Qalmaqallı firma bir qutu dərmanı Bakıda xəstələrə 1000 manata satırmış A- / A+
Qalmaqallı firma bir qutu dərmanı Bakıda xəstələrə 1000 manata satırmış

Xəbər verildiyi kimi, son günlər Azərbaycanda süni qiymət artımına görə xeli iş adamı saxlanılıb. Saxlanılan iş adamlarıından biri də barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş “Alfa med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyevdir.

Baş Prokurorluğun yanvarın 12-də yaydığı məlumata görə, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində “Alfa med” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən “Grateziano” dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib. Cəmiyyətin anbarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub.
“Alfa med” MMC-nin ofisinə baxış zamanı bir sıra zəruri sənədlər, dərman nümunələri, həmin dərmanların müvafiq sənədləşmə olmadan satışının həyata keçirilməsi, müxtəlif şəxslər vasitəsi ilə qanunsuz olaraq satılması, şirkətdə qara muhasibatlığın aparılmasına dair mühüm əhəmiyyət kəsb edən kitablar və digər qeydlər aşkar edilərək götürülüb.
Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 308.1 və 200.1-ci maddələri ilə cinayət işi başlanmaqla “Alfa med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və satış ücrə menecer İbadulla Hüseynov saxlanılıb.

Modern.az saytı bu məsələ ilə bağlı araşdırma apararkən, məlum hadisəyə qədər “Alfa med” firmasının Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 31C ünvanında yerləşən ofisindən “Grateziano” dərman preparatları almış xəstələrdən onun satış qiymətuini dəqiqləşdirə bilib.

Məlum olub ki, “Alfa med” firması “Grateziano” dərmanının bir qutusunu xəstələrə 21 dekabr 2015-ci il devalvasiyasına qədər 800-850 manata satıbsa, dollar bahalaşandan sonra dərmanın qiymətini 1000 manata qaldırıb.
Araşdırmalar göstərir ki, “Alfamed” MMC-nin əsas fəaliyyəti “Grateziano” dərman vasitəsinin Azərbaycana idxalı və satışı ilə bağlıdır.

“Grateziano” pereparatı Heptatit C virusuna qarşı güclü dərmanlardan hesab olunur. Həkimlər xəstələrə bu dərmanı 3 aylıq müalicə kursu müddətinə yazırlar.

“Alfa med” MMC “Grateziano” pereparatını Azərbaycana Misirdən idxal edirmiş. “Grateziano”nun bir qutusu 28 həbdən ibarətdir və onun 1000 manata satılması Azərbaycan reallığı üçün xeyli baha hesab olunur.

Maraqlıdır ki, 2015-ci il iyunun 16-da Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınan “Grateziano”nun qiyməti Tarif Şurası tərəfindən tənzimlənən dərmanlar sırasında da daxil edilməməsi sual doğurur...

Görünür ki, “Alfa med” MMC bundan istifadə edərək qiyməti qaldırıb.

Yeri gəlmişkən, son illər kəşf olunan tərkibi "sofosbuvir"dan ibarət olan “Grateziano” dərmanı sayəsində 3 ayliq müalicə ilə Hepatit C tam sağala bilir.Yetər ki, xəstəlik vaxtinda aşkar olunsun. Xatırladaq ki, Hepatit C ağır xəstəlikdir. Müalicə edilmədikdə xəstə qaraciyər serrozuna mübtəla olur, daha sonra ölümlə üzləşir.
Tarix: 20-01-2016, 20:26
Baxış: 1721







  • : Qonaq
  • ICQ:
  • : --
  • :
  • : 0
  • : 0
^
Действительно очень интересно и любопытно

10 th website
  • : Qonaq
  • ICQ:
  • : --
  • :
  • : 0
  • : 0
^
Я ман нисколички не завидую, после всего этого


kmsauto net 2015 v1.3.8 portable
Пишите на стесняйтесь я вам отвечу
  • : Qonaq
  • ICQ:
  • : --
  • :
  • : 0
  • : 0
^
Люди кто хочет играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Erməni baş prokuror Azərbaycan torpaqlarında

Son xəbərlər
Sorğu