Ermənilərin kabusu, əfsanəvi səhra komandiri: qaçaq Seyid Həmid -ARAŞDIRMA A- / A+
Ermənilərin kabusu, əfsanəvi səhra komandiri: qaçaq Seyid Həmid

24 il əvvəl işğal olunmuş Laçın rayonu, onun ərazisi erməni quldur dəstələrinin hucumları zamanı sinələrini düşmən gülləsinə sipər etmiş laçınlı şəhidlərin, qazilərin qanı ilə suvarılıb. Bu torpaq bir çox igidlər, xalq qəhrəmanlar yetirib.

Bu qəhramanlardan biri erməni quldur dəstələrini Qarabağın dağlıq yaylasında qarşısını alınması, bu dəstələrin darmadagın edilməsində, onların doğma Qarabağa buraxılmamasında misilsiz şücaətlər göstərmiş, igidliyi haqqında əfsanələr dolaşan səhra komandiri Seyid Həmiddir.

Seyid Həmid 1875-80-cı illərdə indiki Laçının Böyük Seyidlər kəndində anadan olmuşdu.Atası Seyid Hüseyn Mirizadə dövrünün fəalı, bütün Qarabağda və Zəngəzurda, Göyçədə, Vedibasarda nüfuzlu adamlarla sıx əlaqəsi olan hörmətli şəxsiyyətlərdən idi. Anası Seyid Pəri də bu regionda böyük hörmətə malik ruhani ailəsində doğulub.

Bütün bunlar Seyid Həmidin hələ gənc yaşlarından öz ailəsinin, tayfasının, kəndinin, sonra bütün mahalın təəssübkeşi, mərd, qeyrətli, doğulub böyüdüyü torpağı hər şeydən üstün tutan, əyilməz, mübariz bir şəxsiyyət kimi forlaşdırıb.

Böyük bir ərazidə - Qarabağın dağlıq hissəsində Seyid Həmid və onun ən yaxın dostları- erməni-müsəlman mübarizəsində son nəfəslərinə qədər bir-birlərinə səda -qətli olmuş Kosalarlı Mərdan, Sadınlarlı Kərbalayi Yusif oğlu Allahverdi yerli əhalinin problemlərini həllində həmişə xalqın önündə olub. Bu 3 nəfərin maddi durumları və cəmiyyətdəki fəal mövqeləri güclü olduğundan yerli idarə etmə orqanlarının, Qorus və Şuşa qəzalarının rəhbərləri və regionda müəyyən məsələlərin həllində, həyata keçirilməsində onlarla hesablaşmalı olurdular.

Seyid Həmid molla yanında ibtidai təhsil almışdı. Seyid Həmidin ağ saqqallıq, rəhbərlik bacarığı, igidliyi 1918-1920-ci illərdə erməni quldur dəstələrinin Zəngəzura, Qarabağın dağlıq hissəsinə basqınları zamanı meydana çıxdı. Burada bir faktı qeyd etmək lazımdır ki, Seyid Həmid Hüseynqulu bəyin qızı İpək xanımla evlənmişdi. İpək xanım Seyid Həmidin sədaqətli həyat yoldaşı olmaqla yanaşı, bir bəy qızı kimi də onun formalaşmaında mühüm rol oynamışdı. Ona görə də Seyid Həmid Azərbaycan milli burjuaziyasının nümayəndəsi kimi doğma torpağının çılğın, mübariz, dönməz, müdafiəçisinə çevrilmişdi.

1918-ci ildə təpədən dırnağa qədər türklərsiz Qafqaz siyasətini müəlifləri və rəhbərləri tərəfindən silahlandırılmış erməni quldur dəstələri əvvəlcə Göyçə mahalının, Zəngəzurun azəri türkləri yaşayan kəndlərinə basqınlar etmiş, onları misli görünməmiş qəddarlıqla, qadına, körpə uşaqlara rəhm etmədən qətlə yetirməklə qədim türk torpaqları olan Ağbaba, Qəmərli, Dərələyəz məhəllələrindən qovub çıxarmış, döyüşlər indiki Laçın rayonun ərazisi yaxınlığında Gorusun türklər yaşayan Bayandur, Xənəzək, Xaznavar kəndlərini əhatə etməyıə başlamışdı.

Lakin hiyləgər erməni terrorbaşları Qarabağın ələ keçirməyi heçdə asan olmayacağını bilərək fitnəyə, hiyləgərliyə ət atdılar. Onlar Soltan bəydən, Zabux və Abdallar dərələrindən keçərək Şuşaya,Aran Qarabağa keçməyi xahiş edirlər. Buhaqda çox danışıldığından təkrarçılığa yola vermək istəmirik. Məlumdur ki, Soltan bəy ağıllı hərəkət edərək qardaşı Xosrov bəylə birlikdə qardaş Türkiyədən hərbi zabitlər gətizdirərək erməniləri, daha dəqiq türkün qaddar düşmədi olan Andronikin terrorçu quldur dəstəsini, silahlı hərbi birləşmələrini Zabuxdərəsində məhv etmişdi. Lakin buna qədər çox hadisələr baş vermişdi. Ermənilər ayrı-ayrı kəndlərə soxularaq yandırı, əllərinə müsalmanları xof yaratmaq üçün qəddarcasına qətlə yetirdilər. Vəziyyət o dərəcəyə çatmışdı ki, Soltan bəy Pircahan kəndinə qədər dinc əhalini Qırxqızdan keçirməklə Aran Qarabağa köçürmək qərarına gəlir. Lakin elə həmin vaxt çaparlar bəyə xəbər gətirirlər ki, Səyid Həmid, Cağazurlu Ağaməd və Hacılarlı Ağalar erməni quldur dəstələrini Minkənd çay hövzəsindən qovub çıxarıb və Soltan bəyə xəbərə göndəriblər ki, heç kəs kəndlərindən, evlərindən tərpənməsin, erməniləri bu torpaqlara buraxmayacaqlar.

Bu məqamda qetd etmək lazimdir ki, həmin hadisələr ərəfəsində Soltan bəy özü Səyid Həmidi görüşə dəvət etmiş və bildirmişdi ki, indi bizim bir düşmənimiz var. O da murdar ermənilərdi.Ona gorədə aramizda olan bütün narazılıqları bir kənara qoyub düşməni bu torpaqlara buraxmamalıyıq.

Həmin görüşdə Səyid Həmid Soltan bəydən arxa kəndlərdə əmin - amanlığı təmin etməyi və özünə, Cağazurlu Ağamədə və Hacılarlı Ağalara hərbi əməliyyatları uğurlu başa vurmaq üçün xüssusi səlahiyyaətlər verilməsinə köməklik göstərməsini xahiş edir. Bundan sonra Səyid Həmid Fakyiki olaraq indiki Laçin rayonun ərazisində Azərbaycan hərbi birləşmələrini rəhbəri olur. Bu zaman heç bir mülki və hərbi təhsili olmayan Səyid Həmidin hərbi istedadı üzə çıxır.

Zabux dərəcəsində Andronikin quldur dəstəsi darmadağın edildikdən sonra Soltan bəyin qardaş Türkiyədən dəvət etdiyi türk zabiti ərazini gəzib öyrəndikdən sonra Soltan bəyə və Səyid Həmidə tövsiyə edir ki, nə qədər kiçik Qafqazın ən hündür zirvəsi olan dəniz səviyyəsindən 3500 metr yüksəklikdə yerləşən Qaragöl yaylağı, Keçəl dağı, Boz dağ, Çeyil düzü sizin -yəni Azarbaycanın əlində deyil, bu torpaq erməni terrorçularının hücümlarından sığortalanmır. Çünki Qaragöl hərbi-strateji cəhətdən elə bir mühüm nöqtədə yerləşir ki, Qərbdə bütün Vedibasar, bütün Azarboyu Naxçıvan, cənubda bütün Dağlıq və Aran Qarabağ, cənub-qərbdə Gəncəbasar ovuc içi kimi görünür.

Beləcə Seyid Əhməd yerli əhalidən ibarət olan hərbi dəstələrlə erməni quldur dəstələrini Minkənddən başlamış bütün Həkəri çayı boyunca hücuma keçərək darmağın edir, onların yerli azəri türklərini kütləvi şəkildə qətlə yetirmələrinin qarşısını alır. İlk ağır döyüşlər Əhmədli, Sadınlar, Hacılar,Malıbəy kəndilərini əhatəedən ərazidə baş vermiş və Seyid Əhməd Cağazurlu Ağaməmməd, Hacılarlı Ağalar, Malılbəyli Zaman və digər silahdaşları iıə birlikdə 1918-ci ilin iyun-sentyabr ayları ərzində erməni terror dəstələrini qədim türk torpaqları olan, sonradan İrandan, Türkiyədən köçürülmüş Ermənilərin zorla yerləşdirikldikləri Xoznavar, Bayandur dərəsindən, Qurban bulağından, Buzovçu, Məscid dərəsindən, Eşşək meydanından vurub çıxarmışdı. Ən şiddətli və ağır köhnə Gorusda,Gorus dərəsinin Qara göl istiqamətindəki baş hissəsində getmişdi. Seyid Həmidin rəhbərliyi altında bu dövrdə baş vermişbütün döyüş əməliyyatları uğurla başa çatmış, Azərbaycan hərbi birləşmələri onun rehberliyi altında Gorus kəndinin şimalındakı Ayı dərəsinin son aşırımından İşıqlı dağının qərbindən, Çeyil düzündən keçərək döyüşləri müvəffəqiyyətlə başa çatdırmış, erməni quldur dəstələrini indiki Laçın rayonu ərazisindən qovub çıxarmışdı.

Qaragöl döyüşləri başa çatdıqdan sonra ermənilər bu əraziyə soxulmağa bir daha cəsarət etməmiş, Soltan bəyin böyük maddi və mənəvi dəstəyi, Seyid Həmidin igidliyi, Qoçaqlığı, cəsarəti, komandirlik qabiliyyəti bu ərazidə əmin-amanlıq yaratmışdı. Azərbaycan Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR ilə Erməni SSR arasında sərhəd müəyyən edilərkən, Məhz Seyid Əhmədin başçılığı altında qəhraman azəri oğullarının azad etdiyi ərazilər, o cümlədən Azərbaycan üçün mühüm hərbi strateji əhəmiyyət kəsb edən Qaragöl yaylığı, İşıqlıdığı Azərbaycanın tərkibinə daxil edildi.

1924-cü ildəLaçın rayonu təşkil olunarkən yerli və mərkəzi Bakı hakimiyyəti Seyid Həmidə hörmətlə yanaşmış, Ona pircahan Şurasının sədr müavini vəzifəsini etibar etmışdi.

Lakin ermənilər Seyid Həmidin qaniçən, başkasən, quldur olması, yüzlərlə günahsız erməni uşaqlarının, qadınlarını qətlə yetirməsi haqqında Moskvaya, İttifaq hökuməttinə ardı-arası kəsilmədən, şikayətlər yazmış, onun həbsinə nailolmaq üçün dəridən-qabıqdan çıxmışdılar. Ona görədə Seyid Həmi 15 ilə yaxın qaçaqlıq həyatı yaşamış, yerli əhali igid, qəhraman oğlunu gizlətmiş, onu göz bəbəyi kimi qorumuşdu. Seyid Həmid tədbirli adam idi. O, özü də dövlət orqanlarına təslim olamq istəyirdi, lakin Moskvadan rəsmi qərar qəbul edilmişdi ki, Seyid Həmid tutularaq Azərbaycana, Laçın hüquq – mühafizə orqanlarına deyil, Ermənistana-Gorus rayonuna təhvil verilsin. Ona görədə o, qaçaqlıq həyatı yaşamağa məhkum idi.

Lakin mənfur düşmən min bir fitnə, hiylə ilə yerli badxahlardan, sapi özümüzdən olan baltalardan birini ələ almış, o da 1934-cü ildə indiki Laçın rayonunun Finqə kəndi yaxınlığında, Seyid Həmid əyilib su içərkən onu arxadan atəş atmaqla xaincəsinə qətlə yetirmişdi. Burada qeyd etmək lazımdır ki, Seyid Həmidi xaincəsinə qətlə yetirən əslən Laçından olmayıb.

Seyid Həmid xalqımızının böyük şəxsiyyətlərindən biridr. Bu azadlıq mücadiləsində Seyid Həmid Abbasqulu bəy Şadlinski, Güney Azərbaycanda Kazımxankimi xalq qəhrəmanları ilə bir sırada durur. Ermənilərin tabliğatına züy tutan bəzi yerli bədxahların o vaxtlar dedikləri kimi, Seyid Həmid başkəsən, quldur, qaniçən olmyıb. O, öz doğma torpağını, doğma elini yağı düşmənlərədən qoruyan birqəhrəman , namus, qeyrət simvolu, eyni zamanda ermələrinə qarşı barışmaz və amansız bir igid idi.

Seyid Həmidin ömrü müharibədə, savaşda keçdiyindən, özü və ailəsi ilə məşğul olmağa vaxtı olmamışdı. Onun cəmi 2 övladı olmuşdu: Muxtar və Mirəli. Muxtar 2 yaşında dünyasını dəyişmişdi. Babasının adını daşıyan Mirəli isə 1937-ci ilin represiyasından qurtarmaq üçün adını belə dəyişmək məcburiyyətində qalmışdı. Miriş(Mirəli) Hüseynov öz həyatını elmə hesr etmiş, Azərbaycan Milli Elmlər Akademiyasının Sumqayıt filialinda kimya elmləri namizədi kimi elmi işlə məşğul olmuşdu. Hal-hazırda təqaüdçüdür. Onun övladları Yaşar və Elşən mühandis, qızları Sevil həkim, Sevda ingilis dilimüəllimi, eyni zamanda konservatoriyanın məzunudur. Babasının adını fəxarətlə daşıyan Seyid Həmid sabiq polis işçidir.

Aradan uzun illər keçsə də, hal-hazırda da Laçınsız yaşayan bütün laçınlılar əfsanəvi səhra komandiri, qəhrəman oğul Seyid Həmidi özlərinin xilaskarı kimi fəxrlə xatırlayır.

Seyid Həmid heç vaxt unudulmayacaq və xalqımızın müqəddəs azadlıq mübarizəsi tarixində daim layiqli yer tutacaq.
Tarix: 14-03-2016, 13:48







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu