Işğal olunmuş ərazilərimiz barədə dəhşətli faktlar - ARAŞDIRMA A- / A+
Işğal olunmuş ərazilərimiz barədə dəhşətli faktlar


Qondarma "Arçax"ın simvolu sayılan "Tatik-papik" abidəsi



Lacin.info saytı Azərbaycanın işğal olunmuş ərazilərinin hazırkı vəziyyəti haqqında arşadırmalara başlayıb. Araşdırmanın ilk mərhələsi Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edir. Həmin araşdırmanın Laçın rayonuna aid hissəsini oxuculara təqdim edirik. Qeyd edək ki, araşdırmanın nəticələri ardıcıl olaraq saytda dərc ediləcək.


Işğal olunmuş Azərbaycan ərazilərində yaradılan qondarma Dağlıq Qarabağ Respublikası (Arçax) 7 rayondan ibarətdir. Onlardan ən böyüyü Berdzor(Laçın), Sanasar (Qubadlı), Kovsakan (Zəngilan ) rayonlarının daxil olduğu Kaşatağ rayonu adlanır. 1993-cü ilin dekabrın 2-də yaradılan Kaşatağ rayonu 3377 кv.km ərazini əhatə edir. Bədnam qonşularımız, adətlərinə xilaf çıxmayaraq Kaşatağa saxta tarix də yaradıblar. Yaradılmış saxta tarixdən belə məlum olur ki, Kaşatağ hələ XVI əsrdən mövcud olan erməni knyazlığının tərkibində olub. 1921-ci ildə isə bu ərazilər ermənilərdən alınaraq Azərbaycana verilib.

Hazırda Kaşatağ rayonunda 100-dən artıq yaşayış mənətəqəsi var ki, onlardan üçü şəhər statusu ( Berdzor,Kovsakan, Mincivan), 54 isə icma statusu daşıyır. 10 mindən artıq insanın yaşadığı rayon ərazisində kütləvi surətdə suriyadan köç edən ermənilər məskunlaşdırılır. Əhalinin böyük əksəriyyətinin kənd təsərrüfatı ilə məşğul olduğu Kaşatağ rayonunda 2009-cu ildə Zabux çayı üzərində ilk kiçik su-elektrik stansiyası tikilib. 2011-2012-ci illərdə isə “ Sünik-1”, və “Sünik-2” su elektrik stansiyaları tikilərək istifadəyə verilib. “Sünik -3” stansiyasının tikintisi davam etməkdədir. Ümumilikdə isə rayon ərazisində 6 su elektrik stansıyasının tikilməsi planlaşdırılır.

Işğal olunmuş ərazilərimiz barədə dəhşətli faktlar

Laçından "Berdzor"a gedən yol

Qondarma Kaşatağ rayonunun paytaxtı və baş şəhəri ermənilərin Berdzor adlandırdığı Laçın şəhəri sayılır. Araşdırmalar nəticəsində məlum olur ki, hazırda Laçın rayonunun mərkəzində 1800 nəfər erməni yaşayır.Şəhərin meri Artyom Saribekyan adlı bir nəfərdir. 2015-ci ildə Berdzorda 12 nəfər ailə qurub, 30 uşaq dünyaya gəlib. Şəhərdə iki əsas orta məkətəb- 1 və 2 saylı məktəblər fəaliyyət göstərir. Regionun ilk məktəbi sayılan “Vahan Tekeyan”ın adı verilmiş 1 saylı orta məktəbdə 180 şagird təhsil alır. Onlara, 28 müəllim olmaqla, 43 nəfər dərs deyir. 2 nömrəli şəhər məktəbində isə 175 şagird var. Məktəbdə 29 müəllim olmaqla, 38 nəfər çalışır.

Şəhərdə fəaliyyət göstərən uşaq bağçasında 126 uşaq var. Sovet dönəmindən mövcud olan internat məktəbində isə 28 yetim uşaq təhsil alır.
Bunlardan əlavə “Berdzor uşaq və gənclər idman məktəbi”ndə 195, digər idman məktəbində isə 106 tələbə var. Rayonun mərkəzi kitabxanasını Sona Hoveyan adlı bir xanım idarə edir.

Hazırda Laçında 1 yeni bina inşa edilir və qalan binaların yaxın iki il ərzində təmir ediləcəyi nəzərdə tutulur.Şəhərin Kosalar və Zabux kəndi ərazilərində salınmış yeni qəsəbələrdə Suriyadan gəlmiş çoxsaylı erməni ailələri məskunlaşıb. Rayonun ən hündür yerində 1941-1945-ci il müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidənin adı dəyişdirilərək,Qarabağ müharibəsində öldürülən ermənilərin adı verilib.

Işğal olunmuş ərazilərimiz barədə dəhşətli faktlar

Laçinda tikilən "Ambarsum" adı verilmiş kilsə


Laçında “Arçax bank”ın filalı, “Karabax telkom”un ofisi, poçt şöbəsi, kilsə və bir neçə şirkətin nümayəndəlikləri yerləşir.

Siyavuş ƏMİRLİ
Tarix: 26-02-2016, 14:59







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu