"Cinayətkar aksiyanı azərbaycanlı adı ilə beş Sumqayıt ermənisini şəxsən öldürmüş Qriqoryan familiyalı bir erməni törətmişdi"- Ziya Bünyadov A- / A+
"Cinayətkar aksiyanı azərbaycanlı adı ilə beş Sumqayıt ermənisini şəxsən öldürmüş Qriqoryan familiyalı bir erməni törətmişdi"-




Lacin.info saytı mərhum akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun 1988-ci ildə baş verən Sumqayıt hadisələrindən bəhs edən şok məqləsini oxuculara təqdim edir:


Bir neçə gün bundan əvvəl böyük şair Səməd Vurğunun abidəsinin dağıdılması və aşıq sənəti dahisi Ələsgərin məzarının təhqir edilməsi ilə bağlı Ermənistanda baş verən barbarlıq hadisələrindən xəbər tutdum. Bu vəhşilik, söz yox ki, ekstremistlərin əməlidir. Mən həmışə demişəm və bundan sonra da deyəcəm - bir dəstə pozğun ünsürün törətdiyi əməlləri bütün erməni xalqının adına yazmaq olmaz. Bu günlərdə mənim yerevanlı həmkarım professor P.Muradyan "akademik Bünyadova düşünmək üçün" qeydi ilə birlikdə bir məqalə göndərib - A.Ohanesyanın Ermənistan KP MK-nın "Kommunist" qəzetinin 2 noyabr 1988-ci il tarixli nömrəsində dərc olunmuş "Suayrıcı" sərlöhvəli məqaləsini. Əhməd Əhmədov, İsmayıl İsmayılov və Yavər Cəfərovun cinayət işi üzrə Moskvada keçirilən məhkəmə iclasının gedışinı qələmə alan A.Ohanesyan Sumqayıtda baş verənləri öz bildiyi kimi şərh edir, onu erməni xalqının keçmişi ilə əlaqələndirməyə çalışır. Doğrudur, A.Ohanesyan Azərbaycan ziyalılarına müraciət eləyərək onları Sumqayıtda 1988-ci ilin fevralında baş vermiş hadisələrə cavab verməyə çağırır, amma o dəqiqə də belə bir bəyanatın mümkünlüyünü qəti şəkildə rədd edir, "Bizə onların cavabı lazım deyil. Cavabları məlumdur!" Bu cür etiraza baxmayaraq, hər halda mən çalışacam ki, Sumqayıtda baş verənlərin ön yarqısız analizini aparım və hamını düşündürən bir suala cavab verim: nəyə görə bu hadisə hardasa, elə lap Qarabağın özündə - erməni milisin öldürdüyü ıki ağdamlı gəncin yurdunda yox, başqa bir şəhərdə, haqqında çoxlu kitablar, dissertasiyalar yazılmış, xalqlar dostluğunun simvolu kimi xoş niyyətlərlə qurulmuş Sumqayıtda baş verdi?Doğrudan da, öz mövcudiyyətinin səkkizinci onilliyini yaşayan ölkəmizdə necə oldu ki, belə bir hadisə törədildi. Axı biz neçə illər, onilliklərdir ki, bütün səviyyələrdə xalqların Lenin, yaxud Stalin dostluğundan, sarsılmaz qardaşlığından dəm vurmuş, dostluq sarayları qurmuş, hətta "Xalqlar dostluğu" ordeni icad eləmişdik? Yəqin camaat daha bezib, yoxsa "Barekamutyan"ı Baqramyanla əvəz etməzdilər ki? Opponent əvəzinə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi kimi güclü və ədalətli tələbə qarşı çıxan (doğrudur indi şüar tərsinə səslənir - Ermənistanın Dağlıq Qarabağa birləşdirilməsi) "Sumqayıt qırğınını törədən qara qüvvələr" adlı indi dövriyyədə olan idiomanı cəlb eləmək də lazım deyil. Amma, üç dəniz - Qara dəniz, Aralıq dənizi və Xəzər dənizi arasındakı mifik "erməni torpaqları"na iddia eləyən, erməni revanşist qara qüvvələri (başqa cür adlandıra bilmərəm) niyə məhz bu gün baş qaldırıblar? Axı ennəni dövləti 387-ci ildə - daha doğrusu, 1600 il bundan əvvəl ləğv olunub (yaxşı yubileydir, doğru deyilmi? Bəlkə Meruj Artsrunin törəmələrinə 1600 il bundan əvvəlki didişmələr dinclik vermir?).

Erməni dövlətçilıyi Artsruni, Baqratuni, Mamikonyan, Amatuni, Bznuni nəsilləri və digər sparapetlər, azarapetlər, malxazlar, tanuterlər, katapanlar arasında çarlıq uğrunda gedən əbədi didişmələr və mübahisələr nəticəsində yox oldu. Məhz elə Ermənistanın ləğv olunduğu həmin vaxtlarda Byuzandın, Aqafengelin, Parbskinin, Xorenskinin "Ermənistan tarixləri" keçmişin xatirələri kimi meydana çıxdı. Sonrakı erməni tarixçiləri Artsruni, Sebos, Asoqik, Taronski, Vardan, Aniyski, Arakel, Anonim və başqaları isə artıq rəqabət aparan nəsillərdən, müharibələrdən, ərəblərin, farsların tarixindən və sairədən yazır, hərdən bir də sözarası, ermənilərin nə vaxtlarsa yaşamış olduqları və ya indi yaşamaqda oduqları ərazilərdən söz açırdılar. Əslinə qalsa, bu, bir növ, öz keçmişini "ağlamaq" idi. Amma bu "tarix"lərin hamısında qırmızı xətlə keçən belə bir fikir var - bütün yadellilər sadə erməni kütləsini eyni cür soyublar. Ermənilərin hakim təbəqələri, ruhaniləri isə həmişə hörmət-izzət sahib olublar, çünki yadelli hakimləri varlandırmaqla yanaşı həmişə özləri də varlanıb, zənginləşiblər. Həmişə!2Rusiya imperiya akademiyasının müxbir üzvü Kerop Patkanyanın yazdığı kimi Ermənistan heç vaxt bəşəriyyət tarixində xüsusi rol oynamayıb. Bu, siyasi termin yox, erməni yaşayış məntəqələrinin səpələndiyi coğrafi zonanın adıdır. Ermənilər həmişə yaşadıqları torpaqlara pis sahiblik eləyiblər, amma güclü qonşularına əla xidmət göstəriblər. K.Patkanyan belə deyirdi. Erməni professorunun öz xalqına verdiyi xarakteristika ilə əlbəttə razılaşmaq olmaz, amma səlcuqların Yaxın və Orta Şərqi fəth etdikləri dövrə nəzər salsaq, bu dönəmdə yalnız ermənilərin üstün hüquqlara malik millət olduqlarını görərik. Bütün orta əsr erməni müəllifləri boş yerə yazmırdılar ki, ermənilərə kilsələr tikməyə, ticarətlə məşğul olmağa şərait yaradan səlcuq sultanları "xristiansevənlər"dir, Ermənilər Azərbaycan atabəylərinin, elxanilərin, cəlairlərin, qaraqoyunlu və ağqoyunlu sultanlarının, səfəvilərin (yalnız I Şah Abbas hakimiyyətinin ilk illəri istisna olmaqla), qacarların hakimiyyətlərı dönəmində də pis yaşamayıblar. Ermənilərin Osmanlı sultanlarından şikayət eləməyə də haqları yoxdur. Erməni salnamələrinə görə onlar da bu xalqa səbrlə yanaşıb, Eçmədzin ruhanilərinin mal və mülk güvənliyini qorumaq üçün onların sərəncamına ordu hissələri veriblər. Ermənilərin, daha çox da onun yuxarı təbəqələrinin yaşayışı sonuncu osmanlı sultanı II Əbdülhəmidin hakimiyyəti dövründə də pis olmayıb. Hər şey "Daşnaksyutun" partiyasının yaradılmasından sonra tərsinə çevrildi. Ona erməni komprador burjuaziyasının nümayəndələri başçılıq edirdilər. Özü də sıralarında II Əbdülhəmidin sevimliləri Akop paşa və Nuru paşa olmaqla. Birinci sultanın şəxsi xəzinədarı, ikinci isə (əslən qarabağlı olub) hətta vəziri idi.

