Növbəti toqquşma apreldəkinə bənzəməyəcək... -XƏBƏRDARLIQ A- / A+
Növbəti toqquşma apreldəkinə bənzəməyəcək...

“Atlas” Araşdırmalar Mərkəzi Ermənistan – Rusiya münasibətlərində baş verən son dəyişiklikləri Dağlıq Qarabağ problemi fonunda şərh edən analitik məqalə hazırlayıb.

Lacin.info həmin yazını təqdim edir:

Azərbaycanla Ermənistan arasında aprel ayındakı döyüşlərin 4 gündən çox uzanmamasının səbəbkarı Rusiya prezidenti Vladimir Putin idi. Kreml sahibi müharibənin uzanmasından narahat olaraq hər iki tərəfə atəşkəsə yenidən riayət etməyə çalışdı. Halbuki, Azərbaycan ordusunun daha uzun məsafələrə irəliləməsi imkanları var idi.

Bundan sonra Azərbaycanın hakim dairələrində və cəmiyyətinin bir hissəsində belə bir təəssürat yarandı ki, hərbi toqquşmanın genişlənməsi pesrpektivi Rusiyanı narahat etdiyindən Kreml Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcək. Bunun üçün ilk addım olaraq Kreml Ermənistan hakimiyyətinə təzyiq edəcək ki, İrəvan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu boşaltsın. Əsası olmayan bu proqnozlar özünü doğrultmadı. Əksinə Rusiya hakimiyyəti iki addımı ilə Azərbaycan-Ermənistan qarşıdurmasında birmənalı ikincini dəstəklədi.

Rusiya birinci addım olaraq Ermənistana “İsgəndər” raketləri göndərdi ki, hərbi balansda Ermənistan Azərbaycana məğlub olmasın.

Rusiya ikinci addım olaraq Ermənistanla birgə qoşun billikləri yaratdı. Faktiki bu o deməkdir ki, bundan sonra Ermənistan ordusuna Rusiya Müdafiə Nazirliyi nəzarət edəcək.

Növbəti toqquşma apreldəkinə bənzəməyəcək...


Bu iki addım Azərbaycana qarşıdır. Rusiya bu addımları ilə sübut edir ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində, Azərbaycanın ərazi bütövlüyünü təminatında marağı yoxdur. Ermənistanın Rusiyadan aldığı hərbi dəstəyi belə oxumaq lazımdır: “Bizə güvənərək işğalçı siyasətinizi davam etdirə bilərsiniz”. Bundan sonra Ermənistan hakimiyyətinin danışıqlar yolu ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağını gözləmək əbəsdir.

Belə olan halda rəsmi Bakının Rusiyaya cavabı necə olmalıdır?

Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətlərdə problem yaşamaq istəmir. Bu anlaşılan siyasətdir. Rusiya təhlükəli qonşudur, yaxın 10 il ərzində Gürcüstan və Ukraynanı parçalayıb. Bu amillər nəzərə alınmalıdır. Ancaq bu o demək deyil ki, Ermənistana artan hərbi dəstək fonunda Rusiya ilə münasibətlərdə heç nə olmamış kimi davranılmalıdır. Məsələn, Putinin Ermənistanla birgə qoşun birliklərini yaradılmasını planlaşdıran sazişə imza atmasından sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsi yayınlanır və həmin müsahibədə nazir Rusiyanı Azərbaycanın strateji tərəfdaşı adlanır. Rusiyada Məmmədyarovun bu cümləsini belə anlayacaqlar ki, “biz Ermənistana istənilən hərbi dəstək versək də rəsmi Bakı buna səsini çıxarmayacaq”.

Əslində Azərbaycan Xarici İşlər Nazirliyi və ya nazirliyin mətbuat katibi Rusiya prezidentinin məlum sazişi imzalasından sonra belə bir bəyanatla çıxış etməli idi: “Rusiyanın Azərbaycan torpaqlarını işğal edən Ermənistanla birgə qoşun birlikləri yaratması narahatlıq doğurur. Bu ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Rusiyanın münaqişə həllindəki tərəfsizliyinə kölgə salır. Ümid edirik ki, Rusiya Azərbaycanın ərazi bütövlüyü prinsipinə sadiq qalaraq Ermənistan hakimiyyətini işğal altındakı torpaqları boşaltmağa razı salacaq”.

Bu cümlələrlə əks olunan bəyanat Moskvaya mesaj olardı ki, rəsmi Bakı Rusiyanın son addımlarından narahatdır. Və bu addımlar Azərbaycanın da öz hərbi-strateji müttəfiqləri ilə Rusiya-Ermənistan hərbi ittifaqı səviyəsində münasibətlər qurmağa sövq edəcək. Ümumiyyətlə, Rusiyanın Ermənistana verdiyi hərbi dəstək rəsmi Bakını balanslaşdırılmış xarici siyasətə göz gəzdirməyə məcbur etməlidir. Çünki, belə görünür ki, Ermənistanla növbəti hərbi toqquşma apreldəkinə bənzəməyəcək. Ermənistan hakimiyyəti əlindən gələn hər şeyi edəcək ki, Rusiya Ermənistan tərəfdən bu və ya digər şəkildə toqquşmalarda iştirak etsin. Azərbaycan ordusu Ermənistan ordusu üzərində qələbə çala bilər, ancaq təkbaşına Rusiya-Ermənistan hərbi maşını ilə savaşmaq problematikdir. Bu disbalansın qarşısının almağın yolu Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaqdan keçir. Rusiya-Ermənistan hərbi ittifaqının məqsədi Azərbaycanı təkləyib zəiflətməkdirsə, belə olan halda Azərbaycanın da məqsədi mümkün müharibəni total səviyyəyə daşımaq olacaqdır. Başqa alternativimiz yoxdur.

Tarix: 15-11-2016, 18:28
Baxış: 766



Digər xəbərlər




      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Народ кто желает играть в современные игры на самых высоких настройках с динамичными теняими
      даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
      Читайте статья по настройке компа здесь.
      Видео по установке и настройке смотрите тут.
      Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Народ кому интересно нашла отличный торрент плеер Kino-Torrent версия PRO
      Все фильмы, сериалы и мультики в одной программе - просмотр и скачивание. Бесплатно и без рекламы.
      Быстрый поиск по всему рунету. Обновления фильмов точно в день выхода в кинотеатрах.
      Сегодня добавленно: "Мег: Монстр глубины" "Днюха!" "Mamma Mia! 2"
      Скачать Kino-Torrent версии стандарт можно с офф сайта: KinoTorrentSetup
      Скачать Kino-Torrent версии PRO (Nulled) можно здесь: KinoTorrentPro
      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Подтверждаю. Я согласен со всем выше сказанным. Давайте обсудим этот вопрос.
      Котигорически приветсвую Вас

      строительные компании
      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Если хотите узнать как заработать в интернете на фрилансе без вложений новичку, то переходите на сайт ТУТ и дерзайте. Удачных заработков!!!
      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu