa özünə gələndə baş verən prosesə göz yummayaraq, dərhal separatizmin kökünü kəsmək istiqamətində fəaliyyətə keçdi.

Separatizm bir çox hallarda terrorizmlə çulğalaşmış, birgə istiqamətdə fəaliyyət göstərir, belə demək mümkünsə, bir-birini tamamlayırlar. Separatçıların dövlət daxilində parçalanmanı həyata keçirmək üçün öz niyyətlərinə çatmaq yolunda ən çox istifadə etdikləri üsul eyni zamanda terrorizmdir. Bu nöqteyi-nəzərdən belə bir tədbirin Brüsseldə keçirilməsi ilk növbədə ona ünvanlanıb ki, həmin bəlalara qarşı ayrı-ayrılıqda deyil, birlikdə, əlaqələndirilmiş şəkildə mübarizə aparmaq lazımdır. Əslində, indi antiseparatizm hərəkatına əvvəlki dövrlərlə müqayisədə daha çox ehtiyac var. Çünki Dağlıq Qarabağ probleminin yaranmasının əsas səbəbi Ermənistanın separatçılıq siyasətidir. İşğalçı dövlət Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini, suverenliyini pozmaq və Dağlıq Qarabağı qoparmağa çalışır. Separatizm 20 ildən artıqdır ki, davam etməklə Cənubi Qafqaz üçün ən böyük təhlükəyə çevrilib. Lakin beynəlxalq birlik bunu zamanında dəyərləndirə bilmədi. O vaxta qədər ki, Qərbin özü anoloji problemlə üz-üzə gəldi. Avropa İttifaqının İspaniya kimi bir dövləti bu bəla ilə üzləşdi. Belədə İspaniyanın parçalanması artıq real məzmun kəsb etməkdə idi. İspaniyanın ardınca Böyük Britaniya, İtaliya, Fransa və digər Avropa ölkələrini də eyni tale gözləyirdi.

Məhz bu zaman separatizmin nə qədər təhlükəli olduğunu Avropa dövlətləri dərk etdilər və bu əsasda da İspaniyanın ərazi bütövlüyü məsələsi birmənalı şəkildə dəstəkləndi. Kataloniya separatçılarının liderlərinə qarşı da cinayət işi açıldı. Yəni, Avropa İspaniyadakı Kataloniya hadisələrindən sonra özünə gələrək, separatizmin nə olduğunu daha yaxşı dərk etməyə başladı. Azərbaycanın da bu mənada Brüsseldə belə bir tədbiri keçirməsinin mənası ondan ibarətdir ki, 20 il öncə Qərb bu reallığa qiymət verərək, vaxtında tədbirlər görməklə Ermənistanın separatçı əməllərinə qarşı ölçü götürsəydi, onda Avropanı da separatizm təhlükələri gözləməzdi. Avropa bu mənada əslində, öz susqunluğu, ikili standart siyasəti və biganəliyinin girovuna çevrilib. Onlar əkdikləri biganəlik, laqeydlik toxumunu bu gün biçməyə məhkumdurlar. Bu nöqteyi-nəzərdən onlar hazırda bir bumeranq effektilə üz-üzə qalıblar. Belə bir forumun keçirilməsi də bütün bu məsələlərin araşdırılması, üzə çıxarılması və nəticə çıxarılması baxımından əhəmiyyətlidir.

“Bu yazı “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin elan etdiyi müsabiqəyə təqdim edilir”.

Samir ƏLİYEV
Tarix: 4-12-2017, 10:10



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçından ən son görüntülər

      Son xəbərlər
      Sorğu