Erməni millətçi təşkilatları haqqında məlumatlar Türkiyə və Avropada ilk dəfə 1855-ci ildə eşidildi. Fransada, İngiltərədə, Avstriyada və başqa ölkələrdə gələcək daşnaklar olacaq erməni qruplarının yığıncaqları keçirilməyə başlandı. Onlar da özünə Londonda yuva tapmış ilk komitəni yaratdılar. XX əsrin əvvəllərində Türkiyədə "Erməni icmasının xilaskarları" cəmiyyəti quruldu. Onun 3rəhbərlərı də indiki "Asala", "Krunik", "Qarabağ" və sair təşkilatların rəhbərləri kimi "xilas üçün" Türkiyənin bütün erməni əhalisindən zorla pul toplayırdılar. Həmin erməni komitələri 1895-96-cı illərdə Türkiyədə elə bir vəziyiət yaratdılar ki, tezliklə ölkənin erməni və türk vətəndaşları arasında qarşılıqlı inamsızlıq və uçurum əmələ gəldi. Elə o dövrdən də bu inamsızlıq daşnaklar tərəfindən get-gedə daha da qızışdırıldı. O ki qaldı böyük nüfuza sahib erməni ruhani dairələrinin Türkiyədəki nümayəndələrinə, onlar da hər şey eləyirdilər ki, səpilmiş düşmənçilik toxumu daha yaxşı bar versin. Onları yedizdirib-içizdirən dövlətə qarşı nifrət daha da güclənsin. Məhz elə həmin illərdə Qərbdə erməni "ağlaşma"sının təsiri altında "erməni məsələsi" ortaya çıxdı. Çoxlu ermənı təəssübkeşi və dildən pərgar demoqoqlar peyda olub Avropanın hər bir küncündə utanıb-qızarmadan, vicdansızcasına erməniləri "sıxışdıran" türklər haqqında bar-bar bağırmağa başladılar. Bütün bu vay-şivəni erməni millətçiləri Türkiyənin Balkanlardakı məğlubiyyətindən, Qars, Ərzrum, Bitlis və Vanın çar qoşunları tərəfindən tutulmamasından sonra qaldırmışdılar. Daşnaklar belə hesab eləyirdilər ki, çar qoşunlarının təzyiqi altında tiirklər öz doğma yurdlarını tərk edəcək və onlar da çoxlu var-dövlətə yiyələnəcəklər. Daşnak başçıları Türkiyənin zəhmətkeş erməni xalqını özlərinin çirkin fəaliyyətlərinə şərik etmək üçün, erməniləri öldürüb günahı türklərin üstünə atmaq kimi alçaq əməllərdən belə çəkinmirdilər. Türkiyədə millətlərarası qırğınlar törətməklə daşnaklar müttəfiqlərin İstanbulu işğal edəcəyinə ümid bəsləyirdilər. Bu isə onların uzağa gedən məqsədlərinə çatmaq üçün əl-qollarını açmalı idi. Yuxarıda dediklərim Rusiyanın Van, Bitlis və Ərzurumdakı baş konsulu general Mayevskinin raporundan götürülüb. Bu, A.Ohanesyanın 1895-ci illə bağlı xatırlatmasının cavabıdır. Həmin müəllifin başqa bir tarixlə - 1915-ci illə bağlı xatırlatmasının cavabı isə heç olmasa rus generalları Nikolayevin və Bolxovintovun qraf Vorontsov - Daşkovun 4ünvanına göndərdikləri 1 iyul 1915-ci il və 9 iyul 1915-ci il tarixli məktublar ola bilər. Generalların hər ikisi erməni daşnak quldurları Tero və Xeçonun dinc türk sakinlərinə qarşı törətdikləri terror və vəhşilik hərəkətlərini çox dəqiq xarakterizə eləyirlər. Erməni daşnak quldur dəstələrinin rus ordusunun Vandakı hissələrinin arxasındakı təxribatı o dərəcəyə çatmışdı ki, axırda cana yığılmış rus komandanlığı onların sadəcə olaraq top atəşi ilə məhv edilməsinə sərəncam vermişdi. Sonra 1917-ci ilin yanvarında rus ordusu Trabzonu, Ərzurumu və Bitlisi tərk elədi. Daşnaklar bundan istifadə edərək həmin ərazidəki dinc türk əhalisini qırmağa başladılar. Bunu generallar Prjevalski və Odişelidzenin məlumatları da təsdiq edir. Sero Xanzadyanın guya 1918-ci ildə Əzincanda həlak olmuş ermənilərə ağlayan sonuncu "tarixi" romanı da daşnak həyasızlığı və utanmazlığı ilə doludur. Axı hər şey tərsinədir.

General Odişelidzenin raportu və rus baş qərargahının podpolkovniki Tverdoxlebovun xatirələri daşnak quldurlarının Murat Sivasetsinin başçılığı ilə törətdikləri vəhşiliklərə ən yaxşı şahidlik eləyir. Ərzincanın (xanzadyanın dili ilə desək - Yerzınkanın) bütün sakinlərini daşnaklar zorla erməni kilsəsi qarşısındakı meydana və yaxınlıqdakı evlərə toplaşmış, sonra da doğrayaraq yandırmışdılar. Ərzincandakı və qonşu kəndlərdəki bu dəhşətli vəhşiliyin məsuliyyətinin öz boyunlarından atmaq üçün bütün daşnak hissələri rus əsgəri formaları geymişdilər. Daşnaklar Sarıqamışda da belə kütləvi vəhşilik törətmişdilər (yüzbaşılar Morozov və Kazimirovun raportları). Amma onların içərisində ən qanlı və qəddar cəllad, sözsüz ki, təkqulaq Andronik idi. Onun Ərzurumdakı əməllərini podpolkovnik Tverdoxlebov ətraflı qələmə alıb (bax: Azərbaycan EA xəbərləri. "Tarix, fəlsəfə, hüquq" seriyası, 1988, N-3). Rus məmuru doktor Xoroşenkonun 21 may 1918-ci il tarixli məlumatı daşnakların Axalkalaki və ətraf kəndlərdə törətdiyi qanlı cinayətləri - bir-neçə yüz azərbaycanlının doğranmasını sübut eləyən ən səhih sənəddir. Doktor Xoroşenko dəhşətə gələrək yazır: "XX əsrin mədəni ermənilərinin vəhşiliyi budur!"Düz 70 il bundan əvvəl daşnaklar Bakıda da qırğın törətmişdilər. T.Əmiryanın, Şaumyanın və Lalayanın başçılıq elədikləri bandit dəstələri Bakıda 10 mindən artıq azərbaycanlı qırmış, çoxlu binaları və mənzilləri qarət edib yandırmışdılar. Onların atəşə verdikləri binalar arasında "Cəmiyyəti-xeyriyyə"nin - indi Azərbaycan Elmlər Akademiyasının Rəyasət heyəti yerləşən binası da vardı. Yalnız Alyoşa Caparidzenin işə qarışması ilə bu vəhşiliyin qarşısı alındı. Amma daşnaklar bu dəfə də Bakıdan Şamaxıya üz tutdular və burada ondan da qanlı əməllər törətdilər. 1920-ci ildə təkqulaq Andranikin və Amazaspın daşnak dəstələri Mikoyanın xeyir-duası ilə Zəngəzur və Qarabağı keçməklə Bakıdan Xoya qədər quldur reydi edərək dinc Azərbaycan əhalisini qılıncdan keçirdilər. Əsgəran yaxınlığında həmin quldur dəstələri Azərbaycan ordusu tərəfindən darmadağın edilmişdi. İndi isə bizim yaşadığımız günlərə dönək. Öz dövlətçiliyini IV əsrdə itirmiş ermənilərə sovet hakimiyyəti 1921-ci ildə dövlət hədiyyə elədi və ermənilər də başqa 15 sovet respublikası vətəndaşlarının malik olduğu hər şeyə sahib oldular.

SSRİ xalqlarının yaşadıqları bütün çətinliklərdən və xoşbəxtliklərdən təbii olaraq ermənilərə də pay düşdü. Onların başqa 14 müttəfiq respublikanın vətəndaşlarından fərqi isə o idi ki, bütün sovet respublikalarında çox asanlıqla məskunlaşır, özləri üçün yaxşı şərait yarada bilirdilər. Böyük Vətən müharibəsində, ondan əvvəl, ondan sonra bütün SSRİ xalqları vahid ailədə vahid şüarlarla, əmin-amanlıq şəraitində yaşayırdılar. SSRİ xalqları arasındakı dostluq özünü müharibə illərində daha aydın göstərdi. Hitler təbliğatı xalqlarımızın birliyini sarsıda bilmədi. İndi mən öz-özümə həyəcanla sual verirəm - Allah göstərməmiş, ermənilər bu oyunu müharibə vaxtı çıxartsaydılar, nə baş verərdi? Şübhəsiz ki, cəbhə bir neçə günün içərisində dağılardı. Şükürlər olsun ki, baş verməyib! Amma 1948-ci il gələndə qəribə hadisələr baş verdi. Xaricdən kimlərinsə hiyləgər planlarına uyğun olaraq Ermənistan SSR ərazisinə minlərlə erməni 6köçürülməyə başlandı. Özü də köçürülənlərin əksəriyyəti Ayrikyan, Manuçaryan, yaxud da Daşnaksyutun MK üzvünün qızı Silva Kaputikyan kimi başı sonacan əzilməmiş daşnak tör-töküntüləri idi. Elə həmin vaxtda da 500-600 ildən artıqdır ki, indi Ermənistan SSR ərazilərini təşkil edən torpaqlarda kompakt halda yaşayan azərbaycanlıların sıxışdırılıb qovulmasına başlandı. Bunun şahidi olan qəbirüstü yazılar indi daşnakların müasir nəsilləri tərəfindən barbarcasına məhv edilməkdədir. Azərbaycan kəndlərinin adları, toponimlərimiz, hidronimlərimiz kütləvi şəkildə erməniləşdirilməyə başlandı. Mikoyanın, Beriyanın, Dekanozovun, Armavirli erməni Abakumovun bölgüsü və Bağırovun razılığı ilə öz doğma yurdlarından çıxarılan azərbaycanlılar Azərbaycan SSR-nin dağlıq ərazilərində deyil, İmişli, Füzuli və s. kimi isti malyariya tüğyan edən rayonlarında məskunlaşdırıldı. Amma əslinə qalsa, onlar Dağlıq Qarabağda yerləşdirilməli idilər. Onda Melkumyan, Gevorkov və Poqosyan tipli daşnaklar belə əclaflıqlar törətməzdilər. Gəlmə ermənilərin ideoloji təbliğatı yavaş-yavaş yerli "axber"lərin beynini o dərəcədə yerindən oynatdı ki, axırda "Üç dəniz arasındakı Ermənistan" şüarı təzədən xortdadı. Beynəlxalq erməni mafiyası Marşal İoan Antoneskunun şəxsi dostu Levon Karapet Palcyanı kotolikos postuna oturtduqdan sonra isə ermənilərin iddiaları özünün apogeyinə çatdı. Xarici erməni maliyyə maqnatlarının birbaşa qızışdırılması və Palcyanın xeyir-duaları ilə daşnak təbliğatı günü-gündən güclənirdi. Və başayaq publisistikanın özbaşınalığı başladı. Karapet Palcyanın sevimlisi, acınacaqlı şəkildə yox olmuş Paruyr Kazaryan Azərbaycan xalqını qaralayanlar arasında birinci oldu. Onun arxasınca da Z.Balayan, S.Xanzadyan, Azərbaycan çörəyi ilə böyümüş B.Ulubabyan, qapı ustasının kalmanov gözəli Silvanın adını daşıyan qızı və başqaları Azərbaycanın və azərbaycanlıların ünvanına təhqirlər yağdırmağa başladılar. Silva isə açıq-açığına TƏKQULAQ Andronikin mauzerini təzədən götürməyə, azərbaycanlıları atəşə tutmağa, hamilə Azərbaycan 7qadınlarının qarnını yarmağa çağırırdı. Guya bununla ürəyi soyuyacaq? Ölü, təkayaq "Krunk"un (Durna) leşinin dirildilməsi başlandı, o da yamaq salınmış qanadcıqlarını yelləməyə başladı. Yerli "inqilabi yenidənqurmaçı"ların xaricdəki erməni kolonyalarına səfərləri başladı. Orada daşnak funksionerləri hər cür balayanların beynini "seçilmiş xalq" ideyası ilə doldururdular. Xaricdəki maliyyə boynuyoğunları Qərb mətbuatında qulaqbatıran antiazərbaycan təbliğatına, cürbəcür millətçi yığıncaqlarına, Aqanbekyan kimi iri xadimlərin yemlənməsinə pul əsirgəmədilər. Xaricdəki, elə bizim ölkəmizdəki erməni ticarət mafiyası öz adamlarını dövlətimizin ali idarə orqanlarına yerləşdirmişdi. Qalırdı həmişəki kimi inqilabi anın yetişməsi. Bu an onlara azərbaycanlılara qarşı ildırımsürətli hərəkətə keçməyə və axıracan getmək lazım idi. Ölkədə yenidənqurma və aşkarlığın elan edilməsi onlara IV əsrdə qalmış xam xəyallarını həyata keçirərək üçün hücuma keçməyə yaxşı bəhanə oldu. Xaricdə yaradılıb Yerevana ötürülmüş "Qarabağ" komitəsi 1988-ci ilin fevralında DQMV-nin Ermənistana birləşdirilməsi hərəkatına başladı. Bu yaxınlarda həmin xadimlərdən bir hətta elan da elədi: "Maraqlıdır, bir az bundan əvvəl gizli şəkildə Qarabağda olmuşam, baxıb görürəm ki, orda hamı mənə bənzəyir!" Kiçik haşiyə. 1978-ci ildə, yəni 10 il bundan qabaq Leninavan kəndində (əvvəlki adı Marağaşendir) iki yüz erməni ailəsinin Marağadan (Cənubi Azərbaycan) Qarabağa köçürülməsinin (1828-ci il Türkmənçay müqaviləsinin bağlanmasından sonra) 150 illiyi münasibətilə mərmər obelskin təntənəli açılışı olmuşdu. Yəni Arağaşendəki erməni qəbristanlığında ən qədim erməni qəbir daşının yaşı 160-dan yuxarı deyil! Onda bəs Qarabağın Ermənistana mənsubluğu ilə bağlı nə söhbət gedə bilər? Bir də hansısa torpaqların nə vaxtsa, kiməsə məxsus olması çoxmu vacib məsələdir! Xalqların hər biri yaşadıqları yerlərdə, dədə-babalarının yatdığı torpaqlarda yaşamalıdırlar. Ona görə də indi, iyirminci əsrin sonunda torpaqların 8təzədən bölünməsinə başlasaq, bu ağılsızlığın bizi hara aparacağını təkcə Yaradan özü bilir! Yenidənqurma və aşkarlıq davakar erməni cahillərinin gizlindən üzə çıxıb açıq fəaliyyət göstərmələrinə, əməksevər erməni xalqını qorxudub günlərlə mitinqlər və tətillər keçirmələrinə şərait yaratdı. "Krunk" və "Qarabağ" rəhbərləri uzun illər boyu klerikalların fəal köməyi ilə erməni əhalisindən pul toplamaqla məşğul idi. Pul verməyən isə xalqın düşməni, mifik "Böyük Ermənistan"ın yenidən qurulması ideyasının əleyhdarı elan edilirdi. İki azərbaycanlının ölümündən sonra erməni quldurları ciddi cəza almalı idilər. Elə ona görə də erməni millətçilərinin daşnak rəhbərliyi zərbənin istiqamətini özlərindən başqa səmtə yönəltmək, cəzadan yaxa qurtarmaq üçün çıxış yolları axtarmağa başladılar. "Krunk"çular qalmaqalı harada salacaqlarını çox dəqiqliklə hesablamışdılar. Onlar özlərinin iyrənc zərbələrini Sumqayıta endirdilər. Niyə Sumqayıt? Ona görə ki, daşnaklar rəssam Verşaginin "Müharibə apofezi" tablosunu artıq neçənci dəfə "erməni kəllələri" təsvir olunmuş müasir fotoqrafiyaya çevirmək istəyirdilər.

Lakin Sumqayıtda aləmi bir-birinə qatmamışdan öncə davakar krunkçular şəhərin erməni əhalisindən pul topladılar, sonra onlara əmanət kassalarındakı saxlanclarını götürməyi və erməni "sexovşik"lərinə şəhəri tərk etməyi məsləhət gördülər. Onu da demək lazımdır ki, faciəyə qədər şəhər artıq özünəməxsus bir ekoloji cəhənnəmə çevrilmişdi. Burada yeddi ittifaq nazirliyi ən zəhərli istehsalatlar yaratmış, ətrafdakı hər şeyi, hətta dəniz suyunu və bütün Xəzər sahillərini zəhərləmişdilər. Şəhər "limitçi"lərin hesabına əhali ilə həddindən artıq doldurulmuş, gecəqondu daxmaları Nyu-Yorkun Harlemindən betər olmuşdu. 1970-ci ildən başlayaraq şəhər rəhbərliyi məntəqənin ekoloji vəziyyətinin yaxşılaşdırılması problemlərini tamamilə unutmuş, başları öz şəxsi işlərinə qarışmış, Sumqayıtı xidməti vəzifədə yuxarılara qalxmaq üçün bir tramplinə çevirmişdilər. Bu qeyri-insani yaşayış şəraitinin üstünə bir də şəhərə keçmiş cinayətkar məhkumların yerləşdirilməsi də əlavə olunmalıdır. Faciəyə qədər onların sayı Sumqayıtda artıq 20 mini keçmişdi. Sumqayıt faciəsi erməni millətçiləri tərəfindən çox ağıllıcasına fikirləşilmişdi. Onun başlanmasına bir neçə saat qalmış şəhərə gizlicə erməni telefoto reportyorları doluşaraq vaxtı gözləməyə başlamışdılar. Və birinci cinayətkar aksiyanı azərbaycanlı adı ilə beş Sumqayıt ermənisini şəxsən öldürmüş Qriqoryan familiyalı bir erməni törətmişdi. Sonrası isə necə deyərlər, artıq "texnika" işi idi. Çünkü nəhəng kütləni daha saxlamaq mümkün deyildi... Üstəlik də hələ Şelekovun vaxtından milisə nəinki silah, hətta adicə dəyənək belə gəzdirmək qadağan idi. Səhəri gün isə (!) Stepanakertdə "Sumqayıt soyqırımının qurbanları"na tökmə abidə qoyulur. Özü də necə? Ona görə də Zori Balayanın "Arqument"dəki, S.Zolyan və V.Şeynisin "Veke XX i mire"dəki boşboğazlıqları, həmçinin A.Ohonesyanın "Kommunist"dəki "mədə sancıları" Kaputikyan, Xanzadyan və qudurmuş Poqosyan kimi erməni millətçilərinə tərəf yönəldilməlidir. Azərbaycanda, A.Ohanesyanın haqqında vird elədiyi 400 gizli məscid də yoxdur. O ki qaldı Quranın beşinci surəsinə - bu 632-ci ildə, Ərəbistan yarımadasında yaşayan Kaynuk tayfası ilə mübarizə münasibətilə söylənib. Yerevanlı həmkarım professor P.Muradyan mənə bax belə fikirləşməyi məsləhət görmüşdü. Öz növbəmdə mən də ona A.Ohanesyanın qoyduğu sualları özünə tərəf çevirməyi məsləhət görürəm: "Yəni doğurdanmı heç nə dəyişməyib? 1895-dən, 1915-dən, 1920-dən bəri heç nə dəyişməyib?" P.S. SSRİ Ali Soveti Rəyasət Heyətinin "Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətdəki Xüsusi İdarə formasının tətbiq edilməsi barədə" fərmanı vilayətindəki vəziyyəti xeyli dərəcədə stabilləşdirir və asan olmasa da, buranın erməni əhalisinin düşüncə tərzində dəyişiklik olacağına hansısa bir ümid yaradır.


Qırx il krunkçular insanların şüuruna uzağa gedən məqsədlər yeridiblər ki, sonucda "öz müqəddəratını təyin eləməyə" çatsınlar. Musa peyğəmbər İsrail oğullarını qırx il səhrada gəzdirmişdi ki, onlar misir əsirliyini unutsunlar, əsirlikdə olanlar ölüb yox olsunlar, gənc nəsillər isə əsirlik barədə heç nə bilməsinlər. Ümid edəcəyik ki, DQMV ilə bağlı qırx il gözləməli olmayacağıq. Həmçinin ona da ümid edəcəyik ki, akademik A.D.Saxarov və onun laborant Batkin, Roy Medvedyev, Zubov, Dubov Şeludyayev və Staravoytova tipli "qeyri-formallar"ı dövlətin onlara verdiyi məvacibə uyğun daha xeyirli işlərlə məşğul olacaqlar. Poqosyan, Balayan, Kaputikayan tipli ayrı-ayrı daşnakların millətçi və rasist hoqqabazlıqlarına baxmayaraq, azərbaycanlılar, ermənilər, gürcülər, ləzgilər və Qafqazın digər xalqları əsrlərlə birlikdə yaşayıblar və bundan sonra da yaşayacaqlar.


Ziya Bünyadov
Tarix: 24-01-2017, 11:11



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçınlılar Xocalı faciəsini andılar-

      Son xəbərlər
      Sorğu