Ermənilərin növbəti Azıx təxribatı: Beynəlxalq nəşriyyat kitab nəşr elədi-FOTO A- / A+
Ermənilərin növbəti Azıx təxribatı:


Ermənilər Azərbaycana qarşı növbəti təxribata əl atıblar.

Azərbaycanın işğal altındakı Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasında rəsmi Bakının icazəsi olmadan qanunsuz arxeoloji qazıntı işlərini 15 ildən artıqdır ki, davam etdirən ermənilər mağarada aparılan tədqiqatlara dair yeni kitab nəşr ediblər.

Lacin.info-nun məlumatına görə “Azıx mağarası və Transqafqaz dəhlizi” (Azokh Cave and the Transcaucasian Corridor) adlı kitabı “Springer” beynəlxalq nəşriyyatı tərəfindən çap edilib. Kitabda Azıx mağarasında tədqiqat aparan erməni və xarici alimlərin məqalələri yer alıb.
Azıx mağarasında aparılan tədqiqatlara rəhbərlik edən Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyanın sözlərinə görə Noyabr ayının 25-də Xankəndində təqdimatı keçirilən kitab bir neçə min tirajla çap olunub: “ Çap olunan kitablar dünyanın bütün universitetləri tərəfinfən alındıqdan sonra , kiataba maraq daha da artacaq”.


“Azıx mağarasında aparılan araşdırmalarda Avropanın 20 –dən çox universitetindən alimlər iştirak edir. Nəşr olunan kitabda 40 müəllifin 15 ortaq məqaləsi yer alıb.Məhz buna gördə kitab dünya səviyyəsində bu sahədə tədqiqat aparan alimlərin işinə çox yarayacaq”-Deyə Yepiskopsyan bildirib.
İngiltərəli alim, Azıx mağarasında aparılan tədqiqatların layihə rəhbəri, Blenford muzeyinin əməkdaşı Tanya Kinqin sözlərinə görə arxeoloji və paleontoloji nöqteyi-nəzərdən Azıx mağarası regionun 3 əhəmiyyətli mağrasından birdir: “ Bu mağara qədim insanların Afrika və Avropaya miqrasiya etməsi üçün ən əhəmiyyətli yollardan biri olub. Tədqiqatlar nəticəsində biz burada ibtidai insanların müxtəlif tiplərinin, həmçinin qədim flora və faunanın müxtəlif növlərini aşkar etmişik”.

“Mağarada çoxlu sayda insan dişləri ilə yanaşı, müxtəlif növ heyvanların sümük və dişləri tapılıb. Biz həmçinin ümid edirik ki, tezliklə buradan neandertal insanın bütöv skletini tapa biləcəyik” -deyə Kinq bildirib.

Artıq kitabın elektron və kağız variantını online almaq mümkündür. “Springer” nəşriyyatının saytında yerləşdirilən məlumatdan aydın olur ki, kitanbın elektron variantı 83,29 avro,kağız variantı isə 99,95 avrodur.

Qeyd edək ki, dünyaca məşhur “Springer” nəşriyyat şirkəti elm və texnikanın ən müxtəlif sahələrində (filologiya, tibb, iqtisadiyyat, mühəndislik işi, memarlıq, inşaat, nəqliyyat və s.) son elmi əsərlərin və tədqiqatların işıqlandırıldığı jurnal və kitabların nəşri ilə məşğuldur. Bütün kitablar ingilis dilində nəşr olunur.

Siyavuş ƏMİRLİ
Tarix: 27-11-2016, 10:41



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçınlılar Xocalı faciəsini andılar-

      Son xəbərlər
      Sorğu