Laçın rayonunda 1800 nəfər erməni yaşayır - ARAŞDIRMA A- / A+
Laçın rayonunda 1800 nəfər erməni yaşayır


Bu gün Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 24 il keçir.
1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib.
İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.
İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.


Laçın rayonunda 1800 nəfər erməni yaşayır

Lacin.info saytı 24 il sonra rayonun hazırkı vəziyyəti haqqında araşdırma aparıb. Araşdırmalar nəticəsində məlum olur ki, işğaldan sonra rayomnun adı dəyişdirilərək “Berdzor” adlandırılıb. Hazırda Laçın rayonunun mərkəzində 1800 nəfər erməni yaşayır. Şəhərin meri Artyom Saribekyan adlı bir nəfərdir. 2015-ci ildə “Berdzor”da 12 nəfər ailə qurub, 30 uşaq dünyaya gəlib. Şəhərdə iki əsas orta məkətəb- 1 və 2 saylı məktəblər fəaliyyət göstərir. Regionun ilk məktəbi sayılan “Vahan Tekeyan”ın adı verilmiş 1 saylı orta məktəbdə 180 şagird təhsil alır. Onlara, 28 müəllim olmaqla, 43 nəfər dərs deyir. 2 nömrəli şəhər məktəbində isə 175 şagird var. Məktəbdə 29 müəllim olmaqla, 38 nəfər çalışır.

Laçın rayonunda 1800 nəfər erməni yaşayır

Şəhərdə fəaliyyət göstərən uşaq bağçasında 126 uşaq var. Sovet dönəmindən mövcud olan internat məktəbində isə 28 yetim uşaq təhsil alır.
Bunlardan əlavə “Berdzor uşaq və gənclər idman məktəbi”ndə 195, digər idman məktəbində isə 106 tələbə var. Rayonun mərkəzi kitabxanasını Sona Hoveyan adlı bir xanım idarə edir.


Hazırda Laçında 1 yeni bina inşa edilir və qalan binaların yaxın iki il ərzində təmir ediləcəyi nəzərdə tutulur.Şəhərin Kosalar və Zabux kəndi ərazilərində salınmış yeni qəsəbələrdə Suriyadan gəlmiş çoxsaylı erməni ailələri məskunlaşıb. Rayonun ən hündür yerində 1941-1945-ci il müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidənin adı dəyişdirilərək,Qarabağ müharibəsində öldürülən ermənilərin adı verilib.
Laçında “Arçax bank”ın filalı, “Karabax telkom”un ofisi, poçt şöbəsi, kilsə və bir neçə şirkətin nümayəndəlikləri yerləşir.

Lacin.info


Tarix: 18-05-2016, 13:19







  • : Qonaq
  • ICQ:
  • : --
  • :
  • : 0
  • : 0
^
Комментируя этот вопрос вы даете толчек к обсуждению всего подобно материала


займ Лига Денег
------------------------------------------

Я просто оставлю этот здесь. А дальше смотрите сами


dumps for sale
-------------------------------------

Paint a perfect of everything I thought that this would be.


dumps with pin
-----------------------------------------------

I'm not scared to face this world on my own



card dumps
TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu