Səddam Hüseyn İŞİD-i necə yaratdı... A- / A+
Səddam Hüseyn İŞİD-i necə yaratdı...

“İslam Dövləti” (İŞİD) adlanan qəddar terror qruplaşmasını kimin yaratdığına dair cürbəcür ittihamlar, konspirolji nəzəryyələr mövcuddur.

Bu barbar qruplaşmasının meydana çıxmasına görə gah ABŞ-ı, gah İsraili, gah Səudiyyə Ərəbistanını günahlandırırlar. Çoxları hesab edir ki, 2003-cü ildə ABŞ İraqa hərbi müdaxilə etməsəydi indi İŞİD meydana çıxmazdı.


Lakin Londonda mənzillənmiş Henry Jakson Society analitik mərkəzinin Yaxın Şərq üzrə mütəxəssisi Kayl Oyton “The New York Times” qəzetində dərc edilmiş məqaləsində İŞİD-i yaradan əsl səbəbi göstərib.

Lacin.info saytı xəbər verir ki, Kayl Oyton məqaləsinə 1968-ci ildən-ərəb millətçiliyi üzərində qurulmuş “Bəəs” partiyasının dövlət çevrilişi edərək İraqa hakimiyyəti ələ keçirməsindən başlayır.

Müəllif yazır ki, Səddam Hüseynin hakimiyyətə gəlişi ilə nəticələnən çevrilişi həyata keçirmiş “Bəəs” partiyası qatı dünyəvi baxışları ilə fərqlənirdi.

“Ancaq Səddam Hüseyn 1980-ci ildə İrana müdaxilə edəndən tezliklə sonra vəziyyət dəyişməyə başladı”- müəllif yazır.

1986-cı ildə “Bəəs”in ali ideloji strukturu-panərəb komandanlığı İraqın xarici siyasətini dəyişdirərək islamçılarla alyans prioritetini seçdi. Bu, dünyəvi bəəsçilik idelogiyasından ilk ciddi yayınma idi. “Bəəs” partiyası bu kursu seçəndən sonra ölkə daxilində “islamlaşma” başladı. Rəsmi KİV-lər “dünyəvi dövlət” terminini istifadədən çıxadı və İranla müharibəni “cihad” adlandırmağa başladı
.
Səddam Hüseyn İŞİD-i necə yaratdı...




“İslamlaşma kampaniyası İraqın 1991-ci ildə Küveytdə sarsıdıcı məğlubiyyətə uğramasından sonra intensivləşdi. Bunun kulminasiya nöqtəsi 1993-cü ildə Səddam Hüseynin dünyəvi bəəsçilik idelogiyasının sonuncu elementlərindən də imtina edərək ölkədə “İslam inancı uğrunda kampaniya” başlatması oldu”-müəllif yazır.

Həmin kampaniya çərçivəsində hökumət şəriət qanunları tətbiq etdi: oğruların əlini kəsirdilər, homoseksualistləri damdan atıb öldürürdülər, fahişələrin isə küçənin ortasında başlarını kəsirdilər.


Ölkədə çoxsaylı məscidlər tikilməyə başladı, Quran tədrisi dünyəvi təhsili sıxışdırdı, orta təbəqə dini liderlər isə icma liderləri statusu aldılar.

“İraqdakı “İslam inancı uğrunda kampaniya”nın indiyədək örtülü qalan mühüm aspektlərindən biri bütün məscidlərə hərbi kəşfiyyatın əməkdaşlarının yeridilməsi oldu. Nəticədə Səddam rejimi devriləndə İraqın təhlükəsizlik orqanları sələfilik dini cərəyanının içərisində dərindən özünə yer etmişdi”- Orton yazır.

Səddam Hüseyn İŞİD-i necə yaratdı...

Məqalədə deyilir ki, məhz İraq hərbi kəşfiyyatının keçmiş əməkdaşları İŞİD-in yaradılmasında əsas rol oynadılar. İraq kəşfiyyatının keçmiş zabiti, “Hacı Bəkr” kimi tanınan Samir əl-Xlifavi, İŞİD lideri əl-Bağdadinin müavini bu terror qruplaşmasının Suriyaya müdaxiləsini planlaşdıran əsas adam idi.

“Hacı Bəkr” 2014-cü ildə koalisiya qüvvələrinin hava zərbələri nəticəsində öldürülüb.

“İŞİD Səddam Hüseyn rejiminin devrilmsi nəticəsində meydana çıxmayıb. Bu, Səddam rejiminin “ölümdən sonrakı həyatı”dır”- müəllif yazır.


Pünhan NİHAT



Tarix: 25-12-2015, 13:28







  • : Qonaq
  • ICQ:
  • : --
  • :
  • : 0
  • : 0
^
А вы читали норманскую теорию создания Руси?
Я поболее буду читать ваши портал
---------------------------------------

взять микрозайм с плохой кредитной историей

---------------------------------------
Ути какие мы все тут серьезные



книги по вязанию


---------------------------------------
Посетите один из сайтов ниже, вам должно понравится


http://delux-panel.ru/cntnt/katalog-produkcii/n54.html

---------------------------------------
Почитайте мои ссылочки, может вам пригодится?

fifa manager

--------------------------------------
Всего Всего вам, дорогие мои друганыыыыы =)

Круг бронзовый

Не покажу своего коня
TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu