Cəbhədə aprel döyüşləri və onun nəticələri - TƏHLİL A- / A+
Cəbhədə aprel döyüşləri və onun nəticələri - TƏHLİL


Aprelin 1-dən 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz İşğalçı Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan, minaatanlardan, qumbaraatanlardan və artilleriya qurğularından intensiv atəşə tutuldu. Beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistan rəhbərliyi qoşunların təmas xəttinə yaxın ərazidə yaşayan mülki azərbaycanlı əhalini belə güllə yağışına tutmaqdan çəkinmədi. İstər hərbi – texniki, istərsə də psixoloji baxımdan ermənistan ordusundan dəfələrlə güclü olan Azərbaycan ordusu qarşı tərəfə hərbi aktivliyi genişləndirməyə imkan vermədi və qısa müddətdə ciddi nailiyyətlər əldə etdi. Strateji yüksəkliklər əldə edildi və nəinki Ermənistana, hətta ona dəstək verən güclərə də ciddi mesaj verildi. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsinin qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilməsi isə artıq başqa məqamlardan, daha dəqiq desək, Azərbaycan ordusunun yüksək texniki hazırlığından xəbər verirdi. Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri zərbə nəticəsində məhv edildi. Bu, artıq işğalçıya danışıqlar masasası arxasında oturmaq və işğal etdiyin əraziləri azad etmək məcburiyyətindəsən xəbərdarlığı idi. Qarşı tərəf bu mesaji başa düşdü və aprelin 5-də Moskvada Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturov arasında Rusiya tərəfinin vasitəçiliyi ilə görüş keçirildi. Azərbaycan və Ermənistan qoşunların təmas xəttində hərbi əməliyyatların dayandrılmasına dair razılıq əldə edildi. Bu, siyasi prosesləri izləyən ekspertlər üçün ciddi xəbər idi. Bu, öncə ondan xəbər verirdi ki, nüvə silahı olmayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a dəvəti çoxlarının ürəyincə deyildi.
Atəşkəs razılığının məhz Moskvada əldə edilməsi isə Rusiyanın bu gün heç də yaxşı münasibətləri olmayan ATƏT-in Minsk qrupunun üzvlərinə (ABŞ, Fransa)
bir daha mesajı idi ki, Suriyada 33 milyard dollar itirməyimə baxmayaraq, regionda, hələlik, söz mənimdi və atəşkəsi mən bərpa etdim. Ancaq görünən problemlərin görünməyən tərəfləri də var. Suriya, Ukrayna, Gürcüstan, Türkiyə kimi dövlətlərlə ciddi problemlər yaşayan, dərin iqtisadi böhran keçirən Rusiyanın hazırkı durumunu heç də yaxşı qiymətləndirmək olmaz. Yəqin ki, belə bir vəziyyətdə Rusiya özü üçün ikinci bir cəbhə açmaqda, əlavə problem yaratmaqda heç də maraqlı deyil. Türkiyə, Ukrayna, Pakistan, Belarus və s. ölkə prezidentlərinin Prezident İlham Əliyevə zəng etmələri isə ölkəmizə beynəlxalq dəstəyin ifadəsi idi və bunu Rusiya çox gözəl anlayırdı.
Bəli, ən yüksək səviyyədə deyildiyi kimi Azərbaycan xalqının səbrinin tükəndiyi, sözün bitdiyi, gücün lazım olduğu məqam yetişdi. Ordumuz öz sözünü dedi. ATƏT-in Minsk qrupunun turist səfərlərinə son vermə çağırışları, cəbhə xəttində keçirilən mənasız monitoronqlar- hansi ki, bəzən bu monitoronqlar zamanı belə atəşkəs erməni silahlı qüvvələri tərəfindən pozulurdu - heç bir nəticə vermədiyindən xəbərdarlıq addımı atılmalıydı və bu addım atıldı. Ermənilər buna öz təxribatları ilə rəvac verdilər. "Nə vaxtacan biz danışıqlarda iştirak edəcəyik? Nə vaxtacan biz gözləyəcəyik? Bizim səbrimiz tükənməz deyil. Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir. Ermənistan nə iqtisadi,nə siyasi, nə də hərbi cəhətdən bizimlə rəqabət apara bilməz. Qoy Ermənistanda fikirləşsinlər ki, 1, 3, 5 ildən sonra Azərbaycan harada olacaq, Ermənistan harada. Ermənistanın inkişaf etmək üçün heç bir imkanı yoxdur. Onlar bütün beynəlxalq və regional layihələrdən təcrid olunub. Onların iqtisadi artım imkanları çox məhduddur. Əhalinin təxminən yarısı ölkəni tərk edib. Bizdə olan məlumatlara görə, onlar hətta təmas xəttini qorumaqda çətinlik çəkir. Çünki canlı qüvvə yoxdur" deyən Cənab Prezident İlham Əliyevin fikirləri 4 gün ərzində mübahisəsiz şəkildə öz təsdiqini tapdı. Qələbə qazandıq. Ermənistandan fərqli olaraq heç kimin köməyi olmadan, ərazisində heç bir ölkənin silahlı qüvvəsi yerləşməyən Azərbaycan ordusu hərəkətə keçdi və məlum oldu ki, həqiqətən də Ermənistan silahlı qüvvələrinin nəinki döyüşəcək, heç cəbhə xəttində duracaq əsgəri yoxdur.
Azərbaycan ordusunun qəti həmləsi bir şox dövlətlərə öz xarici siyasətlərinə yenidən baxmaq zərurəti yaratdı. Ermənistanın nəinki havadarlarını, hətta onların özlərini də düşünməyə vadar etdi. Cəbhə xəttində illər ərzində gözləmədiyi bir cavab alan Ermənistan prezidenti məğlubiyyətdən sonra keçirdiyi təcili iclasda ordusu kimi misgin görünürdü. Hətta, təcili Almaniya səfəri də bir fayda vermədi. Merkel kriminal hakimiyyətin başçısı ilə görüşdə ümumi ifadələrlə kifayətləndi.
Ermənistana yaxın müxtəlif beyin mərkəzləri hadisələri təhlil edərək Ermənistanın uğursuzluğuna haqq qazandırmağa çalışdılar. Lakin Ermənistan Strateji və Milli Araşdırmalar Mərkəzinin direktoru Karapet Kalençiyan yazır ki, hərbi əməliyyatlar Ermənistanın nəinki MDB məkanında, hətda Avropada da müttəfiqinin olmadığını, “siyasi cəhətdən mühasirədə qaldığını” göstərdi. Ermənistan Avropa Şurasının, Avropa Şurası Parlament Assambleyasının (AŞPA), MDB-nin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İttifaqının üzvü olduğu halda, bu qurumların heç biri rəsmi Yerevanı dəstəkləmədi. Bu azmış kimi, AŞPA-nin sədri Pedro Aqramunt Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini bir daha bəyan etdi. Belarus prezidentinin bəyanatı isə Ermənistan xarici işlər nazirinin əsəblərinə toxundu və bu ölkənin Yerevandakı səfirinə etiraz bildirildi. Etiraz etməyin yeri yoxdu. Nə yazıbsa düz yazıb. Bu, bir həqiqətdir ki, sovet dönəmindən qalan boz yaşayış tərzindən çıxa bilməyən, hələ də heç bir möhtəşəm beynləxalq tədbirə ev sahibliyi etməyən, təcavüzkar Ermənistan hakimiyyəti artıq siyasi gedişlər baxımından da, necə deyərlər, “Böyük Şahmat Taxtasında” (Bzejiniski) da uduzub. Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov erməni təxribatına çox dəqiq qiymət verdi: “... ATƏT-in Minsk qrupunun fəaliyyətini artırdığı bütün mərhələlərdə onlar belə oxşar təxribatlara əl atmışlar. …2015-ci ildə Rusiya Prezidenti cənab Putinin səylərinin ardtığı, Ermənistan və Azərbaycan prezidentlərinin bilavasitə danışıqlarına dəstək verdiyi, bundan sonra xarici işlər naziri Sergey Lavrovun Azərbaycana bu və ya digər təkliflərlə gəlməsi fonunda da ermənilər eyni təxribata əl atmışlar. Bundan əvvəl 2014-cü ildə ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa fəallaşmışdı və prezident cənab Ollandın “status-kvo” nu aradan qaldırmaq üçün təşəbbüsləri olanda da ermənilər cəbhə bölgəsində belə təxribatlara əl atdılar. Bu onun göstəricisidir ki, ermənilər sülh istəmir, “status-kvo”nun aradan qalxmasında maraqlı deyillər”. Artıq şərhə ehtiyac yoxdur.
Azərbaycan Müdafiə naziri Zakir Həsənovun yaşayış məntəqələrimizin düşmən tərəfindən vurulan zərbələri dayanadırlmayacağı təqdirdə raket – artilleriya qoşunları daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinə ağır döyüş vasitələri ilə Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələr endirilməsinə hazır olmaları barədə göstərişi isə “Smerç”dən xəbər verirdi. “Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında “Smerç” sistemi var, lakin hələlik ondan istifadə edilməyib”(MN) xəbərdarlığı isə real idi və təcavüzkar bunu çox yaxşı anladı. Əks halda, uzun illərin təcrübəsi sübut edir ki, dinc əhalini güllə altında saxlayan, tibbi personalın olduğu maşınlara güllə atan Ermənistanı başa salmaq çox çətin məsələdi.
Ermənistanın təxribatı nəticəsində cəbhədə yaşanan son hadisələrə bir tərəfdən Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqqı kimi baxmaq lazımdırsa, digər tərəfdən ATƏT-in Minsk qrupunun 24 illik fəaliyyətinin (fəaliyyətsizliyinin) nəticəsi kimi baxmaq lazımdır. Artıq ATƏT-in Minsk qrupu da yaxşı anlayır ki, status-kvonu saxlamaq və münaqişənin həllini daha bir neçə il ləngitmək Azərbaycanın maraqlarına uyğun deyil və necə deyərlər işğalçıya yerini göstərməyin vaxtı çatmışdır. Onu qeyd etmək lazımdır ki, müasir dünyada haqq - ədalətin yox, məhz gücün rol oynadığı həqiqəti tam olaraq öz təsdiqini tapdı.
Bu məqamda daha bir ciddi nüansa toxunmaq yerinə düşərdi. Prezident İlham Əliyev martın 31-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Baydenlə görüşü zamanı Co Baydenin Prezident İlham Əliyev ilə görüşlərə böyük əhəmiyyət verdiklərini və bu görüşlərin Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirdi. O, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığını vurğuladı. …Vitse-prezident ABŞ-ın Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəklədiyini və bu sahədə lazımi addımlar atacaqlarını bildirdi. Bu, həm ATƏT-in Minsk qrupuna, xüsusilə Rusiyaya, ciddi bir çağırış idi. Yəni ermənilər artıq bir dəfə öz müqəddəratların təyin ediblər və nəinki regionda, artıq dünyada böyük iqtisadi layihələrə imza atan Azərbaycana problem yaratmağa məna görmürük. Bir sözlə münaqişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir. Bu, Azərbaycan prezidentinin, Azərbaycan xarici siyasətinin böyük uğuru idi.
Prezident İlham Əliyev: “Məsələnin həlli çox sadədir - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır” deməklə həm problemin həlli yolunu, həm də prinsiplərini bir daha bəyan etdi.
Problemin açarını öz əlində saxlayan Rusiya dərhal işə qarışdı. Rusiya Xarici işlər naziri Lavrovun Azərbaycana, Baş nazir Medvedevin Ermənistana və Azərbaycana təcili səfərləri çox məsələlərdən xəbər verirdi. Düzdür, Azərbaycanda üç ölkənin xarici işlər nazirinin iclası keçirilməli idi və Lavrov Azərbaycana gəlməli idi. Ancaq Lavrovun isti səfəri diqqətdən yayınmadı. Və sabah Medvev gəldi. Azərbaycan Prezidenti səviyyəsində görüşlər keçirildi, “Gizlətmirəm ki, əlbəttə, bu məsələ bizi ciddi narahat edir....” deyən Medvedev atəşkəsin əldə edilməsini təqdir etməklə yanaşı, Rusiyanın cəbhədə hərbi aktivliyin artmasında maraqlı olmadığını da ortaya qoymuş oldu.
“Dağlıq Qarabağ münaqişəsinin baş qaldırdığı ilk vaxtlarda Rusiya səhvə yol verib, Azərbaycanın maraqlarını nəzərə almayaraq faktiki olaraq Ermənistanın tərəfində olub”,- deməklə Rusiya sabiq xarici işlər nazirinin müavini, “Siyasi araşdırmalar mərkəzi”nin direktoru Andrey Fyodorov, əslində, Rusiyanın öz xarici siyasətində redaktələr etmə vacibliyini ortaya qoydu. O dövrdə Rusiya baş nazirinin məsləhətçisi vəzifəsində çalışdığını qeyd edən A. Fyodorov bildirdi ki, o illərdə erməni lobbisi güclü fəaliyyət göstərib: “Mən erməni lobbisinin bizim hökumətə, XİN-ə, hakimiyyət orqanlarımıza necə təsir etdiyini çox yaxşı xatırlayıram. Bu faktor da münaqişənin həlli prosesini donduran əsas səbəblərdən idi”. Necə də böyük etiraf. Analitik, Rusiya xarici siyasətindəki yanlışlıqları və bu yanlışlıqların haradan qaynaqlandığını çox dəqiqliklə izah edir. İndiki Rusiya rəhbərliyi də artıq Azərbaycan kimi böyük iqtisadi potensiala malik və ən əsası etibarlı tərəfdaş olan Azərbaycanın ədalətli mövqeyinin dəstəkləməyin vaxtı çatdığını bilməmiş deyil. Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bildirir ki, Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək niyyətində deyil. Çünki Rusiya rəhbərliyi Azərbaycanın Ermənistana qarşı ərazi iddiası olmadığını yaxşı anlayır. Azərbaycan işğal altındakı ərazilərini azad etmək istəyir. Markov bu ilin axırına qədər 5 rayonun tamamilə Azərbaycana qaytarılacağını və azərbaycanlı ailələr öz evlərinə qayıdacağını bildirməklə yanaşı, qalan 2 rayonun və Dağlıq Qarabağın isə bu müddətdə qaytarılması mümkün olmayacaq bildirir. Sizcə bu, Rusiyanın rəsmi mövqeyinin siyasi institutlar və analitiklər vasitəsilə təcavükara çatdırılması, Rusiyanın münaqişəyə istqamətli siyasətini yeniden nəzərdən keçirməsi siqnalı deyilmi?!
ABŞ Dövlət Departamentinin insan hüquqları üzrə illik hesabatının ictimaiyyətə açıqlanması çərçivəsində dövlət katibi Con Kerri Azərbaycana istinad edərək ötən ay Azərbaycan Respublikası Prezidentinin müvafiq əfv sərəncamı ilə bir qrup məhbusun azadlığa buraxılmasının Dövlət Departamenti tərəfindən alqışlandığını xatırlayıb və bu istiqamətdə işin davam etdiriləcəyinə əminliyini bildirdi. Bu isə insan hüquqları ilə bağlı Azərbaycana haqsız irad tutanlara tutarlı cavab idi.
Bir sözlə, istər ABŞ-dan, istərsə də Rusiyadan Azərbaycana doğru isti küləklər əsməkdədi.
Məşhur ifadədə deyildiyi kimi, bütün yollar Qarabağa aparır. İstər danışıqlar yolu, istərsə də döyüş yolu ilə.

Salman Umudov, politoloq
Tarix: 26-04-2016, 14:19
Baxış: 643



Digər xəbərlər




      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Хотите посмотреть на большие сиськи?
      Вот смотрите что я нашел


      член стоит
      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Народ кто желает играть в современные игры на самых высоких настройках с динамичными теняими
      даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
      Читайте статья по настройке компа здесь.
      Видео по установке и настройке смотрите тут.
      Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu