Qocaman Təhsil Ocağı -Kürdhacı məktəbi A- / A+
Qocaman Təhsil Ocağı

Azərbaycan Respublikasının ucqar bir bölgəsində, rayon mərkəzindən xeyli uzaq bir kənddə qərar tutan, fəaliyyəti yalnız həmin məktəbdə təhsil alan insanlara məlum olan qocaman təhsil müəssisələrindən biri – Kürdhacı kənd orta məktəbi təşkil edildiyi gündən uşaq və gənclərin hər-tərəfli, fiziki və mənəvi cəhətdən sağlam, savadlı böyüməsi üçün fəaliyyət göstərmişdir.

Kürdhacı kəndində ilk təhsil ocağının yaradılmasında dövrünün savadlı, mütərəqqi fikirli adamlarından, Qasımuşağı tayfasının Mollahəsənli tirəsindən olan Molla Xudaverdinin müstəsna xidmətləri olmuşdur. Məhz belə insanların fəaliyyəti nəticəsində artıq XIX əsrin sonlarında indiki Laçın rayonunun bir çox kəndlərində, o cümlədən, Kürdhacı kəndində əhalinin maarifləndirilməsi üçün ilk addımlar atılmışdır. Molla Xudaverdi Tanrıverdi oğlu 1835-ci ildə Kürdhacı kəndində anadan olmuşdur. Dini təhsil almışdır. Kürdhacı kəndində və ətraf kəndlərdən olan uşaq və yeniyetmələrə "əlifbeyi", yazı-pozunu öyrədər, dini təhsil verərdi. Hər il onlarla uşaq Molla Xudaverdinin yanında oxuyub, mədrəsə təhsili alardı. Molla Xudaverdi yaşadığı dövrün tələblərinə uyğun olaraq, əsasən, ruhani təhsili versə də, dini xurafata daha çox uymamış, əksinə dini elmlərlə yanaşı dünyəvi elmlərə də müsbət münasibət bəsləmişdir. Ona görə də təhsilini burada başa vuran şagirdlər Gəncə gimnaziyasında və yaxud Şuşa şəhər qəza məktəbində öz təhsillərini davam etdirirdilər.

Qocaman Təhsil Ocağı


Əvvəllər Çar Rusiyası dövründə Zəngəzur qəzasına aid edilən və sonradan Azərbaycan SSR-in tərkibində Şuşa qəzasının, sonra isə inzibati-ərazi vahidi kimi formalaşan Laçın rayonunun Kürdhacı kəndində 1923-cü ildə yeni orta məktəb binası tikilib istifadəyə verilmişdir.
Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı Müseyib İlyasovun Zəngəzur Qəza Xalq Maarif Şöbəsinə rəhbərlik etdiyi illərdə onun göstərişi ilə digər məktəblərlə yanaşı Kürdhacı kənd orta məktəbinə də diqqət artırılmış, məktəbdəki şərait yaxşılaşdırılmışdır.
Zəngin tarixi keçmişi olan, həmişə yüksək amallara xidmət edən Kürdhacı kənd orta məktəbi sovet dönəmində də təkcə qərar tutduğu kəndin deyil, ətraf kəndlərdə yaşayan insanların da yetərli təhsil almasın-da müstəsna rol oynamışdır. Belə ki, sovet dövlətinin yarandığı ilk gündən məktəbin pedaqoji kollektivi təhsilin inkişafına, kütləvi surətdə savadsızlığın ləğv edilməsinə hər zaman önəmli diqqət yetirmişdir. O zaman kənd kiçik olsa da, təkcə pedaqoji kollektivin deyil, həmçinin orada yaşayan əhalinin xalq maarifinə qayğısı çox böyük olmuşdur.

XX əsrin 30-cu illərindən başlayaraq məktəbdən 20–25 kilometr aralıda yerləşən ətraf kəndlərdə daxil olmaqla – Kürdhacı, Şəlvə, Daşlı, Qoşasu, Qorçu, Qarabəyli, Şamkənd, Çorman, Arduşlu, Piçənis və digər kənd sovetliklərinin ərazisində yerləşən kəndlərdə natamam orta təhsili başa vuran şagirdlər öz təhsillərini (tam orta təhsil) davam etdirmək üçün Kürdhacı kənd orta məktəbinə qəbul edilirdi. Hər bir şagirdin məktəbdə oxuduğu müddətdə otaq, yatacaq və yanacaqla təmin edilməsi üçün tam şərait yaradılmışdı. Buna səbəb isə minik vasitələri az olduğundan şagirdlərin məktəbə piyada get-gəl edə bilməmələri olmuşdur. Bu məqsədlə kənddə üç yardımçı binadan istifadə edilirdi. Evi olmayan müəllimlər üçün kənddə "Müəllim evi" fəaliyyət göstərirdi. Qeyd edək ki, bütün bunlar 1980-ci illərin əvvəlinə həmin kəndlərdə olan natamam orta mək-təblərə vaxtaşırı tam orta məktəb statusu verilənə qədər davam etmişdir.

1960-cı illərin əvvəllərində şagird artımını nəzərə alaraq Laçın Rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində çalışan Abbasov Fazilin təşəbbüsü ilə Kürdhacı kənd orta məktəbinin həyətində ikinci məktəb binası tikildi. Binanın tikilməsində Kürdhacı kənd orta məktəbinin müəllimi Qəhrəmanov Cəmaləddin Ağa oğlunun xüsusi əməyi olmuşdur.

1950-ci illərin əvvəllərindən başlayaraq məktəbdə fənlər üzrə kabinetlər yaradılmağa başlandı. 1970-ci ilə qədər artıq məktəb o dövrün müasir kimyəvi, fiziki, texniki və mexaniki avadanlıqları (TTV, labo-ratoriya cihazları, hərbi hazırlıq vəsaitləri və s.) ilə tam təchiz edilmişdir. Bütün fənlər kabinet üsulu ilə tədris edilirdi. Məktəb emalatxanasında demək olar ki, tam yeni dəzgahlar quraşdırılmışdır.
Məktəbdə tez-tez müxtəlif görüşlər (Böyük Vətən müharibəsi veteranları, əmək qəhrəmanları ilə və s.) keçirilir, "Yeni il şənliyi", "Nov-ruz bayramı", buraxılış şənlikləri və müxtəlif fənn gecələri qeyd edilərdi. Məktəbin pedaqoji və şagird kollektivi yaz və payız fəsillərində kənddə müxtəlif tədbirlərdə (xeyriyyə, iməcilik işlərində) yaxından iştirak edərdi.

Qocaman Təhsil Ocağı


Öz adət-ənənələri, öz çəkisi olan məktəbin inkişafında müxtəlif illərdə məktəbə rəhbərlik edən direktorların böyük əməyi olmuşdur. Onlar öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, məktəbin fəaliyyətinin yaxşılaşdırılmasına çalışmış, müəllim və şagird kollektivinin qayğısına qalmışlar. Çıraqova Südabə, Şirinova Tarifə, Hüseynov Camal, Abbasov Arif, Şükürov Calal, Quliyev Musa, Cabbarov Şiraslan, İsmayılov Hüseyn və digərləri müxtəlif illərdə ardıcıl olaraq Kürdhacı kənd orta məktəbində direktor işləmişlər.
Kürdhacı kənd orta məktəbi təkcə yerləşdiyi bölgənin deyil, bütünlükdə Azərbaycan pedaqoji və ictimai-siyasi mühitinin formalaşmasında rolu olan qocaman təhsil ocaqlarındandır. Bu məktəbin məzunları arasında dövlət xadimləri, xalq qəhrəmanları, alimlər, şairlər və s. nüfuzlu peşə sahibləri vardır.
Təsadüfi deyildir ki, dövlət xadimi, Qarabağın general-qubernatoru, ilk müstəqil Şərq dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanov, xalq qəhrəmanı Sultan bəy Sultanov, Sankt-Peterburq Texnologiya İnstitutunun məzunu Rüstəm bəy Sultanov, Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzov, filologiya üzrə fəlsəfə doktoru Əli Umud oğlu Əliyev, görkəmli şair Adil Şirin və digərləri Kürdhacı kənd orta məktəbinin məzunlarıdır.

Çox təəssüflər olsun ki, Laçın rayonunun digər təhsil ocaqları kimi Kürdhacı kənd orta məktəbi də 1992-ci ilin 18 may tarixindən sonra öz fəaliyyətini məcburi köçkünlük şəraitində davam etdirməyə başladı. Həmin dövrdən indiyə kimi Kürdhacı kənd sakinlərinin bir hissəsinin məskunlaşdığı Bərdə rayonunun Mollalı kəndində 5 sinif otağında, iki növbədə fəaliyyət göstərir. Əvvəllər müxtəlif çətinliklər olsa da, artıq onlar arxada qalmışdır. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 12 müəllimdən ibarət kiçik bir kollektiv məşğul olur. Kollektivə Novruzov Həmid rəhbərlik edir. Həmid müəllim bu məktəbdə 1971-ci ildən müəllim kimi fəaliyyətə başlamış, 1985-ci ildən isə məktəbə direktor təyin edilmişdir.

Qocaman Təhsil Ocağı


Azərbaycan Respublikası Nazirlər Kabinetinin təhsil müəssisələrinə şəhid adlarının verilməsi haqqında 17 sentyabr 1996-cı il tarixli 124 saylı qərarına əsasən Kürdhacı kənd orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Xanlar oğlu Novruzovun adı verilmişdir.
Laçın kimi gözəl bölgədə zamanın sınağından şərəflə, üzüağ çıxmış, gənc nəslin təlim-tərbiyəsi, əhalinin maariflənməsi işinə qiymətli töhfələr vermiş, öz ad-sanı, sanbalı ilə sayılıb seçilən, özünəməxsus ənənələri ilə hər zaman ətraf kəndlərdəki məktəblərdən fərqlənən Kürdhacı kənd orta məktəbinin pedaqoji kollektivi bu gün laçınlı məcburi köçkün övladlarının savadlanması yolunda öz iş fəaliyyətini müvəffəqiyyətlə davam etdirir, keçmiş ənənələri yaşatmağa çalışır.
Kürdhacı kənd ümumtəhsil orta məktəbinin müəllim və şagird kollektivinə bu çətin işdə yeni-yeni uğurlar arzulayaq. Arzulayaq ki, məktəb öz fəaliyyətini yaxın gələcəkdə füsünkar təbiətli Laçında, doğma məkanında – Kürdhacı kəndində bir daha bərpa edərək davam etdirsin. Hər bir soydaşımızı bu inamla yaşamağa çağırır.

Sultan HÜMBƏTOV
Tarix: 30-06-2015, 11:47
Baxış: 2673



Digər xəbərlər




      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Люди кто хочет играть в современные игры на самых высоких настройках с динамичными теняими
      даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
      Читайте статья по настройке компа здесь.
      Видео по установке и настройке смотрите тут.
      Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu