Papanın ABŞ səfəri: gizli geosiyasi oyunlar - ARAŞDIRMA A- / A+
Papanın ABŞ səfəri: gizli geosiyasi oyunlar

Planetdəki ictimai-siyasi gedişata böyük təsir göstərməsi zənn edilən BMT-nin növbəti sessiyasından bir neçə gün öncə 1 milyarddan çox katolikin lideri olan Papa Fransisk Latın Amerikası ölkələri və Kubadan keçməklə ABŞ-a səfərini başlatdı. Diqqətəlayiqdir ki, prezident Barak Obama Roma Katolik Kilsəsinin başçısını birbaşa təyyarə trapı önündə qarşıladı. Xatırladaq ki, Ağ Evin rəhbəri də 2014-cü ilin martında Vatikanda Papanı ziyarət etmişdi. Tarixdə ilk dəfə Roma papası Konqresdə çıxış etdi. Maraqlıdır, məhz həmin gün- sentyabrın 23-də tarixən katolik dünyası ilə ziddiyyətlər yaşayan pravoslav Rusiyanın paytaxtında böyük məscid açılışı keçirən prezident Vldamir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Fələstin başçısı Mahmud Abbasla görüşürdü. Bu çarpaz gedişlər təsadüf idimi?.. Bunun üçün ilk növbədə Vatikan və onun əsas dünya gücləri ilə münasibətlərini qısaca təhlil etmək gərəkdir.

Papanın ABŞ səfəri: gizli geosiyasi oyunlar

Papa Obama ilə 40 dəqiqə nələrdən danışdı?


Qayıdaq Ağ Evə... 1870-ci ildən diplomatik əlaqələrinin pozulduğu ABŞ-ın Vatikanla rəsmi ünsiyyətini 1984-cü ildə Polşada SSRİ-yə qarşı yönəlmiş “Həmrəylik” hərəkatına dəstək almaq ehtiyacı yarandıqdan sonra prezident Ronald Reyqan bərpa edib. Maraqlıdır ki, bu gün Obama ilə Papanın 40 dəqiqəlik qapalı danışıqlarını detalları da açıqlanmır. Görüşdə stenoqrafist də iştirak etməyib. “Nyu-York-Tayms”ın və CBS telekanalının apardığı son sorğulara görə, amerikalıların 63 faizi Papaya rəğbətlə yanaşır. Bununla yanaşı, Vatikan rəhbərinin siyasətini bəyənməyənlər də var. ”Vaşinqton-Post” Papanı kommunist Kubasında 4 gün qalmasına görə sərt “vurub” və kapitalizmi tənqid etdiyindən onu solçuluqda ittiham edib. Solçuluq isə tarixən Rusiyada güclü olub...

Putin katoliklərlə pravoslavlar arasında vasitəçi ola bilər?


İtaliya Beynəlxalq Araşdırmalar Mərkəzinin analitiki Marko Di Liddo hesab edir ki, Putinlə Papa arasında onları yaxınlaşdıran ideoloji istiqamətlər var. Ümumiyyətlə, Vatikanla Moskva arasında əməkdaşlıq SSRİ-nin süqutundan sonra güclənib. Papa II İohan Pavel Mixail Qorbaçovla birgə kommunzmin devrilməsinin simvoluna çevrilib. Pravoslavlıqla katolitsizm arasındakı ziddiyyətlərə rəğmən kommunizmin süqutu katolikləri xeyli yumşaldıb. 1990-cı illərdən bəri onlar bir sıra məsələlərdə Kremllə eyni və ya yaxın mövqedən çıxış edirlər. Məsələn, 1994-cü ildə Yuqoslaviya müharibəsi zamanı həm Moskva, həm də Vatikan NATO-nun regiona hərbi müdaxiləsinə etiraz etdilər. Bu gün də hər iki mərkəz “İslam fundamentalizmi” adı altında terrorçuluq ideologiyasına qarşıdırlar. Bu mənada “İŞİD” kimi radikal qruplaşmaların fəaliyyətinin qarşısını almaq üçün birgə mübarizə aparırlar. Eyni zamanda Suriya məsələsində həm Vatikan, həm də Moskva dünyəvi Bəşər Əsəd hökumətini dəstəkləməklə həmin ölkə ərazisindəki katolik və pravoslav xristianların qorunmasını təmin etməyə çalışırlar. Bundan əlavə, Ukraynada parvoslavlarla uniat katoliklərin ziddiyyətinə baxmayaraq, Moskva daim Vatikanın bu məsələyə neytral mövqedən çıxış etməsinə çalışıb. Və göründüyü kimi, Putinin Romada Papa ilə bu ilin iyunundakı son görüşündən sonra buna xeyli nail olunub. İtaliyalı analitik hesab edir ki, ümumiyyətlə, Kreml başçısı dünya katolikləri və pravoslavlar arasında barışıq üçün vasitəçi ola bilər. Onu da vurğulamaq gərəkdir ki, pravoslavlıqla katoliklik arasındakı ziddiyyətlərdə Putinin hakimiyyətə gəlişindən və 2000-ci ildə İtaliyanın mərkəzindəki Müqəddəs Vasili məbədinin Rusiya Pravoslav kilsəsinin idarəçiliyinə verilməsindən sonra xeyli yumşalma yaranıb...

“Təmiz ad”lı Vatikan Rokfeller və Rotşildlərlə savaşda...


Gerçəklik sübut edir ki, beynəlxalq güc mərkəzləri üçün dini və milli baxışlar, sadəcə, maskalanma formasıdır. Əsas maraqlar maddi qazanc əldə etməyə yönəlib. Məşhur ingilis kəşfiyatçısı Con Koleman belə nəticəyə gəlib ki, dünyanı “Komitet-300” adlı 300 tanınmış ailədən ibarət nəhəng qurum yönəldir. Ancaq həmin qurumun içərisində də hakimiyyət uğrunda mübarizə gedir. Daha kəskin döyüşlər isə Vatikan, Rotşild və Rokfeller ailələri arasında aparılır. Havayı pul qazanmağın 3 yolu var: dolların dəyişmə kursu, kredit faizi və “goodwill”, yəni “nüfuz, təmiz ad”. Vatikan “təmiz ad”a üstünlük verdiyindən uzun müddət dəyişmə kursundakı spekulyasiyalara və kredit faizinə qadağa qoyurdu. Beləliklə, Vatikanın arxasında insan kapitalının, Rokfellerlərin arxasında neft iqtsadiyyatı və hərbi sənaye kompleksinin, Rotşildlərin arxasında isə qiymətli metal və daşlardan, eləcə də narkotiklərdən gələn gəlirin maliyyə axınları möhkəmlənib.

Papanın ABŞ səfəri: gizli geosiyasi oyunlar

Faşizmi müdafiə etmiş Vatikanın gizli arxivlərində nələr yatır?



Nə qədər “təmiz ad” qazanmağa çalışsa da, zaman Roma Kilsəsinin çirkin işlərinə işıq salır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin təsdiqlədiyi məlumata görə, 1945-ci ilin mayında Vatikan “Xorvatiyanın Mussolinisi” adlanan hitlerçi Ante Paveliçi ruhani adı altında gizlədib. Ümumiyyətlə, məlum olub ki, Roma Katolik Kilsəsi faşist liderlərin o zaman ən təhlükəsiz məkan olan Cənubi Amerikaya qaçmasını təşkil etmək üçün Vatikanda xüsusi şəbəkə formalaşdırıb. Bütnü bunlar barədə ABŞ və Britaniya da məlumatlı imiş. Bununla belə, Katolik Kilsəsi bir çox tarixi sirlərini hələ də gizlədə bilir. Ümumi uzunluğu 85 km olan Vatikan arxivlərinə yalnız 40 nəfər girə bilər. Onların yarısı rahib və rahibələr, ikinci yarı isə etibarlı tədqiqatçı və tarixçilərdir.

Roma kilsəsi “Allahın işi”nə qarışır...


Bəzi konspiroloqlar ən böyük dünya oyunçusu arxasında nəhəng insan kapitalı duran Vatikanı hesab edirlər. Ən kiçik, amma ən ambisiyalı oyunçu isə Rokfellerlərdir. Onların arxasında İllüminantlar ordeni dayanır. Vatikanın Papa taxtının ən üstün təşkilatı – “Opus Dei”dir (lat. “Allahın İşi”). Həmin orden əsasən roman-german şəcərə aristokratiyasının nümayəndələrini –Royalları birləşdirir. Maraqlıdır ki, gizli qurumun qərargahı Vatikanda yox, İspaniya kralı Xuan Karlosun sarayında yerləşir. Ordenin özünün verdiyi məlumata görə, “Opus Dei”nin 80 minə yaxın üzvü var. Ancaq əsl rəqəm sirr olaraq qalır. Gizli cəmiyyətlər üzrə tarixçi mütəxəssis Con Prappoportun sözlərinə görə, Rotşildlər hələ XVIII əsrdən Vatikanı maliyyələşdiriblər...

1981-ci ildə Papa katoliklərin mason olmasına icazə verdi...


Vatikanın masonlarla mübarizəsi isə orta əsrlərdən başlayıb. 1892-ci ildə Papa XIII Lev masonların bütpərəslik ayinlərini bərpa etməyə və yer üzündə Şeytanın hakimiyyətini qurmağa çalışmaqları barədə bəyanat verdi. Tarixçi Yuri Vorobyovskinin yazdığına görə, bundan sonra masonlar Vatikan ierarxiyasına nüfuz etməyə, yaxud ruhaniləri öz tərəflərinə çəkməyə başlayıblar. Papalığın faktiki olaraq 1958-ci ildən məhv edildiyi də hesab olunur. Nəticədə Papa VI Pavel və XIII İohan mason olublar. 1981-ci ildə isə Papa II Pavel katoliklərin mason lojalarına üzv olmasına icazə verdi.
Papanın ABŞ səfəri: gizli geosiyasi oyunlar

[center]821 nəfərə ildə 6 mlrd. yevro xərclənir...


Bu gün konspiroloqlar dünyadakı bütün bədbəxtliklərin səbəbkarı kimi transmilli korporasiyaları, bankir ailələrini, maliiyyə elitasını görürlər. Əslində Vatikanın özü də din pərdəsi altında gizlənmiş nəhəng bir mafioz korporasiyadır. Onun baş direktoru isə Papadır. Amma Papa özbaşına qərar verə bilmir. Hər şeyi Direktorlar Şurası həll edir ki, bu da kompaniyaya maya qoyan əsas investorlardan ibarətdir. Vatikanın Direktorlar Şurasının üzvləri böyük para sahibləri olan yüksək rütbəli yezuitlərdir (katolik kilsəsinin 20 minə yaxın üzvü olan kişi ruhani ordeni). Verilmiş rəsmi rəqəmlərə görə, 2013-cü ildə Vatikanın büdcəsi 6 mlrd. yevro olub. Ancaq ekspertlər hesab edir ki, gerçək rəqəm bundan 10 dəfələrlə çoxdur. Əlbəttə, sahəsi cəmi 44 ha, daimi yaşayan əhalisi isə 821 nəfər olan dövlət üçün elə 6 mlrd.-ın özü də çox nəhəng məbləğdir...

Vatikan bankını heç kəs yoxlaya bilməz...


Vatikan bankı dünyanın ən unikal bankı olmaqla heç bir maliyyə qanunvericiliyinə riayət etmir. Bankın əməkdaşlarını vergi və hüquq-mühafizə orqanlarının sorğu-sual etmək ixtiyarı yoxdur. Məhz bu səbəbdən öz maliyyə durumlarını və əməliyyatlarını gizlətməyə çalışanlar Vatikan bankına meyl edirlər. Bundan əlavə, bank müştərilər haqqında məlumatları elektron qayda ilə toplamır, bu da kompyuter şəbəkələri vasitəsilə banka haker hücumunun və informasiya sızmasının qarşısını alır. Vatikan bankı heç vaxt hesabat dərc etmir. Beləliklə, bu, dünyada olan banklar arasında ən qeyri-şəffaf bankdır. Vatikan bankı “çirkli” pulları mənşələri barədə arayış tələb etmədən qəbul edərək onları “yuya” və “təmiz” şəkildə verə bilər. Odur ki, bu maliyyə qurumu katoliklərin idarə etdiyi inanclılar, biznesmenlər və korporasiyalar tərəfindən ən ideal yığım yeridir. Bu, yüz illərdən bəri fəaliyyət göstərən və külli miqdarda varidatın toplandığı nəhəng şəbəkədir. 2010-cu ildə Vatikan qlobal maliyyə sənayesinə və nəhəng pul kütləsinə nəzarət edən yeni dünya Vahid Mərkəzi Bankı yaratmağa cəhd etmişdi. Təbii ki, bu Rotşildlərlə yanaşı, Rokfelerlər tərəfindən də sərt təpki ilə qarşlanmışdı.

Dünyadakı ictimai-siyasi proseslərə nəzarət etməyə çalışmaqla öz varidatını daha da artırmaq məqsədi güdən Vatikan klanı istər Rotşild, istərsə də Rokfellerlər tərəfindən daim təzyiqlərə məruz qalır. Lakin Katolk Kilsəsi hər iki rəqibinin öz aralarındakı çəkşmələrindən də yararlanmağa çalışır. Bu gün yezuitləri dünyanın 112 ölkəsində iş aparan Vatikan hegemon dövlətlərin idarə rıçaqlarını da ələ keçirmək arzusundadır.

Obama Rotşildlərə sədaqət andı içib...


Papanın Amerikada mehriban qarşılanmasına rəğmən, son araşdırmalara görə, Vatikanın ABŞ-la münasibətləri o qədər də isti deyil. Çünki 2009-cu ildə ölkənin 44-cü prezidenti kimi işə başlayan B.Obama Qüdsə gedib yəhudi baş örtüyü geyərək Rotşildlərin maliyyə kapitalinin subyekti - dünya yəhudiliyinin mason ordeni olan və “Sionun Hər şeyi Görən Gözü”nü təmsil edən B’nai-B’rith International (“Vədə Uşaqları”) ordeninə sadiq qalacağına and içmişdir. Qeyd edək ki, dünyanın 40 ölkəsində qərargah-mənzilləri olan bu ordenin baş ofisləri London və Honkonqdadır. Obamanın bu addımı o demək oldu ki, Rokfellerlərin ABŞ-ın maliyyə böhranından dünya, yaxud məhdud çərçivədə nüvə müharibəsi vasitəsilə çıxarılması planı təxirə salınır və bunun əvəzində Rotşildlərin dolların “öldürülməsi” variantı qüvvəyə minəcək...
Papanın ABŞ səfəri: gizli geosiyasi oyunlar

Putin Papanın və “Opus Dei”nin xeyir-duasını alıb...



Vatikanın Moskva ilə də pərdəarxası münasibətləri maraqlıdır. Rusiyanın 2-ci prezidenti V.Putin 2006-cı ildə İspaniyaya dövlət səfəri zamanı “Opus Dei”nin xeyir-duasını almış və Royallar qrupuna daxil edilmişdir. Bundan az sonra Putin Münhendəki anti-Amerika çıxışında mahiyyətcə Rokfellerlərin əleyhinə danışdı. Rusiya lideri olaraq bütün qaz borularını Müqəddəs Roma İmperiyasının xələfləri olan ölkələrə- İtaliya və Almaniyaya yönəltməyə çalışdı. Bununla belə, Putin Rotşildlər əleyhinə də çıxış etdi. Rotşildlərin Rusiyadakı nümayəndələrini, o cümlədən Mixail Xodorkovskini həbs etdirməsi bunun göstəricisi olmaqla Rusiyanın anti-Çin “tutmaları”nı da izah edir. Əksər geosiyasətçi və konspirologiya tərəfdarları hesab edir ki, Çinə gedəsi qaz və neft boru layihələrinin müxtəlif bəhanələrlə təxirə salınması əslində Çinin özünə qarşı deyil, Rotşildlərə qarşı yönəlmişdir. Çünki Rotşildlər öz əsas banklarının aktivlərini Çinə-Honkonqa istiqamətləndirib. Maraqlıdır ki, Rusiyanın 3-cü prezidenti Dmitri Medvedev cəmiyyətə Rokfellerlərin Rusiyadakı nümayəndəsi olan “Qazprom” rəhbəri Anatoli Çubays tərəfindən təqdim olunmuşdu. Rokfellerlərə münasibətdə fikir ayrılıqlarına baxmayaraq, Putin də, hazırda baş nazir olan D.Medvedev də Rotşildləri qəbul etmirlər. Və hakimiyyətin çoxuna Putin nəzarət etdiyindən Rusiyanın kapitalı onun maraqlarına uyğun olaraq təxminən belə bölüşdürülür: kapitalın 25 faizi (neft) Rokfellerlərin xeyrinə, 50 faizi (qaz) isə Royalların, yəni Vatikanın xeyrinə sərf edilir. Həmin 25 faiz Rusiyanın Rokfellerlərin banklarında saxlanan dövlət fondlarını, 50 faiz isə Putin “koalisiyasın”ın Almaniya, İsveçrə və Avstriyanın almandilli banklarında saxlanan şəxsi kapitalını təşkil edir. Ona qarşı sanksiyalara rəğmən Rusiya hər il Avropaya 180-190 mlrd. kubmetr qaz ötürür və gələcəkdə bunu 400 mlrd. kubmetrərdək yüksəltməyi planlaşdırır. Bu, Putinin Rotşildlərin yox, Rusiya və Vatikanın xeyrinə olaraq etdiyi geosiyasi seçimdir. Çin isə Rotşildlərin hesabına bank qızıl ehtiyatını çoxaldır. Pekin “əjdaha”sı ABŞ-ı iqtisadiyyat, hərb, kəşfiyyat, diplomatiya və mədəniyyətdə ötməyə çalışır. Rokfellerlər isə ciddi-cəhdlə Çinlə Rotşildlərin planlarını pozmağa çalışırlar. Vatikan, yaxud Royallar isə öz növbələrində rəqiblərinin ziddiyyətlərindən qazanmağa cəhd edir. Əlbəttə, iki güclü rəqiblə savaşmaq Vatikan üçün şox çətindir. Ancaq qüvvələr nisbəti daim dəyişir.

Papa XVI Benedikti Rotşild və Rokfellerlər yıxdı...


Bəzən Rokfellerlər və Rotşildlər birləşəndə Royalların vəziyyəti daha ağır olur. 2012-ci il mayın 30-da informasiya yayıldı ki, “Rothshild Investment Trust “Capital Partners”» («RIT “CP”) kompaniyası “Rockefeller Financial services” («RFS») kompaniyasının aksiyalarının böyük paketini alıb. Bu minvalla Rokfeller və Rotşildlər 3-cü oyunçuya qarşı birləşdilər. Və bundan sonra baş verənlər göstərdi ki, Papa XVI Benediktin öz könlü ilə taxtı tərk etməsinə məhz digər iki oyunçunun birgə həmlələri səbəb olub. Maraqlıdır ki, bunadək 2006-2007-ci illərdə Vatikan Rokfellerlərlə əməkdaşlıq etmiş, ikincilərin “adamı” olan və V.Putinin də himayəçisi kimi tanınmaqla mütəmadi Moskvaya səfərlər edən ABŞ-ın sabiq dövlət katibi H.Kissincer faktiki olaraq Papanın şəxsi məsləhətçisi olmuşdur.

Papa Fransisk ABŞ-a dayaqlarını bərkitmək üçün getmişdi…


Rəqiblərinin təzyqi ilə hakimiyyət dəyişikliyi etməyə məcbur olan Vatikan müvəqqəti olaraq uduzdu… Görünür, bu gün Papa Fransisk də hakimiyyətini itirəcəyindən ehtiyat edir. Və özünə insan kapitalı toplamaq üçün anadan olduğu Cənubi Amerikaya, Kubaya və ABŞ-a gemişmiqyaslı səfərlər edir, Konqresdə və BMT sessiyasında çıxışlar edir. Vatikan lideri Rotşildin arxasında durduğu Avropaya kütləvi miqrasiya, ailə dəyərlərinin pozulması, eynicinsli nigahlar, abort və s. əleyhinə danışmaqla sadə katoliklər arasında da öz dayaqlarını bərkitməyə çalışır...

Putin isə Moskvada Vatikana tərəfdaş toplayırdı?


Beləliklə, söylədiklərimizin fonunda son siyasi gedişlərin mahiyyəti barədə belə nəticəyə gəlmək olar: Vatikan rəhbərinin Rotşildlərin himayə etdiyi ABŞ prezidenti B.Obama ilə görüşdüyü gündə Papanın “adamı” olan Putin Moskvada məscid açılışı bəhanəsiylə dəvət etdiyi Türkiyə prezidenti R.T. Ərdoğan və Fələstin lideri M.Abbasla görüşür. Bəzi analitiklərin iddiasına görə, Ərdoğan da Rotşildlərin dəstəyinə malikdir (bu barədə növbəti yazılarda geniş bəhs edəcəyik). Fələstinin müstəqillyini isə Vatikan son vaxtlar İsrailə və deməli, Rotşildlərə təzyiq vasitəsi olaraq müdafiə edir. Və xatırladaq ki, “məscid görüşü”ndən bir neçə gün öncə İsrail lideri Benyamin Netanyahu da Moskvaya təşrif buyurub Putinlə görüşmüşdü. Eyni zamanda Rusiya başçısının bu günlər Suriyaya hərbi dəstək verməkdə təkid etməsi də oradakı xristian azlıqların müdafiəsi baxımından Vatikanın siyasəti ilə uzlaşır. Ancaq Rotşildlər Çinlə əməkdaşlıqda böyük səylə Krımın Rusiya tərkibində qalmasına çalışırlar. Onlar bununla Rusiyanı Vatikanın və Rokfellerlərin nəzarətindən çıxarmağı arzulayırlar. Çin isə bu halda “Böyük İpək Yolu”nu tam açmaq məqsədilə Krımda asanlıqla super-port tikməyə nail olacaq...

Azərbaycana gəldikdə, burada katoliklərin sayı çox az olduğundan Vatikanın ölkəmizdəki ideoloji təsiri də çox zəif hesab olunur. Roma Katolik Kilsəsinin başçısı II İohan Pavelin Bakıya 2002-ci ildəki səfəri də artıq tarixə çevrilib. Digər tərəfdən, Papa Fransiskin bu ilin yazında qondarma “erməni soyqırımı”nı faktiki olaraq tanıması Türkiyə ilə yanaşı, Azərbaycanda da onun haqqında mənfi fikirlər oyatmış oldu. Və bu gün Papanın hara səfər etməsindən, hansı yolu getməsindən asılı olmayaraq, bizim öz yolumuz var...

Sultan Laçın
Tarix: 29-09-2015, 15:58
Baxış: 661



Digər xəbərlər




      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Мне нравится это

      активатор windows 7
      -----------------------------
      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Должно быть вы не видели то, что я сейчас вам пришлю


      скачать активатор виндовс 10 бесплатно
      Пишите на стесняйтесь я вам отвечу
      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Ваш пост радует как никогда

      -----------------
      обзор героев overwatch
      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Не удаляйте мою ссылочку она реально будет полезна

      -------------------

      попробуй

      если вам понравилась моя запись прокомментирйте пожалуйста как и что
      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Народ кто хочет играть в современные игры на самых высоких настройках с динамичными теняими
      даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
      Читайте статья по настройке компа здесь.
      Видео по установке и настройке смотрите тут.
      Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu