Uşaq qalası, yoxsa Varazqun məbədi? - ARAŞDIRMA+FOTO A- / A+
Uşaq qalası, yoxsa Varazqun məbədi? - ARAŞDIRMA+FOTO
"Laçın yurdu" jurnalının №4(11) 2013 sayı çapdan çıxar-çıxmaz bəzi oxucuların iradları səslənməyə başladı. Bu iradların əsas səbəbi isə jurnalın üz qabığında verilmiş Laçın rayonu, Quşçu kəndinin ərazisində XV əsrdə inşa edilmiş Uşaq qalasının şəkili oldu. Bəzi oxucular verilmiş şəkilin Uşaq qalası deyil, Varazqun məbədi olduğunu bildirdilər. Onu da qeyd edim ki, jurnalın əvvəlki saylarının birinin ((Laçın yurdu №2(5) 2013) arxa üz qabığında da Laçın Rəsm Qalereyası tərəfindən təqdim edilən rəsm əsəridə də abidənin rəsmi Uşaq qalası kimi təqdim edilmişdir.


Müzakirələrə səbəb olan bu məsələ ilə əlaqədar mümkün mənbələr üzrə bu mövzuya aid araşdırma və dəqiqləşdirmələr aparmaqla daha dəqiq nəticələr əldə etmək qərarını verdim. Və öyrəndim ki, internet resurslarında bu abidənin şəkili veb-saytlarında, eləcə də müxtəlif kitab və jurnallarda Uşaq qalası kimi göstərilmişdir. Bunlardan Faiq İsmayılovun "Nurlar" Nəşriyyat-poliqrafiya mərkəzi tərəfindən 2003-cü ildə çap edilmiş "Tarixin faciəsi: LAÇIN" kitabında səhifə 30-da verilmiş şəkillər Varazqun məbədi adlandırılsada, həmin kitabın 44-cü səhifəsində isə Uşaq qalası kimi göstərilmişdir. Eləcə də Karabakh-doc.azerall.info (http://karabakh-doc.azerall.info/ru/) saytında yuxarıda adı qeyd edilən kitab haqqında verilən məlumata əlavə edilmiş şəkilin aşağısında bu qədim abidə Uşaq qalası kimi göstərilmişdir. Həmçinin Ziyadxan Nəbibəylinin Bakı-2011-ci ildə "Nurlar" Nəşriyyat-poliqrafiya Мərkəzi tərəfindən çap edilmiş "Sultan bəy və Xosrov bəy qardaşları" kitabının sonunda verilmiş şəkillərə diqqət yetirəndə, bu şəkil eyni vərəqin bir səhifəsində Varazqun, digər səhifəsində isə Uşaq qalası kimi verilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qarabağ abidələri dünən, bu gün" layihəsi çərçivəsində üç dildə 2009-cu ilin avqust ayında "Günəş-B" MMC-nin mətbəəsində çap olunmuş "Qarabağ abidələri" kitabının 92-ci səhifəsində verilmiş tarixi abidənin şəkilinin altındakı yazıda isə "Laçın rayonunun Əhmədli kəndi. Abad xeyir türbəsi. XVI əsr" yazısı getmişdir. Azembassyprague.az (http://www.azembassyprague.az/), azembassy.nl (http://www.azembassy.nl/), Faiq İsmayılov, "LAÇIN: həqiqətlər, mülahizələr, tarixi dəyərlər", Bakı - 2012, "Nurlar" Nəşriyyat-Poliqrafiya Мərkəzi, səhifə 178-də verilmiş şəkillər isə Varazqun məbədi kimi göstərilmişdir. Bu siyahını uzatmaq mümkün olsa da, mən bu fikiridə deyiləm. Sadəcə açıq etiraf etmək lazımdır ki, son zamanlar bizlərin hər birimizin diqqətsizliyi və yaxud məsuliyyətsizliyi ucbatından "kələfin ucu itmiş" və dolaşıqlıq əmələ gəlmişdir. Bəs onda görəsən həqiqət necədir? Bu suala cavab axtarışını davam etdirdim.

Aparılan dəqiqləşdirmələrdən məlum oldu ki, bu şəkildə təsvir olunan "Alban ölkəsinin tarixi" adlı əsərin müəllifi, mənşəcə Qafqaz albanlarından olan Alban tarixçisi, Moisey Kalankatlının əsərində adı qeyd edilən Varazqun məbədidir. Qeyri-adi memarlıq quruluşuna malik olan abidə bir çox özəlliklərini itirərək günümüzə qədər öz görkəminin əsas hissəsini saxlamışdır.

Quşçu kənd sakini, jurnalist Ötərxan Eltacla söhbətdən aydın oldu ki, Uşaq qalası Quşçu kənd ərazisində "Qalacıq" adlanan ərazidə inşa edilib. Qala çox-çox əvvəllər uçub-dağılmış, 4-5 daş hündürlüyündə özülü qalmış qalanın heç bir təsviri günümüzə qədər gəlib çıxmamışdır.

Uşaq qalası adı ilə yayımlanan şəkil isə Laçın rayonunun Bozlu kəndinin ərazisində, lakin hava yolu ilə daha çox Quşçu kəndinin yaxınlığında, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının sol sahilində, sahildən 2 kilometr aralıda Varazqun adlanan sahədə qərar tutmuşdur. Qəzalı bir vəziyyətdə, II-V əsrlərə aid olan tarixi abidə — Varazqun məbədi günbəzli, ikiapsidalı (apsida (apsis) — əsasən kilsə divarlarında yarımqövs şəklində çıxıntı) planda olduqca diqqətəlayiq və dövrünə uyğun möhtəşəm bir şəkildə inşa edilmişdir.

Məbədin ətrafında Varazxan adlanan kəndin xarabalıqları qalmaqdadır. Bu yaşayış məntəqəsi 1904-cü ildə Qafqazın 5 verstlik xəritəsində Varazqun kimi qeyd edilmişdir. Ehtimal ki, məbədin ilk adı da elə Varazxan və ya Varazqun olmuşdur. Yerli əhali, yəni azərbaycanlılar tərəfindən məbədin adının və yaşayış məntəqəsinin türkləşdirildiyini iddia edən ermənilər bu qədim alban məbədini Varazqom adlandırırlar.

1924-cü ilin may ayında məbədin ətrafında qoyun otaran çobanlar oradan qədim sikkələr tapmışlar. Sikkələr Azərbaycan SSR Dövlət Muzeyinə (indiki Milli Azərbaycan Tarixi Muzeyi) təhvil verilmişdir. Qədim sikkələrin araşdırılması nəticəsində məlum olmuşdur ki, bu Səfəvi dövlətinə aid XVI əsrdə kəsilmiş sikkələridir.

Bu ərazidə olan evlərin xarabalıqlarından əlavə məbədin yaxınlığında yaşayış üçün sığınacaqlar — mağara (kaha və yaxud zağa) mövcuddur. Mağaranın adi otaq qapısı ölçüsünə uyğun ümumi bir çıxış qapısı vardır. Mağaranın daxilində olan hər bir otağın sahəsi təxmini hesablamalara görə 12 kv.m (3x4 m), hündürlüyü isə 2 metr, bəzi yerlərdə isə 2 metr 20 santimetrə çatır. Məbədin ərazisində sinə və baş daşları albanlara xas olan üslubda naxışlanmış, üzərində alban xaçları işlənmiş, VII əsrə aid qədim qəbiristanlığın qalıqları aşkar edilmişdir.

Qeyd etmək lazımdır ki, sovet dönəmində Laçın ərazisində heç bir vaxt arxeoloji qazıntı işləri aparılmayıb. Müxtəlif dövrlərdə bu ərazilərdə olan tarixi abidələrə ümumi baxış keçirilmiş, qeydiyyat işləri aparılmışdır. Varazqun məbədinə 1960-cı ildə ümumi baxış keçirilməsinə baxmayaraq, ilk dəfə məbəd 1982-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində olan abidələrin təkrar qeydiyyata alınması zamanı yenidən baxılmış və qeydiyyata götürülmüşdür.

Alban memarlığının səciyyəvi əlamətlərini özündə qoruyub saxlayan Varazqun məbədi yonulmuş yerli daşlardan, həmçinin adi çaydaşlarından və əhəng-qum qarışığından istifadə edilməklə inşa edilmişdir. Məbədin daxili divarlarına suvaq vurulmuşdur. Məbədin günbəzi və cənub divarı tam uçub-dağılmışdır. Eləcə də məbədin şərq tərəfinin aşağı hissəsində olan fasad daşları uçmuşdur. Məbəd tikinti mədəniyyətinə və konstruktiv xüsusiyyətlərinə görə yaxın ərazilərdə olan digər tikililərlə səsləşir. Belə kompozisiyalar, öz növbəsində, bir-birindən bəzi cəhətlərinə, əsasən də apsidaların miqdarına görə fərqlənir. Günbəzli kompozisiyası olan bu məbədin ikiapsidalı (məbədin şərq və şimal tərəflərində) olması isə onu digər məbədlərdən daha çox fərqləndirir. Ta qədimdən bir, üç, dörd və daha çox apsidası olan məbədlər geniş ərazilərdə inşa edilsədə ikiapsidalı məbədlər çox nadir hallarda qeydə alınmışdır.

Kvadrat biçimli, 100 kv.m-dən çox sahədə (xarici ölçüləri: 10.55x10.00 m) günbəzli məbəd tipində inşa edilmiş məbədin üzərində ucalan qüllə bayırdan və içəridən yumru, silindrvaridir. Məbədin mövcud qalıqlarının hündürlüyü təxminən 9.60 metrdir. Divarların qalınlığı isə 95 sm-ə qədərdir. Qeyd edək ki, günbəzin tavanı tamamilə uçmuşdur. Məbədin qapı və pəncərələrinin yanları ustalıqla yonulmuş daş kəmərlə əhatələnmişdir.

Ehtimal ki, Varazxan və yaxud Varazqun oykonimi vaxtı ilə bu ərazilərdə yaşamış Qafqaz Albaniyasının hökmdarlarının (Varaz) adından adlandırılmışdır. /Xeber.info/

Uşaq qalası, yoxsa Varazqun məbədi? - ARAŞDIRMA+FOTO

Sultan Hümbətov
Tarix: 28-04-2015, 23:48
Baxış: 3139



Digər xəbərlər




      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Дрынь-Дрынь, с вами снова я
      Мне особо нечего вам сказать
      ---------------------------------------

      оформить кредитную карту онлайн с моментальным решением

      ---------------------------------------
      Здесь написано то, что заявлено!


      вышивка крестом цветы


      ---------------------------------------
      Посетите один из сайтов ниже, вам должно понравится


      панели для утепления

      ---------------------------------------
      Я еще не все сказал


      фифа менеджер скачать торрент

      --------------------------------------
      Всего Всего вам, дорогие мои комментатары и тролли

      Лента БрОФ6,5-0,15

      Более я вам ничего не скажу
      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Люди кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
      даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
      Читайте статья по настройке компа здесь.
      Видео по установке и настройке смотрите тут.
      Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu