Bir gündə iki qəhrəman oğlumuzu itirdik - Bu gün-illər öncə A- / A+
Bir gündə iki qəhrəman oğlumuzu itirdik - Bu gün-illər öncə ...23 il öncə bu günlər Azərbaycan xalqı böyük ruh yüksəkliyi yaşayırdı. Yeni pərvazlanan milli ordumuz, könüllü dəstələr, polis qüvvələri, “OMON” və s. Qarabağı azad etmək üçün bir neçə istiqamətdə genişmiqyaslı hücuma keçmişdi. Xüsusən keçmişdə Şaumyan adlanan Gülüstan və Ağdərə istiqamətindəki əməliyyatlar uğurla başlamışdı. Təəssüf ki, döyüşlərdə onlarla oğlumuzu da itirirdik. Maraqlıdır ki, məhz həmin günlər iyunun sonunadək 3 yüksək rütbəli zabitimiz və bir təyyarəçimiz həlak olur, bir tabor komandirimiz isə ağır yaralanır. İyunun 12-də Naxçıvanikdən Ağdama gələn yolda tabor komandiri Allahverdi Bağırov avtomobilində minaya düşərək, ertəsi gün, iyunun 13-də isə Goranboy-Ağdərə istiqamətində gedən əməliyyatlara rəhbərlik edən MN Baş Qərargah rəisinin birinci müavini, polkovnik Şikar Şikarov komandir qərargah maşınında istiqaməti bilinməyən tankdan atılan minaatan mərmisinin qəlpəsindən həlak olur. Cəmi 5 gün sonra Sırxavənd yaxınlığındakı əməliyyatlar zamanı alay komandiri, polkovnik Şirin Mirzəyev avtomobildə minaya düşərək şəhid olur. 8 gün sonra isə batalyon komandiri, polkovnik Asif Məhərrəmov(Fred Asif) da yolda hücuma məruz qalaraq, ölümcül yara alır.
Polkovnik Şikar Şikarov həlak olan gün müstəqil Azərbaycanın ilk hərbi təyyarəçisi Vaqif Qurbanov da Əsgəran istiqamətində vurulan təyyarədən atılarkən ermənilər tərəfindən atəşə tutulur. Bu 5 olayın hər birində müəyyən müəmmaların olması haqda fikirlər səslənir...


Bir gündə iki qəhrəman oğlumuzu itirdik - Bu gün-illər öncə

Vaqif Qurbanov 1967-ci ildə Bakıda anadan olub. 1989–cu ildə Borisoqlebsk Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib. SSRİ Hərbi Hava Qüvvələrində zabit kimi xidmət edib. 8 aprel 1992–ci ildə V.Qurbanov Sitalçaydakı Rusiyaya məxsus 80-ci əlahiddə hərbi aviasiya alayının hərbi aerodromundan burada xidmət edən azərbaycanlı hərbçilərin köməyi ilə “Su-25” markalı hərbi təyyarəni Azərbaycan tərəfinə keçirərək Yevlax mülki hava limanında endirir. Rusiya hökuməti təyyarənin qaytarılmasını tələb etsə də, təyyarə Yevlax hava limanında qalır. Rusiya müdafiə nazirliyi “SU-25” təyyarəsini məhv etmək üçün hətta Gürcüstanda yerləşən Vaziani hərbi bazasında iki ədəd “MiQ-23” təyyarəsindən ibarət xüsusi dəstə yaradır. Ancaq istəyinə nail ola bilmir. Vaqif Qurbanov 8 may 1992–ci il tarixindən hərbi əməliyyatlar gedən Azərbaycan ərazilərində hərbi uçuşlara başlayır. 13 iyun 1992–ci ildə Vaqif Qurbanovun idarə etdiyi “SU-25” təyyarəsi erməni silahlı qüvvələri tərəfindən Əsgəran yaxınlığında vurulur.

“Vaqif gündə 5-6 döyüş uçuşu həyata keçirirdi”

Vaqif Qurbanovun döyüş uçuşlarının şahidi olmuş, Qarabağ savaşının fəal iştirakçılarından biri, keçmiş 123-cü alayın komandiri Nazim Bayramov təyyarəçi Vaqifi belə xatırlayır:”Şəhid Vaqif Qurbanov cəbhə yoldaşım idi. Olduqca cəsur, savadlı və vətənpərvər zabit idi. SSRİ-nin ən tanınmış təyyarəçiləri- Sovet İttifaqı qəhrəmanları 2-ci Dünya Müharibəsi zamanı gündə ən çoxu 3-4 döyüş uçuşu edirdilərsə, Vaqif Qarabağ müharibəsində muasir, səsdən sürətli təyyarəsilə gündə 5-6 döyüş uçuşu edirdi. Hər dəfə döyüş üçüşundan qayıtdıqda gözləri qıp-qırmızı, özü isə halsız olurdu. Onu təyyarədən aviamexaniklər çıxardırdılar, canında hey qalmırdı. Amma bir azdan yenə döyüşə atılırdı. Bu, dastan deyil, öz gözlərimlə gördüklərimdi”...


“Vaqifə Xocalı aeroportunu bombalamaq tapşırılır”

Hərbi jurnalist 2006-cı ildə “Space” “Tam məxfi” layihəsindəki ilk verilişini məhz şəhid təyarəçi Vaqif Qurbanova həsr edib və qəhrəman oğul haqqında xeyli dəyərli məlumat toplayıb.”Su-25” təyyarəsinin qaçırılmasının əsas təşkilatçıları Vaqif Qurbanovdan savayı Rusiya bazasının mütəxəssisləri Vaqif Qurbanov, Fuad Məmmədov, Akif Quliyev, Gülbudaq Bunyadov, Bəşir Əliyev, Tofiq Şalbuzov, Elman Cəlilov olub. Lakin buna qədər hökumət səviyyəsində müəyyən işlər görülüb. 1991-ci ili sonunda erməni hücumlarının qarşısını almaq üçün bir qrup dövlət məmuru gizli əməliyyat hazırlayır. Əməliyyatın həyata keçrilməsi o dövrdə DİN-in tabeliyində olan İƏM baş idarəsinin rəis müavini Akif Hacıyevə tapşırılır. O, Sitəlçayda xidmət edən baş leytenant Vaqif Quliyevlə əlaqə yaradır. Xocalının işğalından sonra Vaqifə təklif olunur ki, təlim uçuşu zamanı Xocalı aeroportunu bombalasın və təyyarəni məhv etsin. Bundan sonra ona ailəsi ilə birgə başqa kimliklə xaricə getmək və orada yaşamaq üçün hər cür şərait yaradılacağı vəd edilir. Lakin V.Qurbanov iki arqument gətirərək bununla razılaşmır: birincisi, təlim uçuşu zamanı təyyarədə obyektin məhvi üçün kifayət edəcək sursat olmur, ikincisi isə həmin vaxt Azərbaycan üçün çox qiymətli olan döyüş təyyarəsinin məhvi düzgün deyil.

“Su-25” 12 dəqiqə sonra Yevlağa endirilir

O dövrdə Sürət Hüseynov Qarabağ istiqamətində yaranan özünümüdafiə batalyonlarının hamisi kimi tanınırdı. Təyyarəni qaçırmaq istəyən qrupdan bir neçə nəfər Yevlaxda Sürət Hüseynovla görüşür və ona bu plan barədə deyirlər. Sürət Hüseynov bu ideyanı bəyənir və istənilən köməyi göstərməyə hazır olduğunu bildirir. Beləliklə, 8 aprel 1992-ci ildə plan həyata keçirilir. Bort nömrəsi 27 olan “Su-25” təyyarəsi Müstəqil Dövlətlər Birliyinin Sitalçaydakı Aviasiya Polkundan qaçırılır. 12 dəqiqədən sonra təyyarə Yevlax Mülki Aeroportuna endirilir. Amma təyyarəni orada saxlamaq mümkün olmur.

Moskva “Su-25”-i təcili məhv etmək haqda əmr verir...

MDB Hərbi Hava Qüvvələrinin Baş Qərargahı da bu barədə tələsik bəyanat yaymışdı ki, "qaçırılan təyyarənin Qarabağ müharibəsində iştirak etməməsi üçün bütün tədbirlər görülməlidir. Su-25” aşkar olunduğu yerdə xəbərdarlıqsız və qeyd-şərtsiz məhv edilsin”. Bu vəzifənin icrası xüsusi olaraq Vaziani aeroportunda (Şərqi Gürcüstan, Kaxetiya vilayəti) yerləşən 982-ci qırıcı aviasiya alayına tapşırılmışdı. Burada Azərbaycan şığıyıcısını vurmaq üçün 2 "MiQ-23" tipli qırıcı təyyarə daim hazır vəziyyətdə saxlanırdı."
Surət Hüseynov rusların təyyarəni axtraması haqda xəbər tuduqdan sonra onu əvvəlcə K-700 traktoruna qoşdurub 2km aralıdakı fermada ot tayasının altında gizlətdirir. 10-15 gün sonra isə Şəki aeroportuna göndərir. Şəki rayon Polis İdarəsinin rəis müavini Mahir İlyasov təyyarənin Şəkidə gizlədilməsini təşkil edir. Vaqifin özünün də iştirakı ilə Gəncə yaxınlığında Dəlməmmədli qəsəbəsindəki gizli aviasursat bazası ələ keçirilir və oradan “Su- 25” üçün kifayət qədər sursat əldə edilir.

Vaqif Şuşa yaxınlığında “Yak-40” tipli erməni təyyarəsini vurur

1992-ci il may ayının 8-də ermənilərin Şuşaya hücumu xəbərindən sonra Vaqif və dostları təyyarəni saxladıqları yerdən çıxarırlar. “Su-25” ilk döyüş uçuşuna Şəkidən qalxır. Vaqif iki gün Şuşaya uçuş edir. Və hər dəfə də qayıtdıqdan sonra bildirir ki, verilən koordinatlarda heç nə yoxdur. Mayın 9-da Vaqif Şuşaya uçuşu zamanı Yevlaxda Səfər Əbiyevin başçılıq etdiyi idarəetmə mərkəzinə bildirir ki, Şuşa boşdur, şəhərdə heç bir hədəf yoxdur. Amma ona bildirilir ki, ermənilər maskalanıb. Vaqif bildirir ki, mən 50-100 metr hündürlükdə uçuram şəhər boşdur. Amma ona inanmırlar. Bəzi məlumatlara görə V.Qurbanov həmin döyüşdə 30 erməni döyüşçüsünü məhv edir. ...Mayın 9-da Azərbaycanın döyüş vertolyotları Şoş kəndini atəşə tutdular. Vaqif Qurbanovun sığıyıcı maşını isə ermənilərin "Yak-40" tipli hərbi təyyarəsini vurdu. Məhz həmin "Su-25" erməni muzdlusu mayor Aleksandr Qorçakovun idarə etdiyi rus hərbi vertolyotunu raket atəşi ilə yerə sərdi. Sağ qalan həmin zabit məlumatında deyirdi ki, "mən buludların üstü ilə uçurdum və mənim maşınımın raketlə vurulacağını güman etmirdim".

Bir gündə iki qəhrəman oğlumuzu itirdik - Bu gün-illər öncə

Vaqif Qurbanov paraşütlə atıla bilir, amma...

1992-ci il iyunun 12-də Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu hücuma keçir. Vaqif Qurbanov ermənilərin müdafiə xəttini yarır və bundan sonra Goranboy-Ağdərə istiqamətində uğurlu hücum reallaşır. İyunun 13-də Vaqif yenə Goranboy-Ağdərə istiqamətində işləyir. Ağdam-Əsgəran istiqamətində də vəziyyət ağırlaşır. Fuad Məmmədov xatırlayır ki, 3-cü döyüş uçuşu zamanı alçaqdan uçarkən düşmən “Su-25”-in mühərrikinin birini zədələyə bilir. Bundan sonra Surət Hüseynovun köməyi ilə Tiflisdən yeni mühərrik gətirilir və Vaqif uçuşları davam etdirir. İyunun 13-ü səhər saat 7-də Gülüstan istiqamətində 4-cü uçuş keçirərək ermənilərin müdafiə xəttinə ağır zərbə vurur və bazaya qayıdır. Bu zaman S.Hüseynovun özünün xatırladığına görə, Əsgəran istiqamətində döyüşən “Qatır Məmməd” ləqəbli tabor komandiri Yaqub Məmmədov ona zəng edərək havadan dəstək istəyir. S.Hüseynovun göstərişi ilə Vaqif bir dəfə uğurlu uçuş edib bazaya döndükdən sonra yenidən düşmən üzərinə qayıdır. Maraqlıdır ki, sabiq müdafiə naziri bizə verdiyi açıqlamada V.Qurbanovun Əsgərana ikinci uçuşundan xəbərsiz olduğunu və öncədən ona normadan artıq uçuş etməyi qadağan etmiş olduğunu bildirdi. Beləliklə, iyunun 13-ü saat 4-5 radələrində Naxçıvanik yaxınlığında Vaqifin təyyarəsi düşmən tərəfindən “Şilka” deyilən qurğu ilə vurulur. Şahidlərin söylədiyinə görə, həmin anlar Vaqif Qurbanov paraşütlə atıla bilir, lakin düşmən onu yerdən atəşlə vurur. Həmin günlər Naxçıvanikdə döyüşən tabor komandiri Fred Asifin qardaşı Ədalət Məhərrəmov Vaqifin təyyarədən atıldığını və ermənilər tərəfindən aramsız atəşə tutularaq yerə salındığını gözləri ilə gördüyünü xatırlayır. Bizimkilər Vaqifi düşmən əlindən almaq üçün hücuma keçsə də, artıq gec olur.

Vaqifin sağ qalıb-qalmaması dəqiq bilinmir
Ermənilərin canına qorxu salan təyyarəçinin ölümü qarşı tərəfdə sevinclə qarşılandı. Erməni televiziyası təyyarənin qalıqlarını dönə-dönə nümayiş etdirdilər. "Su-25"-in bortunda Azərbaycan bayrağının şəkli həkk olunmuşdu.
Ancaq Vaqifin sağ olub-olmaması haqda dəqiq məlumat bilinmir. Şayiə yayılır ki, Vaqif minalanmış əraziyə düşüb. Kəşfiyyat dəstəsi həmin yerə yollansa da, əliboş dönür. Belə bir söz-söhbət də gəzir ki, guya Vaqif sağ qalıb, Ağdam xəstəxanasına gətirildikdən sonra naməlum istiqamətə aparılıb. Dostu Fuad Məmmədova xəbər çatır ki, onu yaralı vəziyyətdə Zabrat aeroportunda görüblər. Lakin bu məlumatlardan heç biri təsdiqini tapmır. Əsir, İtkin və Girov Düşmüş Vətəndaşlarla İş üzrə Dövlət Komitəsinin sədri Namiq Abbasovun göstərişi ilə Vaqif Qurbanovla bağlı araşdırma aparılır. Amma bu da bir nəticə vermir. Son ümid yeri kimi ailə üzvləri ekstrsens və falçı yanına da gedirlər. Nə qədər qəribə olsa da, heç bir “görücü” onun öldüyünü demir...

Surət Hüseynov nədən Vaqif Qurbanova Qəhrəman adı verilməsinə razı olmur?

Artıq Vaqif Qurbanova Milli Qəhrəman adı verilməsiylə bağlı təqdimat hazırlanır. Lakin həmin vaxt baş nazir müavini olan S.Hüseynov sağ olacağı halda bunun Vaqif üçün ermənilərin münasibəti baxımından mənfi nəticələr verəcəyini əsas gətirərək bir qədər gözləməyi məsləhət bilir. Sonrakı dövrlərdə isə məsələyə yenidən baxılmır. Həyat yoldaşı Nəzakət Qurbanova Vaqifə yer götürüb başdaşı qoymaq istəyir. Nizami rayon məhkəməsi Vaqif Qurbanovun öldüyü barədə qərar çıxarır...
Vaqifdən yadigar artıq 23 yaşlı qızı Sevinc qalıb. Özünün adını isə dostu Fuadın oğlu Vaqif daşıyır...

İndi isə Vaqiflə eyni gündə həlak olmuş Mlli Qəhrəman Şikar Şikarovdan bəhs edək. 1953-cü il dekabr ayının 3-də Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhərindəki 46 saylı orta məktəbi bitirmişdir. Elə həmin il SSRİ Müdafiə Nazirliyinun Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuşdur. 1975-ci ildə təhsilini başa vuraraq, təyinatla Primorsk vilayətindəki hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlamışdır.
1986-cı ildə SSRİ Müdafiə Nazirliyinun Frunze adına Hərbi Akademiyasına daxil olmuş, 1989-cu ildə oranı bitirdikdən sonra podpolkovnik rütbəsində Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin edilmişdir.
1990-cı il 20 yanvar hadisələrindən sonra Vətənə qayıtmışır. Əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin edilmişdir. 1992-ci ildə Goranboy rayonunda əməliyyatlara bilavasitə rəhbərlik etmiş, uğurlu əməliyyatlar keçirmişdir.
1992-ci il iyunun 13-də Ağdərəyə uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 iyun tarixli, 6 saylı fərmanı ilə polkonik Şikarov Şikar Şükür oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Ailəli idi. İki övladı yadigar qalıb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Qobustan rayonundakı Sündü kənd orta məktəbi onun adını daşıyır .(əslən həmin kənddəndir).

Bir gündə iki qəhrəman oğlumuzu itirdik - Bu gün-illər öncə

Elburus Orucovun əvəzinə Şikar Şikarov briqada komandiri olmalı imiş...

Keçmiş müdafiə naziri Rəhim Qazıyev:”Şikarın ölümü bu gün də ürəyimi ağrıdır. Çox milli ruhlu, milli qanlı oğlan idi. 1992-ci martında mən müdafiə naziri təyin olunanda artıq Şikar Şikarov MN Baş Qərargah rəisinin müavini idi. Şikarın rəhbərliyi ilə gerçək vəziyyəti öyrənib təkiflər hazırlamaq məqsədilə 10 zabiti Kəlbəcər-Laçın-Şuşa bölgələrinə göndərmişdim. Rəhmətlik çox savadlı və aydın bir arayış hazırlamışdı. 1992-ci lin aprelində Laçın –Şuşa istiqmətinə Elburus Orucovun yerinə Şikarı briqada komandiri təyin etmədiyimə görə bu günədək təəsüflənirəm...”


“Şikar Şikarovun ölümündə heç bir müəmma yoxdur...”

Ağdərə-Goranboy istiqamətindəki döyüşlərin ilk günlərindən onunla tanış olmuş keçmiş alay komandiri Nazim Bayramov bizimlə söhbətində bunları söylədi:”Ş.Şikarov yüksək peşəkar, vicdanlı, sadəliyi və zəhmətkeşliyi ilə seçilən, milli ruhlu döyüş zabiti idi. Daim döyüş zonası və cəbhə xəttində olurdu. Ordumuzun dayaqlarından biri idi. Tərtər-Ağdərə istiqamətində Torpaq-Təpədə döyüş mövqelərində minaatanın atəşinə düşüb, həlak olmuşdu. Bəziləri indiyə kimi deyirlər, müəmma olub. Amma müəmma-filan olmayıb. Ş.Şikarov adi döyüş epizodunda həlak olub. Şikarla bərabər Torpaq-Təpədə 5 nəfər vuruşurmuş. Onlardan 2 nəfəri həlak olub, 3-ü isə yaralanıb. Bir ağır yaralı bir aydan sonra hospitalda dünyasını dəyişmişdi. Qalan yaralılardan biri 2001-ci ildə öz əcəli ilə rəhmətə gedib, biri isə- Tərtər batalyonunun qərargah rəisi, həmin batalyonu 91-ci ildən ilk təşkil edənlərdən olan Pənah Məmmədov sağdı. Pənah ən yaxın silahdaşlarından biri kimi Ş.Şikarovun daim bir yerdə olublar” (Milli Qəhrəman Şikar Şikarovun ölümünün şahidi olmuş ehtiyatda olan mayor, bədənində 64 qəlpə gəzdirən Pənah Məmmədovun geniş açıqlaması ilə yaxın günlərdə tanış ola bilərsiniz).

“Ölümündən az öncə bir yerdə əməliyyatın müzakirəsini aparmışdıq”

Məşhur “Qurtuluş” batalyonunun komandiri. Milli Qəhrəman Şahin Tağıyevin müavini vəzifəsini icra etmiş, sonra 701 saylı briqadada batalyon komandiri təyin olmuş mayor Gəray Əsədov isə bunları xatırlayır: “13 may 1992 ci ildə Şikar Şikarov, Şahin Tağıyev, Tərtər batalyonunun komandiri Baris Zöhrabov, qərargah rəisi Pənah və mən Komanda Qərargah Maşınının yanında Torpaq-qala istiqamətində əməliyyat planını müzakirə edirdik. . Az sonra Şahinlə mən ön mövqeyə yollandıq. Təxminən yarım saat sonra Baris Zöhrabov rabitə ilə Şahin Tağıyevlə əlaqəyə girərək, bildirdi ki, Ş.Şikarov mina atışı nəticəsində Şəhid oldu, Tərtər batalyonunun qərargah rəisi Pənah isə yaralandı”...(Hafta.az)

Sultan Laçın
Tarix: 13-06-2015, 19:20
Baxış: 2080



Digər xəbərlər




      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Ваши комментарии тронули меня и теперь я даже не знаю


      сваи оптом купить
      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Народ кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
      даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
      Читайте статья по настройке компа здесь.
      Видео по установке и настройке смотрите тут.
      Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu