Ziya Bünyadov uydurma “Velikaya Armeniya”nı neçə ifşa elədi? - ŞOK MƏQALƏ A- / A+
Ziya Bünyadov  uydurma “Velikaya Armeniya”nı neçə ifşa elədi?


Lacin.info saytı mərhum akademik Ziya Bünyadovun ermənilərin əsrlər boyu uydurduğu “Böyük Ermənistan”ı ifşa edən şok məqaləsini oxuculara təqdim edir.


MİFLƏR VƏ MİFUYDURANLAR


Dünyanın bütün ensiklopediyaları izah edir: Mifologiya, insanların ətraf aləmdə baş verən və mahiyyətini anlaya bilmədikləri hadisələri izah etmək üçün onların haqqında bəsit düşüncə ilə obrazlı şəkildə uydurduqları fantastik hekayələrdir. Nə vaxtsa, kim isə, nəyəsə iddialarının əsaslı olduğunu sübut etmək üçün çox istəyir ki, miflərdən arqument olaraq istifadə eləsin. Bu vaxt həmin qondarma və ya yalançı iddiaların qanuni formaya salınması üçün uydurmaların mübahisəsiz sənəd və sübutlara çevirməsi – şüurlu mifuydurma başlayır. Götürək elə “Velikaya Armeniya” haqqında mifi. “Velikiy” sözü ilə manipulyasiya edənlər yaxşı bilirlər ki, “mets” sözü yalnız insan adına qoşulanda “velikiy” mənasını verir. Məsələn: “Metsmard”, “Metsişxan” və s. Söhbət coğrafi adlardan gedəndə isə yalnız “malıy”ın antonimi olan “bolşoy” haqqında danışmaq olar. Məsələn: “Malıy Kafkaz” və “Bolşoy Kafkaz”, “Malıy Zab” və “Bolşoy Zab”, “Bolşaya Armeniya” və “Malaya Armeniya” və s. Beləliklə, “Bolşoy”un “velikiy” kimi oxunması və ya izah edilməsi ən yüksək səviyyəli qəlp mifuydurmadır. Çünki Rusiya İmperiya Akademiyasının müxbir- üzvü Kerop Patkanyan deyirdi: “Ermənistan – siyasi yox, coğrafi termindir” (“Van kitabələri”). Hansısa “Velikaya Armeniya”nın mövcud olması barədə alver predmetinə çevrilmiş boşboğazlıqlar bir çox əsrlər və onilliklər boyu yedizdirilib bəslənən dövlət məmurları vasitəsilə müxtəlif səviyyələrdə və müxtəlif sferalarda yuxarı dairələrə inadla aksioma kimi təqdim olunmuşdur.

Təqdimatçılar isə buna görə özlərinə biznesdə, özgə torpaqlarında kütləvi şəkildə məskunlaşmaqda imtiyazlar əldə etmiş, sonra da bu yerləri ermənilərin “bineyi-qədimdən” yaşadıqları ərazilər kimi qələmə vermişlər. Ermənilərin Qarabağa və Bakıya yerləşdirilməsinə əlahəzrət çardan icazələr də beləcə alınmışdı. Mən, 1828-ci ildə ilk iki yüz erməni ailəsinin İran Marağasından köçürülməsi şərəfinə Marağa Qarabağ) kəndində ucaldılmış abidə haqqında artıq söhbət açmışam. Oxucu özü də aydınlaşdırıb əmin ola bilər ki, “Marağa-150” yazısı mövcud olub və bu obelisk heç bir təsir olmadan, heç kəs tərəfindən məcbur edilmədən ermənilərin özləri tərəfindən ucaldılıb. Bəli, Qarabağ qəbristanlıqlarındakı erməni məzar yazılarının 150 ildən artıq yaşı yoxdur. Bağışlayın, bunlar hamısı sənəddir! (İndi bu yazı və tarixlər silinib və sementlə suvanıb). Axı ümumxalq təntənəsi olmuşdu, DQMV bu münasibətlə “Xalqlar dostluğu ordeni” almışdı. 1978-ci ilin sonu, 1979-cu ilin əvvəllərində Qarabağın bütün dövri mətbuatı da bunları öz səhifələrində əks etdirmişdi. Çox sayda insanın beyninə yeridilmiş ikinci “əzəmətli” mif isə Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi arasındakı böyük üçbucaqda yerləşən əraziyə “erməni torpaqları” adı altında iddia olunmasıdır. Axı bu, kökü Van-Sevan-Urmiya gölləri üçbucağına gedib çıxan, daşnaklar tərəfindən qanuniləşdirilmiş mifdən başqa bir şey deyil!1Böyük Tiqranın dövründəki reallıqların sonrakı dövrlərə və müasir zamana aid edilməsi və bunun ikinci miflə əlaqələndirilməsi “qədimləşdiricilər”ə imkan verib ki, Naxçıvan, Qarabağ və bir çox başqa əyalətlərimizin erməni torpaqlarına aid olması barədə üçüncü mifi uydursunlar. Bu mifuydurmada təzə peyda olmuş Orqançik – Zoriy Balayan, Baqrat Ulubabyan və başqaları xüsusilə cidd-cəhd göstərirlər. Onları isə Staravoytova, Saxarov, Stankeviç, Dubova-Şelduyeva, eləcə də Volskiy, Sidorov, İgityan, Koçaryan kimi diletant züy tutanlar böyük həvəslə dəstəkləyirlər... Son zamanlar maraqlı erməni dairələrinin Qarabağa dair yaranmış iddiaları yavaş-yavaş, tədricən hər yerdə məqalələr, referatlar, toplular və bütöv traktatlar şəkilində yayılırdı. Onların məzmunu yalnız bir şeyə yönəlmişdi: “Qarabağ bizimdir, Ermənistanındır!” Bu daşnak konsepsiyasına etiraz edən və ona qarşı çıxan, erməni nöqteyi-nəzərinə əks düşüncəsini sərgiləyən hər kəs düşmən elan edilir, lənətlənib mürtəd adlandırılır. S.Xanzadyanın (Bax: “Согласие” qəzetinə) və S.Kaputikyanın (Yİ-nin plenumunda, “Согласие” qəzetində və s. yerlərdəki çıxışları) Qarabağa iddiaları artıq cəfəngiyyata gedib çıxır. Həmkarım P.Muradyan elan edir ki, bütün alban mədəniyyəti nümunələri (yalnız irilərinin sayı 1600!) ermənilərə aiddir. O cümlədən, alban katalikoslarının iqamətgahı Qandzasar da. Hansısa A.Acemyan hələ lap uzağa gedir, Qarabağ ərazisində altı min (?!) erməni abidəsinin olmasından dəm vurur. Yenə də mifuydurma! Bu iş başqalarının torpaqlarına iddia edən ermənilərin beynində elə kök salıb ki, hətta Ermənistan SSR Ali Soveti Qarabağ üzrə “fərmanlar” da çıxarır. Ermənilərin Dağlıq- Kaliforniya Muxtar ştatına mümkün iddiaları barədə Amerika qəzeti “Вечерний звон” boş yerə xəbərdarlıq etmir ki! Daşlaşmış tarixi konsepsiyalardan biri də 26 komissar barədə müqəddəsləşdirilmiş əfsanədir.

Onların öldürülməsində artıq Stalini də günahlandırmağa başlayıblar. Mənə qalsa, onların haqqında sakit tonla, həddindən artıq böyütmədən, şişirtmədən, hər şeyi olduğu kimi danışmaq lazımdır. Sadəcə olaraq, qeyd edilməlidir ki, Sovet hakimiyyəti uğrunda saysız-hesabsız mübarizlərin arasında belələri də olub. Yoxsa, hər kəs 26 ədədini bilir, amma onların əksəriyyətinin adını belə tanımır. Hazırda oxucu kütləsinə məlum olmayan çox sayda sənədlərin saxlandığı cürbəcür məxfi arxivlərin qapıları açılır. Onların məzmunu keçmişin hadisələrinə yeni baxışla, düzgün yanaşmağa imkan verəcək. Bu sənədlərin arasında elələri də var ki, daşlaşmış konsepsiyaları, mifə çevrilənləri yenidən nəzərdən keçirmək, yenidən qiymətləndirmək üçün ciddi əsaslar verir. Yeni, hələ də açıq olmayan sənədlər 26 Bakı komissarı haqqında tarixi də təzədən yazmağa məcbur edir. Çünki bu günə qədər onlar haqqında hər şey təsdiq tonunda yazılır, heç nə şübhəyə və nəyisə yenidən nəzərdən keçiriməyə imkan vermirdi. Bunlar kimin üçünsə çox vacib idi, kim isə bundan siyasi və başqa kapitallar əldə edir, hörmət-izzət sahibinə çevrilirdi və s. və i. 26-ların bütün fəaliyyətinin həqiqi mənzərəsini yaratmaq üçün vaxt lazımdır, özü də az yox. Əgər 70 il əvvəl nələrin baş verdiyini yenidən, başqa nöqteyi- nəzərdən dərk etmək istəyən varsa, həmin tədqiqatçıya bütün Bakı kommunası və ümumiyyətlə 26 komissarın hər birinin fəaliyyəti haqqında birbaşa və dolayısı ilə məlumatlar verən saysız-hesabsız gizli sənədləri vərəqləmək üçün bir neçə il lazım olacaq. O cümlədən, “Azərbaycan SSR EA-nın Xəbərlərinin Tarix, Fəlsəfə və Hüquq seriyası” S.Şaumov (Şaumyants), T.Amiryan, Q.Korqanov və başqalarının fəaliyyəti haqqında geniş yazarlar kütləsinə məlum olmayan sənədlərin dərcinə başlayıb. Lakin “Kommunist” adlı Yerevan qəzetinin (Bav: 20 sentyabr 1989-cu il, 218 №-li sayına) redaksiyası bu məsələdən çox həyəcanlanıb və jurnalda dərc olunan sənədləri “müxəlif qəbildən olan tör-töküntülərin əsərləri” adlandırıb. Üstəlik də bu qənaətə gəlib ki, jurnalın baş redaktorunun fəaliyyəti “əsl cinayət cəzası tətbiqi tələb edən xarakter daşıyır, xüsusən də millətlərarası münasibətlərin gərginləşdiyi indiki vaxtda”. İcazə verin soruşaq: Bu millətlərarası münasibətləri kim gərginləşdirdi və ekstremist Zoriy Balayanın fəaliyyəti bəyəm cinayət cəzası tətbiqi tələb edən xarakterdə deyil?! (Heç olmasa, “Коммунист Сумгаита” qəzetinin 13 oktyabr 1986-cu il tarixli sayında Q.Vinokurovanın məqaləsinə bax). Staravoytova və onun kimilərin fəaliyyəti cinayət cəzası tətbiqi tələb edən xarakter daşımır? “Gərginlik” haqqında, bununla kimlərin məşğul olması, nəyin naminə edilməsi və hansı yaxın-uzaq məqsədlər güdülməsi barədə danışmağa hələ vaxtımız olacaq. Hələlik isə oxucunun diqqətini S.Şaumovun (Şaumyantsın) və başqalarının Azərbaycan və Türkmənistan ərazilərində fəaliyyətinin son dövrü ilə bağlı hadisələrə yönəldək. Tatevos Amiryan və Stepan Lalayanın daşnak dəstələrinin Bakı və Şamaxıdakı vəhşiliyi və soyğunçuluğundan sonra S.Şaumov (Şaumyants) və Q.Korqanov 1918-ci ilin mayında Dəvəçi və Quba istiqamətinə Amazaspın komandanlığı altında daşnak briqadası göndərir ki, onun da komissarı A.Mikoyan idi (onun öz xatirələrindəki vəsiqəsinin “Юность” jurnalında verilmiş faksimilesinə bax). Bu briqada Qubaya və Quba qəzasına amansız hücum etdi, daşnaklar burada 122 kəndi talan edib yandırdılar. Ağıla sığmayan vəhşiliklər törətdilər, sakinləri zorladılar, öldürdülər. Amazaspın dəstəsi Qubadan 4 milyon rubl qızıl pul, 4,5 milyon rubl dəyərində qiymətli əşyalar və 25 milyon rubl dəyərində ərzaq ehtiyatı qarət edib apardı. Amazaspın dəstəsi Quba şəhərinə başqa komissarlardan xəbərsiz və onlarla razılaşdırılmadan Şaumyanın istəyi ilə, özü də cəza məqsədilə göndərilmişdi. Bu dəstəyə qoşun o zamankı hərbi komissar Korqanov tərəfindən toplanmışdı (Bax: Доклад члена Чрезвычайной Следственной Комиссии А.Новацкого. ЦГАОР Азерб. ССР, ф.1061, оп.1, д.95, лл 5-8). Bir aydan sonra – 1918-ci ilin 26-27 iyununda Velunts, Ter-Ohanov və Nadjarovun təkidi ilə Stepan Gevorkov Şaumovu və ya Şaumyantsı (ЦГИА Азерб. ССР, ф.46, оп.3, д.333, лл 89-90) digər komissarlarla birlikdə həbs etmək qərara alınır və qərar yerinə yetirilir (Вадим Чайкин. К истории Российской революции. Вып.1, М., 1922, s.174). Bu hadisənin doğruluğunu “Ekstravaqans bolşeviks e l’epope armenian” (Parij, 1921, s. 186) adlı kitabında Anri Barbüs də təsdiq edir: “Bolşeviklərin əsas rəhbərləri Şaumyan, Fioletov, Caparidze həbs 3edilmişdilər. Şaumyanın baqajında 80 milyon qızıl pul tapılmışdı”. Bunlar məhz elə daşnakların Bakı, Şamaxı və Qubadan qarət etdikləri həmin pullar idi. 1918-ci ilin 17 avqustunda Sentrokaspinin sədri Nezabudkov Bakı həbsxanasının rəisinə S.Şaumyan və Q.Korqanovu həbsə atmaq barədə sərəncam vermişdi: “Ardahan” qayığındakı və “Göy-Təpə” gəmisindəki komandanın qərarına, eləcə də Sentrokaspi Müvəqqəti Diktaturasının icazəsinə uyğun olaraq, keçmiş xalq komissarlarından Şaumyanı oğlu ilə və Korqanovu mümkün rahatlıqlardan məhrum etmədən sərəncamınızdakı həbsxanaya salmanız həvalə olunur. Onlar ciddi nəzarət altında saxlanmalıdır. Qaçmaları halında, siz və bütün karaul başınızla cavab verəcəksiniz” (ЦГАОР Азербайджанской ССР, ф.1046, оп.4, д.369, л.8). Bakı Fövqəladə İstintaq Komissiyasının yoldaş sədri Lev Dalinin ifadələrindən görünür ki, 1918-ci ilin avqustunda bütün komissarlar “Bayıl həbsxanasında toplanmışdı”. Onların işi üzrə istintaqı FK-nin müstəntiqi Jukov aparırdı.

1918-ci ilin 14 senyabrında Mikoyan, Velunts və Ter-Karapetyanın vasitəsilə Sentrokaspi rəhbərlərindən, komissarları “Sevan” gəmisinə mindirib aparmaq barədə icazə alır. Dalin göstəriş verir ki, həbsxananın rəisi siyasi korpusda saxlanan bütün komissarları Mikoyanın verdiyi iltizam əsasında buraxsın. “Sevan” gəmisini yanalma körpüsündə tapa bilməyən komissarlar “Türkmən” gəmisinə doluşub Tatevos Amiryanın komandanlığı altında olan daşnak dəstəsinin müşayiəti ilə dənizə çıxdılar. “Türkmən”in komandiri, T.Amiryanın razılığı ilə iki istiqamətdən – Petrovssk və ya Krasnovodskdan, Astraxanı yox, Krasnovodsk seçildi. Görünür, elə əvvəlcədən də belə planlaşdırılmışdı. Krasnovodskda 25 komissar, eləcə də Tatevos Amiryan Sentrokaspi Diktaturasının icraiyyə komitəsi tərəfindən saxlanıldılar. A.Mikoyan isə “komissarların Zakaspidən çıxarılması zamanı möcüzəli bir şəkildə xilas olmuşdu” (В.Чайкин, s. 64). İ.Stalin bir dəfə A.Mikoyanı yanına çağırıb onu hədələyərək demişdi: “26 Bakı komissarının necə güllələnməsi və onlardan yalnız bircəciyinin – Mikoyanın sağ qalması tarixi qaranlıq və qarmaqarışıqdır. Və sən, Anastas, bu tarixi daha da qarışdırmağa məcbur etmə!” (Р. Медведев. От Ильича До Ильича (без инфаркта и паралича). Юность, № 6, 1989, s.85; см. характеристику также А.Микояна в книге Эссад-бея “Сталин”, Рига, 1922, s.102-103). Sual yaranır: 26 komissarın hamısımı öldürülüb, əgər hamısı öldürülməyibsə, hansılar salamat qalıb və onların sonrakı taleyi necə olub? Çünki hələ o zaman Şaumyanın qohumları onun yaşadığı yer haqqında məlumat almışdılar, belə ki, onun Hindistana yola salındığı barədə şayiələr yayılmışdı (В.Чайкин, s. 105, 124). 1918-ci ilin 19 sentyabrında RSFSR-in Xalq Xarici işlər komissarı Çiçerin, Niderlandın nümayəndəsinə aşağıdakı məzmunda nota vermişdi: “Bakıdan təxliyə zamanı ingilislər keçmiş Bakı Soveti Hökumətinin üzvləri Şaumyanı, Caparidzeni, baş komandan Petrovu və başqalarını özləri ilə aparmışlar. Kəskin şəkildə etiraz edirik. Onların, eyni zamanda Litvinovun geri qaytarılmasını tələb edirik” (Документы внешней политики СССР, т.1.М., 1957. s. 489). Erməni tarixçilərinin istinad etməyi çox sevdikləri “Народное знамя” adlı Tiflis qəzeti 1919-cu il martın 16-da yazmışdı: ““Народное знамя”-nın 4redaksiyası tərəfindən olduqca etibarlı mənbədən məlumat alınmışdır ki, “Böyük Britaniya hərbi komandanlığının orderi ilə, guya öldürülmüş 26 komissardan başqa, əlavə olaraq 65 nəfər də Hindistana aparılıb” (Bax: В.Чайкин, s.177). S.Şaumyanın və digərlərinin Hindistana gedişi başqa bir sənədlə də təsdiqlənir.

1919-cu il fevralın 26-da Gürcüstanın diplomatik nümayəndəsi Tiflisdən Azərbaycan Respublikasının xarici işlər nazirinə belə bir teleqramma göndərib: “Tiflis radiostansiyası Astraxandan Sokolovun (güman ki, senatorun) adına göndərilən, hərbi əsirlərin – Şaumyan və başqalarının müttəfiq missiyanın həbs edilmiş üzvləri ilə dəyişdirilməsinə aid radioteleqrammanı tutub. Özü də teleqramma aşağıdakı sözlərlə bitir: “Tezliklə Bakıda görüşənədək” (ЦГАОР Азерб. ССР, ф. 970, оп.1, д.42, лл.10, 14)… Dehlidə beynəlxalq ticarət mərkəzindən bir az aralı Videlqarden parkı yerləşir, orada 20 adsız qəbir var. Nədənsə bu qəbirlər ancaq Ermənistan SSR-dən gələn turistlər tərəfindən ziyarət olunur! Sualdır! Başqa bir sual: S.Şaumyanın və A.Mikoyanın oğulları Hindistana nəyə görə getmişdilər? Üçüncü sual: Suren Şaumyan 40-cı illərin sonunda Bakıya nəyə görə gəlmişdi və Azərbaycan KP MK- nın o zamankı katibi onu niyə 24 saat ərzində Bakıdan qovmuşdu? Dördüncü sual: A.Mikoyanın Bakıdakı fəaliyyəti ilə bağlı sənədlər Bakı arxivlərindən nə vaxt və necə yoxa çıxdı? Beləliklə, S.Şaumyan, T.Amiryan, Q.Korqanov və başqalarının fəaliyyəti haqqında ştamplanmış yazılar yeni arxiv materiallarının ortaya çıxması ilə bağlı olaraq, təzədən nəzərdən keçirilməlidir. Onu da fikirləşmək lazımdır ki, hazırda bəzi soyadların yaşayış məntqələrinin adında saxlanması nə dərəcədə düzgündür, həm də bunların bəzilərinin dəfələrlə təkrar olunduğu halda (Məsələn, məşhur müqavilənin bağlandığı yaşayış məntəqəsinin – Gülüstanın adı nəyə görə “Şaumyan”a çevrilib?). Bununla bağlı olaraq, Bakı kommunasının tarixini, Sentrokaspi Diktaturasının fəaliyyət tarixini (ilk dəfə!), Azərbaycan Demokratik Respublikası dövrünün tarixini və Azərbaycanda sovet hakimiyyətinin qurulması ərəfəsinin tarixini yenidən yazmaq lazım gəlir. Fikirləşmək lazımdır ki, bir çox onilliklər ərzində Azərbaycanın sovet hakimiyyətinə qədərki və sovet hakimiyyəti dövrü tarixini saxtalaşdıran, antielmi namizədlik və doktorluq dissertasiyaları müdafiə edən, yalanlarla dolu məqalələr və kitablar yazıb çap etdirməklə böyük qonorarlar alan bu “tarixçi”lər tarix elmləri namizədi və tarix elmləri doktoru adlarını daşımağa layiqdirlərmi? Mifuydurma ilə qurtarma vaxtıdır!

Tarix: 7-12-2016, 11:29







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu